"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" .....                     Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” .....                     Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? .....                     "Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." .....                     Ermənistanın 40 faizi sülh sazişi istəmir .....                     Camış qatığında camış südü YOXDUR .....                     TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... .....                     Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir .....                     ""Bakı Abadlıq" bizə təzyiq göstərir" .....                     Bu məsələ Mikayılovun umrunda da deyil .....                     Zəngəzur dəhlizi açılarsa... .....                     Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? .....                     Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib .....                     Paşinyan bir anda planını həyata keçirəcək .....                     Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... .....                     Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? .....                     "Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" .....                     Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? .....                     Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir .....                     Allahverdi Yolçuyev işlə təmin olundu .....                     Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb .....                     İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi .....                     Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda .....                     AKP-nin deputatı öldürülüb .....                     “Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda .....                     “Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi .....                     Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım .....                     Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb .....                     Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... .....                     AZAL təyyarəsinin vurulma əmrini verən generalın .....                     Yazıçı Turgenyev və pozucu Putin .....                     Fermerin məhsulu sahədə ÇÜRÜYÜR .....                     Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər .....                     Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb .....                     Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi .....                     “Zəngəzur sadəcə yol deyil” .....                     "Qlisin" apteklərdə yoxa çıxıb .....                     "Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib .....                     Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir .....                     Paşinyan Putinlə siyasi “bazarlıq”da .....                 

Cərrahi əməliyyat otaqlarında şou: cəzalar niyə nəticə vermir? - HƏQİQƏTƏN DƏ...
Tarix: Dünən, 10:17 | Çap et

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Medipoint” klinikasında süni mayalanma əməliyyatı zamanı çəkiliş aparılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib. Oxu.az-ın sorğusuna cavab olaraq mərkəzdən bildirilib ki, məsələ üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək. “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə qurumdan qeyd olunub.

Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədilə edən klinika və bloger videonun tənqid edildiyini görəndən sonra görüntülər sosial şəbəkələrdən silinib. Əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır.

Lakin əməliyyat otağında çəkiliş aparılması, sosial şəbəkələrdə paylaşmaq mərəzi ilk dəfə deyil. Bundan əvvəl də əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilib, həkim cəzalandırılıb. Belə ki, mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və buna görə cəzalandırılıb.

Bu hallar getdikcə adiləşir. Sanki bir tendensiya halı alır. Axı nəzərə alınmalıdır ki, əməliyyat otağına kənar şəxslərin girişi qadağandır. Bu, ilk növbədə aseptika, sterilizasiya cəhətdən vacibdir. Lakin ginekoloqlar əməliyyatı zamanı otaqda gah tort kəsdirib ad günü keçirir, gah bloger piar çəkiliş aparır. Sabah da doğuş zamanı xınayaxdı təşkil olunsa, təəccüb doğurmaz. Təbii ki, həm həkimin məsuliyyətsizliyi, həm də çalışdığı tibb müəssisəsi rəhbərliyinin laqeydliyi burada əsas rol oynayır.

Belə halların qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir? Həkimlərimiz illərlə təhsil almış şəxslər kateqoriyasına aiddir, niyə belə insanlar məsuliyyətsiz hərəkətlərə yol verirlər? Əməliyyat zamanı çəkilişlər, kənar şəxslərin içəri daxil olması pasiyent üçün hansı təhlükələri yaradır?

Qeyd edək ki, dünyada bu kimi hallara yanaşma olduqca sərtdir. Əksər ölkələrdə əməliyyat otağında çəkiliş aparılması üçün xəstənin yazılı razılığı tələb olunur. Bu razılıq olmadan çəkiliş aparmaq, xüsusilə də bu görüntüləri əyləncə və ya şəxsi təbliğat məqsədilə sosial mediada paylaşmaq ciddi etik və hüquqi pozuntu hesab olunur. Bəzi ölkələrdə bu səbəbdən həkimlər lisenziyalarını itirir, işdən çıxarılır və ya peşəkar reyestrdən uzaqlaşdırılırlar. Məsələn, ABŞ-da bir neçə belə hadisə qeydə alınıb. 2017-ci ildə Kolorado ştatında plastik cərrah TikTok üçün video çəkmiş, nəticədə onun tibb fəaliyyəti müvəqqəti dayandırılmışdı. Çikaqoda isə başqa bir həkim pasiyentin razılığı olmadan "Snapchat"a görüntü yerləşdirmiş və işdən azad edilmişdi. Böyük Britaniyada isə Milli Səhiyyə Sistemi bu cür çəkilişlərə yalnız ciddi tibbi-tədris və ya sənədli layihə məqsədilə icazə verir. Hindistanda da oxşar bir hadisə yaşanmış, bir ginekoloq doğuş zamanı xəstə ilə rəqs videosu çəkmiş və bu səbəbdən vəzifəsindən uzaqlaşdırılmışdı.

Əməliyyat otağında çəkiliş yalnız konkret şərtlər daxilində, yəni pasiyentin yazılı razılığı və etik komitələrin təsdiqi ilə, elmi və ya tədris məqsədilə aparıla bilər. Bu zaman pasiyentin üzünün görünməməsi və şəxsiyyətinin tanınmaması da təmin olunmalıdır. Tibbi etika pasiyentin hüquq və məxfiliyinin qorunmasını əsas prinsip kimi müəyyən edir. Əməliyyat otağında qeyri-ciddi davranışlar, sosial şəbəkələrə yönəlik şüavari görüntülər tibb peşəsinə olan ictimai etimadı zədələyir və bu sahədə çalışan digər həkimlərin də nüfuzuna xələl gətirir. Azərbaycanda da bu məsələyə daha ciddi yanaşılmalı, qanunvericilik çərçivəsində müvafiq mexanizmlər sərtləşdirilməli, etik komitələrin rolu artırılmalıdır. Əks halda, əməliyyat otaqları həyat qurtaran məkan olmaqdan çıxıb şəxsi PR məkanına çevriləcək. Bu isə cəmiyyətin sağlamlığı üçün təhlükəli trendlərin başlanğıcı ola bilər.

Cərrah-alim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, təbabətdə xeyli prinsiplər var ki, onlara əməl olunmalıdır: “Bunlardan biri təbabətin texniki prinsipləridir. Məsələn, steril şəraitin qorunması, aseptik və antiseptik tədbirlərin görülməsi, müəyyən tibbi qaydaların gözlənilməsi bu prinsiplərə daxildir. Digər bir qisim isə etik prinsiplərdir. Etik prinsiplər mənəvi prinsiplərə əsaslanır. Bu zaman xəstənin şəxsiyyətinə hörmət, onun müalicə prosesində razılığının alınması və çıxılmaz vəziyyətindən sui-istifadə hallarına yol verilməməsi vacibdir. Belə sui-istifadə hallarının özü hüquqi məsuliyyət doğuran məsələlərdir. Azərbaycanda həkim etikası kodeksi mövcud deyil. Halbuki dünyanın əksər ölkələrində belə bir sənəd var. Bu, həkimlərin xəstələrlə, tibbi və digər personalarla münasibətlərini tənzimləyən hüquqi sənəddir, yəni qanunvericilik aktıdır. Bizdə belə bir kodeks olmadığı üçün bu sahədə ciddi boşluqlar yaranır”.

Professor qeyd edir ki, bu gün müşahidə edilən bəzi halların nə etik, nə də texniki baxımdan izahı var: “Məsələn, əməliyyat otağına, orada iştirak etməyə ixtiyarı olmayan şəxslərin daxil olması qətiyyən yolverilməzdir. Digər tərəfdən, xəstənin məxfiliyi daim qorunmalıdır. Həkim bu qaydalara əməl etməlidir. Xəstənin şəxsi razılığı olmadan heç bir tibbi manipulyasiya, heç bir prosedur və ya çəkiliş aparıla bilməz. Bəs bütün bunlar nədən qaynaqlanır? Əsas səbəb - ölkədə akkreditasiya sisteminin olmamasıdır. Kiminsə ağlına gəlibsə, nə vaxtsa bir sertifikasiya imtahanı keçirib və bu sistem illərlə inersiya ilə davam edir. Amma artıq heç kim fikirləşmir ki, bu sistemi ləğv edib yenidən və sivil əsaslarla qurmaq lazımdır. Halbuki bütün dünyada akkreditasiya sistemi mövcuddur. Akkreditasiya sistemi ondan ibarətdir ki, həkim baza tibb təhsili və rezidentura mərhələsini başa vurduqdan sonra müəyyən saatlarla klinik təcrübə keçməli və yalnız bundan sonra ixtisas üzrə işləmək üçün lisenziya almalıdır. Bu lisenziya müddətlidir və hər il və ya müəyyən aralıqlarla təkrar yoxlamadan sonra yenilənməlidir. Amma bizdə bu sistem ümumiyyətlə tətbiq olunmur.

Lisenziya verilməmişdən əvvəl həmin həkimin yetərli olub-olmadığı yoxlanılmalıdır: nə qədər təcrübə toplayıb, nə qədər elmi və peşəkar konfranslarda iştirak edib, özünü necə təkmilləşdirib, hansı çətin və mürəkkəb hallarla qarşılaşıb və onlardan necə çıxıb? Bütün bunlar qiymətləndiriləndən sonra qərar verilməlidir - bu həkimin lisenziyası saxlanılacaq, yoxsa ləğv ediləcək? Əgər bu qiymətləndirmə və nəzarət sistemi olsa, yalnız peşəkar və məsuliyyətli şəxslər tibbi fəaliyyət göstərə bilərlər. Məsələ bundan ibarətdir. Hər şeyin sivil və qanuni yollarla həlli mümkündür".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sizə yalvaran olmuşdu ki, "Kontakt Home"dan mal alın?" - QALMAQAL
Bu gün, 09:51
Plastik cərrahlarla bağlı məsələ ABŞ-a “sıçradı” - TƏFƏRRÜAT
Bu gün, 09:46
Paytaxtdakı “yas mafiyası” bu dəfə də müqavimət göstərə biləcəkmi? - AKTUAL
Bu gün, 09:12
"Fonda gedirəm, qapıda mühafizə dayanıb ki içəri olmaz, ancaq zəng et..." - NARAZILIQ VAR...
Bu gün, 09:06
Ermənistanın 40 faizi sülh sazişi istəmir - FAKT BUDUR
Bu gün, 09:01
Camış qatığında camış südü YOXDUR - GİLEY
Bu gün, 08:58
TOYDA 2 500 MANATLIQ QIZIL TAXILDI, BOŞANMA ZAMANI 15 500 MANAT DƏYƏR QOYULDU... - Beyləqan sakini məhəkəmlərdən şikayətçidir
Bu gün, 07:06
Bakıdakı “Şanxay”da söküntü qalmaqalı: sakinlər evlərinə görə kompensasiya tələb edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:04
""Bakı Abadlıq" bizə təzyiq göstərir" - NARAZILIQ VAR...
Bu gün, 07:00
Bu məsələ Mikayılovun umrunda da deyil - FAKT BUDUR!
Bu gün, 06:53
Zəngəzur dəhlizi açılarsa... - Ermənistan-Türkiyə sərhəd qapılarının açılması mövzusu gündəmə gələcək
Bu gün, 06:48
Rayonda ev almaq üçün ipoteka krediti niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Məhkəmə 620 manat maaş alan ataya 1200 manat aliment kəsib - TƏFƏRRÜAT
Bu gün, 06:44
Paşinyan bir anda planını həyata keçirəcək - GƏLİŞMƏ
Bu gün, 06:42
Türkiyədən Zəngəzur dəhlizi açıqlaması: İrəvan qarşısında şərt qoyulub ki... - AKTUAL
Bu gün, 06:40
Bu iki ticarət şəbəkəsi nədən ƏRKÖYÜNLÜK EDİR? - Qanun-qayda hamı üçün deyilmiş...
Bu gün, 06:37
"Ermənistan Rusiyanı satdığı kimi, İranı da Qərbə satacaq" - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:34
Paşinyan izah etməlidir ki, Anna Akopyan dövlət büdcəsinin vəsaitlərini hansı statusda xərcləyir? - Tevanyan
Bu gün, 06:26
Azərbaycan reputasiya və iqtisadi itki riski ilə üz-üzədir - NƏ ETMƏLİ?
Bu gün, 00:10
Allahverdi Yolçuyev işlə təmin olundu - VİDEO
Bu gün, 00:06
Putin və Zelenskinin Türkiyədə görüşü razılaşdırılıb – Hakan Fidan
Bu gün, 00:04
İsgəndər Xəlilovun ofisinə hücum: Milyarder Bakıya gəldi - TƏFƏRRÜAT
Bu gün, 00:02
Türkiyə ordusu Xaçmazda, ABŞ desantları Zəngəzur yolunda - GƏLİŞMƏ
Bu gün, 00:01
AKP-nin deputatı öldürülüb - KİV
Dünən, 23:57
“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTO
Dünən, 18:10
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
Dünən, 18:05
Hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevdən tənqidi paylaşım - FOTO
Dünən, 18:01
Azərbaycan məhkəməsi Ukraynanın sabiq nazir müavinini azadlığa buraxıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Nizami rayonunda icra başçısının varlığı sənəd üzərindədir... - BELƏDƏ ÖZBAŞINALIQDIR...
Dünən, 17:46
AZAL təyyarəsinin vurulma əmrini verən generalın YENİ FOTOSU
Dünən, 17:33
Yazıçı Turgenyev və pozucu Putin - REPLİKA
Dünən, 17:18
Fermerin məhsulu sahədə ÇÜRÜYÜR - Şəhərdə isə qiymət cib “yandırır”
Dünən, 17:13
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - VİDEO
Dünən, 17:09
Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:02
Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
Dünən, 16:59
“Zəngəzur sadəcə yol deyil” – Paşinyanın çıxışının arxasındakı GİZLİN SƏBƏBLƏR
Dünən, 16:56
"Qlisin" apteklərdə yoxa çıxıb - AEM mövqe bildirdi
Dünən, 16:54
"Premium Bank” və onun vəzifəli şəxsi cərimə edilib
Dünən, 16:48
Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirməyi təklif edir - deputat
Dünən, 16:45
Paşinyan Putinlə siyasi “bazarlıq”da - İNCƏLƏMƏ
Dünən, 16:42
Rusiyanın qanunsuz olaraq Ukraynada hərbi əməliyyatlara cəlb etdiyi Azərbaycan vətəndaşı kömək istəyir - TƏFƏRRÜAT
Dünən, 16:36
Dubaydan gələn sərnişində 700 karat brilyant aşkarlanıb - AÇIQLAMA
Dünən, 16:34
Yenə də `Azəriqaz`... yenə də... - BU NƏDİ BELƏ?
Dünən, 16:25
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 16:15
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür - BU FAKTDIR...
Dünən, 16:10
Kriminal avtoritetin evindən onların şəkilləri çıxdı
Dünən, 16:08
General Zalujnı danışdı: “Qırmızı şalvarda gələn kontingent…” – Müharibə 2034-ə qədər davam edə bilər
Dünən, 16:01
Məşğulluq Agentliyi anbar icarəyə götürür – Ayda 106 min verəcək
Dünən, 15:59
100 min evə “kupça” veriləcək: - Bəs qalan 400 min?
Dünən, 15:18
Agentlik 2 milyon manata anbar icarələdi - DETALLAR
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru