Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                     İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir .....                     İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar .....                     “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, .....                     “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... .....                     Məktəblərdə fransız dili ləğv olunur? .....                     Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb .....                     Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR .....                     Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender .....                     Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                     "Heç bir işlə təmin edilmədim" .....                     Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı .....                     Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... .....                     "Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" .....                     Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa .....                     Azərbaycanla Ermənistan arasında memorandum .....                     Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: .....                     Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… .....                     Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? .....                     Bank rəhbərliyindən holdinqə transfer oldu .....                     Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR .....                     Lerikdə 407 minlik tender ləğv olundu .....                     “Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu .....                     Babək rayonunda fermerlər DAD DEYİR... .....                 

Bayden dövründə imzalanmış xartiya işə düşür: bu ay ABŞ-Ermənistan hərbi təlimləri keçiriləcək - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 08:57 | Çap et

12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner - 2025" adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcək.

Manevrlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər icra olunacaq. Təlimlərdə əsas məqsədin sülhməramlı əməliyyatlara qatılan bölüklərin birgə fəaliyyətinin təşkili, idarəetmə və taktiki kommunikasiya sahəsində təcrübə mübadiləsi, eləcə də Ermənistanın sülhməramlılarının hazırlıq səviyyəsinin artırılması olduğu açıqlanıb.

Xatırladaq ki, 2023-cü ildə də eyni təlimlər keçirilib. ABŞ və Ermənistan arasında Cozef Bayden administrasiyasının səlahiyyətlərinin bitməsinə 5 gün qalmış - Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Razılaşmaya görə, Ermənistan və ABŞ il ərzində müdafiə sahəsində ikitərəfli məsləhətləşmələri başlatmaq və Ermənistan ordusuna peşəkar hərbi təlimlər daxil olmaqla, müdafiə və təhlükəsizlik proqramlarının əhatə dairəsini genişləndirməyi planlaşdırır.

Tərəflər Ermənistanın Avroatlantik qurumlara inteqrasiyasını dərinləşdirmək və Ermənistanın müdafiəsini gücləndirmək üçün təhlükəsizlik sahəsində əməkdaşlıq və islahat proqramlarını genişləndirməyi planlaşdırır. ABŞ Ermənistan sərhəd qoşunlarının potensialını gücləndirmək üçün daxili işlər və daxili təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan bütün hüquq-mühafizə qüvvələrinin təlimi və islahatlarına dəstək vermək niyyətindədir. Xartiyaya əsasən, ABŞ Ermənistanın sərhəd təhlükəsizliyinin potensialını, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və “Eagle Partner” təlimləri vasitəsilə sülhməramlı qüvvələrin potensialını artırmaq üçün Ermənistana gömrük və sərhəd patrul komandası göndərməlidir.

Göründüyü kimi, bu sazişin icrası Tramp administrasiyası dönəmində 6 ay gecikdi. Lakin artıq xartiyadan irəli gələrək təlimlər başlanır. Sadəcə, hələ də amerikalı gömrükü və sərhədçi patrul xidməti Ermənistana göndərilməyib.

Maraqlıdır ki, təlimlərə Rusiya və İrandan reaksiya yoxdur. Tehran üçüncü qüvvənin regiona yerləşməsini təhlükə adlandırır. Üstəlik, Ermənistanın təhlükəsizliyini öz məsələsi sayır.

Bəs elə az əvvəl onun üç nüvə bazasını bombalayan Trampın Ermənistana ordu göndərməsinə İran niyə susur? Rusiya da seyrçi mövqedədir. Azərbaycana demədikləri qalmayan rusiyalı siyasətçilər, Kreml ABŞ ordusunun KTMT üzvü olan ölkəyə gəlişinə seyrçi qalmaqdadır.

Bu təlimlərin məqsədi nədir? Ermənistan KTMT-dən tezliklə de-yure çıxa bilərmi?

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, ABŞ və erməni hərbçilərinin hazırkı təlimi iki ildən bir keçirilməsi nəzərdə tutulan rutin təlimlərdəndir: “Erməni hərbçilər bu təlimlərdə on beş ilə yaxındır ki, iştirak edirlər. Əvvəllər bu kimi təlimlər daha çox NATO bayrağı altında və daha çox Gürcüstanda baş tuturdu. Birləşmiş Ştatlarla Ermənistan arasında imzalanan məlum xartiyadan sonra bu tipli hərbi-didaktik təlimlər Ermənistanda gerçəkləşəcək. Dediyim kimi, budəfəki təlimlər daha çox hərbi-didaktik, təcrübələrin bölüşülməsi xarakterini daşıyır. Ona görə də arxasında hər hansı ciddi siyasi mesajın olduğunu düşünmürəm. Fikrimcə, Moskva və Tehranın budəfəki ABŞ-Ermənistan yaxınlaşmasına səssiz qalmasına səbəb də məhz budur”.

Onun fikrincə, görünür, İrəvan həm Tehranı, həm də Moskvanı bu məsələ ilə bağlı öncədən məlumatlandırıb: “Digər maraqlı məqam ondan ibarətdir ki, həmişə bu kimi təlimlərdən sonra ABŞ Rusiyaya qarşı daha kəskin siyasi həmlələr gerçəkləşdirir. Görünən odur ki, Ermənistanla bu kimi təlimlər indiyə yox, gələcəyə hesablanmış addımdır. Yəni gələcəkdə Gümrü bazası əl dəyişdirə və Rusiya hərbçilərinin yerini amerikalılar tuta bilər”.

Hərbi icmalçı Səxavət Məmməd isə yaxın zamanlarda regionda gərginliyin artacağını düşünür: “Ermənistan, xüsusilə 44 günlük müharibə nəticəsindəki məğlubiyyəti özündən daha çox Rusiyada axtarır. Ermənistan məğlubiyyətdən dərhal sonra üzünü Rusiyadan Qərbə çevirdi. Fransa ilə əvvəldən də olan əməkdaşlıq daha da sıxlaşdırıldı, Avropa İttifaqının mülki missiyası Ermənistana yerləşdi. Silah alışında da Ermənistan Qərb və Hindistan istehsalına üstünlük verdi. Faktiki olaraq Rusiyanın arxa baxçası kimi gördüyü Cənubi Qafqaza Paşinyan hakimiyyəti kənar gücləri gətirdi.

Rusiya və İranın əsas rəqibi ABŞ-dır. Ermənistan Rusiyanın başını çəkdiyi KTMT-nin üzvü olduğu halda, ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası imzaladı. Bundan əlavə, ABŞ ordusu ilə Ermənistan ordusu artıq üçüncü dəfə olacaq ki, hərbi təlimlər keçəcəklər. Təbii ki, bu təlimlər sülhməramlı fəaliyyət adı altında keçirilməlidir. Düşünürəm ki, “sülhməramlı” ifadəsi, sadəcə olaraq, Ermənistanın özünü Rusiya və İrandan sığorta etməsi üçün bir çətirdir. ABŞ ordusu ilə Ermənistanın hərbi təlimlər keçməsinə İran və Rusiya səssiz kimi görünsələr də, əslində, hər iki dövlətin reaksiya verəcəyi gözləniləndir. Rusiya konkret olaraq Ermənistandakı hərbi bazanın gücünü 50-60 faizdən 100 faizə çıxarmaq üçün addımlar atır. İran isə fərqindədir ki, Ermənistan region üçün də, elə İran üçün də təhlükədir. Ermənistanın ərazisi kiçik olsa da, orada Rusiyanın hərbi bazası var, bundan əlavə, mülki missiya adı altında Avropa İttifaqı və ABŞ mövcuddur. Bir ölkənin ərazisində bir-birinə daban-dabana zidd ölkələrin hərbi varlığı mütləq şəkildə ağır nəticələr verməlidir".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Bu gün, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Bu gün, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Bu gün, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Bu gün, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Bu gün, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Bu gün, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Bu gün, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Bu gün, 15:40
“Xalq Həyat”da təyinat olub
Bu gün, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Bu gün, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Bu gün, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Bu gün, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Bu gün, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Bu gün, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Bu gün, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Bu gün, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Bakıda sovetdənqalma İDEOLOJİ TULLANTILAR - KİMƏ LAZIMDIR AXI?..
Bu gün, 12:03
Lerikdə 407 minlik tender ləğv olundu - SƏBƏB
Bu gün, 11:59
“Bakı Kristal Zalı”nın 75 əməkdaşı 37 min manata sığorta olundu - SİYAHI
Bu gün, 11:54
Babək rayonunda fermerlər DAD DEYİR... - "Məmurların əlindən..."
Bu gün, 11:41
“Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:37
Tanınmış şirkətdə 2 milyonluq yeyinti: 3 qadına cinayət işi açılıb - TƏFƏRRÜAT
Bu gün, 11:33
Nərgiz İsmayılova vəzifəsindən GETDİ - ərizə yazaraq...
Bu gün, 11:30
“Arif Babayevin heykəlinin Qarabağda ucaldılmasını arzulayıram” -xanəndənin heykəlinin müəllifi
Bu gün, 11:18
"Sehirli Naftalan"la Həmkarlar İttifaqı Konfederasiyasının müəmmalı işbirliyi - İLGİNC İDDİALAR
Bu gün, 11:14
Şahin Şıxlınskinin qətldə günahlandırılması əsassızdır - Qohumundan AÇIQLAMA
Bu gün, 11:09
Bakıda “Aİ-95” premium benzinin qıtlığı yaranıb - NƏ BAŞ VERİR?
Bu gün, 11:06
Rusiya yenidən Qarabağda münaqişəni bərpa etmək istəyir - Melkonyan
Bu gün, 11:04
Ermənistan prezidenti İranın vitse-prezidenti ilə görüşüb - KİV
Bu gün, 11:00
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru