“Prior Credit BOKT” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub.
Banker.az xəbər verir ki, Bağırov Nicad Səyavuş oğlu BOKT-un Müşahidə Şurasının sədri və
Rəhimov Ramin Vaqif oğlu isə Müşahidə Şurasının üzvü vəzifəsindən ayrılıb.
Səfərli Araz Əlövsət oğlu Müşahidə Şurasının sədri, Abbasov Elşən Şaiq oğlu isə Müşahidə Şurasının üzvü təyin edilib.
Xatırladaq ki, “Prior Credit BOKT” ASC 2020-ci ildə yaradılıb, 2 100 000 manat nizamnamə kapitalı var. Onun səhmlərinin 100%-i “Prior Leasing Şirkəti”nə məxsusdur.