Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətini başa vurmuş əsgərlər Bakıya gələ bilmir.
Buna səbəb isə Naxçıvandan Bakıya gələn təyyarə reyslərinə bilet tapılmamasıdır.
Bu barədə Gununsesi.info-ya övladları Naxçıvanda hərbi xidmət kecən ailələr bildirib.
Onların sözlərinə görə, artıq bir necə gündür ki, hərbi hissə komandanlığı onların övladlarını təxris etmir: “Hərbi hissəyə zəng edirik, deyirlər ki, Naxçıvandan Bakıya olan təyyarə reyslərinə bilet tapılmır”.
Məsələ ilə bağlı Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZAL) mövqeyini öyrənməyə hazırıq.