"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                 

Zəngəzur “düyünü”: Dəhliz, “körpü”, yoxsa... - İNCƏLƏMƏ
Tarix: Dünən, 08:45 | Çap et

Zəngəzur dəhlizi ətrafında bölgədə marağı toqquşan güclər arasında geosiyasi intriqa davam edir. Xəbər verildiyi kimi, İspaniyanın “Periodista Digital” nəşri Paşinyan hökumətinin Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşdığını yazıb. Qəzet bunu üç ölkə - Azərbaycan, Ermənistan və ABŞ arasında “gizli memorandum”un məzmununa istinadla qeyd edib.

İddiaya görə, “sənəd” Ermənistanın Sünik (Qərbi Zəngəzur - red.) bölgəsi vasitəsilə Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu marşruta şərti olaraq “Tramp körpüsü” adı verilib.

Qəzet ardınca yazıb ki, nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən idarə olunacaq. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq. Nəşrin iddiasına əsasən, memorandum artıq Azərbaycan, Ermənistan və ABŞ tərəfindən təsdiqlənib. Memorandumda həmçinin Ermənistan ərazisinə ABŞ-ın əhəmiyyətli həcmdə qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulub. Lakin söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət özəl hərbi şirkətdən (PMC) gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək.

Lakin Ermənistan tərəfi nəşri təkzib edib. “Tramp körpüsü” ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Qeyd olunan məqalənin reallıqla heç bir əlaqəsi yoxdur", - Paşinyan hökumətinin rəsmi açıqlamasında deyilir.

Bu arada İranın Ərdəbildən olan deputatı Sudeif Bədri deyib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi İranın strateji maraqları və rolu nəzərə alınmadan mümkün deyil. O bildirib ki, “son zamanlar dəhlizlə bağlı qeyri-peşəkar və real olmayan bəyanatlar verilir, lakin bu cür layihələr maraqlı tərəflərin, xüsusən də İranın razılığı olmadan icra mərhələsinə keçə bilməz”.

Bədrinin fikrincə, təhdid və təzyiq dili regionda davamlı inkişafı təmin etmək iqtidarında deyil. “Zəngəzur da daxil olmaqla, regionda heç bir tranzit marşrutu İranın həssas və mühüm maraqları nəzərə alınmadan həyata keçirilə və dayanıqlı ola bilməz”, - deputat əlavə edib.

Görəsən, İranın hansı “həssas və mühüm maraqları”ndan söhbət gedir, əgər Azərbaycan və Ermənistan öz aralarında razılığa gələcəksə? Bütün hallarda Bakının əsas tələbi yerində qalır: Naxçıvana keçid maneəsiz və təhlükəsiz olmalıdır.

Bəs proses hansı yöndə inkişaf edir? Zəngəzur “düyünü” açılır, yoxsa ona təzə “düyünlər” vurulur? Rusiya və İranın prosesə təsir imkanları ciddi olaraq qalırmı?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat"da Azərbaycanın dəhlizə nəzarətlə bağlı Rusiya və Ermənistan istisna olmaqla, digər təkliflərə müsbət yanaşa biləcəyini qeyd etdi: “ABŞ-ın Türkiyədəki səfiri Tomas Barakın Zəngəzur dəhlizinin Amerika şirkətinə 100 illik icarəyə verilməsi təklifi ilə çıxış etməsi Azərbaycanda və Ermənistanda geniş müzakirə olunur. Çünki bu təklifin səfirin şəxsi fikri olmadığı düşüncəsi var. Səfirin Vaşinqtonun planını səsləndirdiyi ehtimalı yüksəkdir. Ermənistan Xarici İşlər Nazirliyi bu açıqlamadan bir gün sonra amerikalı diplomatın təklifini rədd edən açıqlama yaymışdı. Bəyanatda bunlar bildirilirdi: "Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər və ABŞ səfirinin təklif etdiyi format Ermənistan üçün qəbuledilməzdir. Nəqliyyat əlaqələrinin açılması yalnız Ermənistanın suverenliyi, ərazi bütövlüyü və milli qanunvericiliyi çərçivəsində mümkündür. ABŞ səfirinin dediyi variant, yəni digər kommersiya və ya inzibati mexanizmlər əsasında idarəetmə Ermənistanın hüquqi bazasına uyğun gəlmir". Buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizinin ABŞ və ya Avropa şirkətlərindən birinə icarəyə verilməsini mümkün saydı.

Fikrimcə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İranın mühafizəkar dairələrini sakitləşdirmək üçün idi. Çünki Tehran həm Zəngəzur dəhlizinin, həm də ABŞ və ya Avropa şirkətlərindən birinin dəhlizə nəzarət etməsinin əleyhinədir. Ona görə də Ermənistan Xarici İşlər Nazirliyi İranın mühafizəkar dairələrini sakitləşdirmək üçün bəyanat yaymışdı. Tomas Barak həm də ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsidir. Bu baxımdan Barak Suriyanın keçici prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfərini diqqətlə izləyib. Tomas Barakın Ağ Ev sahibi Donald Trampla dostluq əlaqələri var. Səfirin Zəngəzur dəhlizi ilə bağlı təklifi Vaşinqtonun regional planının tərkib hissəsidir. Vaşinqton Rusiya və İranın Cənubi Qafqaza təsirlərini minimuma endirmək istəyir. İranın mühafizəkar dairələrinin narahatlığı artıb.

Ermənistan Xarici İşlər Nazirliyindən fərqli olaraq Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın təklifini rədd edən açıqlama yayımlamadı. Prezident İlham Əliyevə Şuşa Media Forumunda mövzu ilə bağlı sual verildikdə o suala rəsmi İrəvanın cavab verməsi gərəkliyini söylədi. Azərbaycan Zəngəzur dəhlizinə Rusiya və Ermənistanın nəzarət etməsini istəmir, qalan təkliflərə isə müsbət yanaşa bilər. Paşinyan anlayır ki, Zəngəzur dəhlizi işə düşmədən Azərbaycanla normal münasibətlər qura bilməyəcək. O, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını uzaq gələcəyə saxlamaq istəmir. Buna baxmayaraq, Paşinyan sülh sazişinin imzalanması üçün zəruri olan konstitusiya dəyişikliyini sürətləndirmək istəmir. İlham Əliyev sülh sazişini imzalamağa tələsmir. Əgər Paşinyanın söylədiyi kimi, yeni konstitusiyanın mətnini Ermənistanda parlament seçkisindən sonra referenduma çıxaracaqlarsa, bu, təxminən 10 aylıq müddət deməkdir. Yəni çox da gözləmək lazım gəlməyəcək. Paşinyan Zəngəzur dəhlizini ABŞ və Avropa şirkətlərindən birinə icarəyə vermək istəyirsə, bu qərarını sürətləndirməlidir. Çünki həmin qərardan sonra hələ dəmir yolunu bərpa etmək lazım gələcək. Buna isə vaxt lazımdır".

Siyasi analitik Asif Nərimanlının fikrincə, Zəngəzur dəhlizi “Tramp körpüsü” adlandırılsa belə, bu, məsələnin mahiyyətini dəyişmir: “Azərbaycanı Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizinin ABŞ variantı ilə açılması gündəmdədir. Bunu təkcə mediada yayılan informasiyalar yox, həm də İrəvan və Bakıda liderlər səviyyəsində verilən bəyanatlar da deməyə əsas verir. Paşinyanın "autsorsinq" açıqlaması, Prezident İlham Əliyevin Şuşa Forumunda dedikləri, yəni Ermənistanın nə etmək istədiyi bizi maraqlandırmır, bizim üçün vacib olan Naxçıvana maneəsiz və təhlükəsiz keçidin təmin edilməsidir. Azərbaycan üçün əsas hədəf Naxçıvana maneəsiz keçid əldə etməkdir. İndiyə qədər ən aktual variant 10 noyabr razılaşmasının 9-cu bəndi, yəni Rusiyanın iştirakı idi, lakin bu, Ermənistan və onun Qərb tərəfdaşları tərəfindən qəbul olunmurdu. İndi ABŞ variantı gündəmə gəlib. Rusiya dəhlizdə yer almır, Ermənistanın “suverenlik istəyi” müəyyən qədər təmin olunur, Azərbaycan isə əvvəldən irəli sürdüyü hədəfinə - Naxçıvana maneəsiz keçidə nail olur. Bu marşrutun dəhliz, yoxsa yox, yaxud amerikalıları istəyinə uyğun olaraq, “Tramp körpüsü” adlandırılması mahiyyəti dəyişdirmir. Fikrimcə, bu variant mümkün görünür.

Lakin o da bəllidir ki, ABŞ-ın burada olması Rusiya və İranın müdaxilə cəhdlərini də intensivləşdirəcək. Əslində Rusiyanın son dövrlər paralel şəkildə Azərbaycan və Ermənistana hücumlarının əsas səbəbi də bundan qaynaqlanır. Mövcud şərtlərdə İranın prosesi tormozlamaq imkanları zəifdir. Rusiyanın İranla müqayisədə müəyyən üstünlüyü görünsə də, Moskvanın da təsir rıçaqları güclü deyil. Bu baxımdan Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, Zəngəzur “düyününün” çözülməsi ehtimalı önə çıxır. Lakin Zəngəzur düyününün bu variantla çözülməsi kommunikasiyanın açılması imkanlarını yaratsa belə, ABŞ-ın, yəni üçüncü tərəfin prosesdə birbaşa iştirakı Cənubi Qafqazın geosiyasi mübarizə poliqonuna çevrilməsi risklərini də aktuallaşdırır. Fikrimcə, Bakı prosesdə Türkiyənin bu və ya digər formada yer almasına çalışmalıdır, eyni zamanda Bakı və İrəvan bu məsələdə də ikitərəfli formata üstünlük verməlidirlər. Türkiyənin iştirakı regional güclər - Rusiya və İran qarşısında qalxan rolunu oynaya bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Dünən, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Dünən, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Dünən, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Dünən, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Dünən, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Dünən, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Dünən, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru