"Belə dələduzluq olmaz..." .....                     Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. .....                     Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... .....                     Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... .....                     Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… .....                     Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası .....                     Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü .....                     Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır .....                     "Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" .....                     AHİK qiymətlərlə "oynayır"? .....                     Astara rəsmən ÖZBAŞINA QALIB .....                     Araz Paşayev kimin maraqlarını güdür? .....                     Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? .....                     "Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" .....                     Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır .....                     "Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" .....                     İranın Turan QORXUSU .....                     Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü .....                     Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi .....                     İran, Rusiya, Ermənistan üçbucağı çat verib .....                     "Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" .....                     Putin Trampa bu “güzəşt”i təklif edəcək .....                     ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq .....                     “İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” .....                     Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib .....                     Gözdən əlil şəxsin şikayəti təmin olunmadı .....                     “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu .....                     Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib .....                     Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” .....                     AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ .....                     Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                 

Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Tarix: Bu gün, 06:42 | Çap et

"Azərbaycan və Ermənistan cümə günü Vaşinqtonda sülh naminə çalışmağa söz verən anlaşma memorandumu imzalayacaqlar".

Britaniyanın “Middle East Eye” nəşri belə yazır. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp imzalanma mərasimində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcək. Mənbələr əlavə ediblər ki, iki lider Trampa diplomatik qələbə qazandıracaq sülh sazişi layihəsi deyil, niyyət məktubu imzalayacaqlar.

Memorandumun sülh prosesinin gedişatına təsiri necə ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu görüşdən müəyyən gözləntilər olsa da, prosesin yekunlaşması üçün hələ həlledici addımlar atılmayıb. Politoloqun sözlərinə görə, memorandum yalnız müəyyən öhdəlikləri əks etdirən bir sənəddir və onun imzalanması dərhal sülhün əldə olunacağı anlamına gəlmir:

"Vaşinqton görüşündən, əlbəttə ki, gözləntilər var. Lakin bu, o demək deyil ki, artıq sülh sazişinə yol çox qısadır və Vaşinqtonda keçirilən görüş nəticəsində dərhal sülh istəyi reallaşacaq. Məsələ ondadır ki, memorandum özünəməxsus bir öhdəlikləri özündə əks etdirən sənəddir. Yəni ingilis dilindən tərcümə etsək, bu sənəd tərəflərə “Yadda saxlayın ki, bunu, bunu, bunu etməlisiniz” deyir.

Artıq 5 ildir ki, İkinci Qarabağ müharibəsi başa çatıb. Amma bu müddət ərzində daim Ermənistanın müxtəlif manevrli hərəkətlərinə şahid olmuşuq. Elə hesab olunur ki, artıq son məqsədə çox az qalıb. Amma Ermənistan ən vacib və həlledici məqamlarda gözlənilməz addımlar atır və geri çəkilir. Ən yaxşı halda bir addım irəli atırsa, iki addım geri gedir. İndi isə biz Vaşinqtonda Əbu-Dabi görüşünün davamını görürük.

Bu, onu göstərir ki, rəsmi Vaşinqton, xüsusilə də Donald Tramp çalışacaq ki, Ermənistanı, zorla, prinsip etibarilə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etsin. Azərbaycan tərəfindən isə heç bir problem yoxdur. Azərbaycanın irəli sürdüyü tələblər öz gücünü və qüvvəsini saxlayır. Biz demişik ki, Minsk Qrupu birdəfəlik buraxılmalıdır və digər tərəfdən də Ermənistan öz qanunvericilik aktlarına əl gəzdirsin ki, ərazi iddialarından imtina etməlidir”.

Tofiq Abbasov qeyd edib ki, Əbu-Dabi danışıqları hər iki tərəfin sülhə maraqlı olduğunu göstərdi:

“Əbu-Dabi görüşündə artıq bəlli oldu ki, hər iki tərəf daha böyük bir istəklə prosesə qatılıb. Bu, xüsusilə Ermənistana aiddir. Artıq sülh sazişinin yolu müəyyən edilib və bu yolu birgə keçmək lazımdır. İndi Vaşinqtonun da bu prosesdən gözləntiləri böyükdür. Çünki məlum olduğu kimi, Donald Tramp sülh mükafatı əldə etmək istəyir. Olsun, niyə də yox?

Amma bir şərtlə ki, burada Azərbaycanın həm gözləntiləri, həm də tələbləri nəzərə alınmalıdır. Çünki Azərbaycan qalib tərəfdir və bu, artıq hamıya bəlli olan bir həqiqətdir. Digər tərəfdən, biz uzun illər Ermənistanın anlaşılmaz siyasətindən, barbarlığından və vəhşiliyindən əziyyət çəkmişik.

İnsanlarımızın dəhşətli itkiləri olub. Bütün bunlardan sonra Azərbaycan artıq beynəlxalq hüququn tələblərini yenidən qüvvəyə mindirdikdən sonra Ermənistan indi prosesi süründürür və çalışır ki, yekun addımı atmasın”.

Politoloq vurğulayıb ki, ABŞ-nin, xüsusilə də Donald Trampın prosesə fəal qoşulması Ermənistanın məsuliyyət daşıdığı öhdəlikləri yerinə yetirməsinə səbəb ola bilər: “Hər halda biz yaxşı xatırlayırıq ki, üç platforma - Brüssel, Moskva və Vaşinqton var idi.

Görünən odur ki, Vaşinqton platforması digər iki platformanı üstələyərək, tərəfləri sülh sazişinə imza atmağa yaxınlaşdırır. Bəli, bu memorandum imzalanacaq və ondan sonra son mərhələyə çox az məsafə qalacaq. Düşünürəm ki, əgər Donald Tramp bu məsələ ilə ciddi maraqlanır və tərəflərin razılığını alıbsa, memorandumdan sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu addımlar atıldıqdan sonra sülh sazişi imzalanacaq”.

Tofiq Abbasovun sözlərinə görə, Paşinyan ciddiliyini göstərsə, həm sülh sazişi imzalanacaq, həm də seçkilərdə qalib gələcək:

“Bu məsələyə biz ilk növbədə Cənubi Qafqazda sülhün bərqərar olması kontekstindən yanaşırıq. Çünki Ermənistanda hələ də revanşist qüvvələr baş qaldırırlar. Onlar Samvel Karapetyanı hakimiyyətə gətirməyə çalışırlar.

Ona bir növ şərait yaradılır ki, bütün müxalif qüvvələrin başında dursun və Azərbaycanla bağlı sərt, qeyri-adi addımlar atsın. Məlumdur ki, Samvel Karapetyanın ətrafında toplaşanlardan biri də Robert Köçəryandır. Onlar revanşistlər, Azərbaycan ilə düşmənçilik edən qüvvələrdir.

Eyni zamanda, xırda partiyalar və bloklar da onun ətrafında toplaşıb. Amma Samvel Karapetyanın nə elə bir ciddi siyasi təcrübəsi, nə də idarəçilik bacarığı var. O, sadəcə müəyyən dairələrin yetişdirməsidir ki, onu ortaya atırlar.

Onun sərmayəsi var və maliyyə imkanlarından istifadə edərək populyarlığını süni şəkildə artırmağa çalışırlar. Ancaq hesab edirəm ki, Nikol Paşinyan onunla müqayisədə daha bacarıqlı və imkanlı siyasətçidir. Əgər Paşinyan həqiqətən də bu kritik mərhələdə Azərbaycan qarşısında ciddiliyini göstərsə, sülh sazişi imzalanacaq. Eləcə də Ermənistanda növbəti parlament seçkilərində Paşinyan və onun partiyası qalib gələcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Belə dələduzluq olmaz..." - NARAZILIQ VAR...
Bu gün, 09:02
Bu ermənini Qarabağa KİM BURAXIB AXI?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:55
Rusiyanın “üç meymun” siyasəti: görmür, eşitmir... - NƏ ETMƏLİ?
Bu gün, 08:40
Azərbaycan təhsilində TEXNİKİ NASAZLIQ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:38
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”… - İTTİHAM VAR...
Bu gün, 08:33
Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Bu gün, 08:28
Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşdü
Bu gün, 08:26
Pekindən Bakıya 19 günə gəldi, Bakıdan Ələtə 12 gündür gəlib çıxmır - GİLEY
Bu gün, 07:30
"Təhsil sistemi bir neçə təsadüfi şəxsin təşəbbüsü və ya şəxsi marağı ilə idarə olunur" - FAKT BUDUR!
Bu gün, 06:58
AHİK qiymətlərlə "oynayır"? - CBC kanalının sabiq əməkdaşı şikayətlənir
Bu gün, 06:56
Astara rəsmən ÖZBAŞINA QALIB - “Deyir ki, icra nümayəndəsiyəm, nə istəyirəm, eləyirəm...”
Bu gün, 06:52
Araz Paşayev kimin maraqlarını güdür? - Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir
Bu gün, 06:47
Vaşinqton görüşü: Sülh olacaq, yoxsa yox? - İNCƏLƏMƏ
Bu gün, 06:42
"Ağ Evdə keçiriləcək görüş Cənubi Qafqazın taleyində dönüş nöqtəsi ola bilər" - ŞƏRH
Bu gün, 06:40
Bayramov özünü KOLXOZ SƏDRİ kimi aparır - elə bilir ki, Gəncə də ən böyük kənddir...
Bu gün, 06:35
"Pezeşkian da bu dəyişiklikləri real şəkildə dəyərləndirən liderlərdən biridir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
İranın Turan QORXUSU - Görünəni odur ki...
Bu gün, 06:23
Kəlbəcərdə 5 hərbçimiz minaya düşdü - ADLAR
Bu gün, 06:19
Vardan Oskanyan beynəlxalq qurumlara ölkə hökumətindən şikayət etdi
Bu gün, 00:24
İran, Rusiya, Ermənistan üçbucağı çat verib - FAKT BUDUR!
Bu gün, 00:22
"Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir" - ÇAĞIRIŞ
Bu gün, 00:18
Putin Trampa bu “güzəşt”i təklif edəcək – Moskvanın hiyləgər planı açıqlandı
Bu gün, 00:16
ABŞ avqustun 8-dən sonra Rusiyaya qarşı yeni addımlar atacaq - “Financial Times”
Bu gün, 00:13
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Dünən, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Dünən, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Dünən, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Dünən, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Dünən, 17:55
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:50
AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Dünən, 17:44
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Dünən, 17:42
4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Dünən, 17:38
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Dünən, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Dünən, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Dünən, 17:05
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Dünən, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Dünən, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Dünən, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Dünən, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Dünən, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Dünən, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Dünən, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Dünən, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Dünən, 15:40
“Xalq Həyat”da təyinat olub
Dünən, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Dünən, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Dünən, 15:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru