Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                 

İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Tarix: Dünən, 09:10 | Çap et

Zəngəzur dəhlizi ətrafında məkrli çevrələrin körüklədiyi intriqa bitmir. Xüsusən də cənub qonşumuz İranın radikal şovinist dairələri Ağ Evdə əldə olunan tarixi razılaşmanı hələ də sabotaj edir, hətta Pezeşkian hökumətinin rəsmi, praqmatik mövqeyinə zidd münasibət sərgiləyirlər.

Bu arada İran parlamentinin sədri, seçkilərdə Pezeşkianın rəqibi olmuş Məhəmməd Baqir Qalibaf ikibaşlı şəkildə bəyan edib ki, İran və Türkiyə regionun sabitliyini və bütövlüyünü birgə təmin etməyə qadirdir. Ermənistan KİV-i və ekspert icması isə bu açıqlamanı Tehranın Zəngəzur dəhlizinə birgə nəzarətlə bağlı Ankaraya təklifi kimi şərh edir.

Erməni türkoloq Akop Çakryan Qalibafın açıqlamasını şərh edərkən söyləyib: “Əlbəttə, burada ABŞ-da baş verən hadisələr fonunda Zəngəzur dəhlizi nəzərdə tutulur. Görünən budur ki, Donald Trampın gəlişindən sonra ”tostlar şirinləşir" və Zəngəzur dəhlizi ilə bağlı yeni inkişaflara işarə edilir. Təbii ki, ABŞ-nin superdövlət kimi bəzi imkanları var. Türkiyə və İran da iki qüdrətli siyasi qüvvə kimi rəqabət aparır, amma bu halda da onları “ortaq düşmən”in birləşdirdiyini də qeyd etmək lazımdır. İran Zəngəzur dəhlizinə Türkiyə ilə birgə nəzarət etmək istəyir".

Onun sözlərinə görə, Zəngəzur dəhlizi sıradan bir dəhliz deyil, nəzarəti qlobal əhəmiyyət kəsb edən regional transformasiyanın kəsişmə nöqtəsidir: “Çin, ABŞ - hamı maraqlanır. Amerikalılar üçün çox vacibdir. Ancaq burada sual yaranır ki, bura bizim suveren ərazidirsə, bəs niyə Amerika Birləşmiş Ştatlarına verilir? Bunun müqabilində nə alacaqlar?” - erməni ekspert qeyd edib.

Başqa bir erməni politoloq Arman Abovyan isə deyib ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin nəzarətində olacaq. Onun fikrincə, dəhlizə avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Bakı və İrəvan arasında imzalanmış razılaşma əsasında Türkiyə və Azərbaycan nəzarət edəcək (“Teleqraf”).

Erməni ekspert əmindir ki, dəhliz Türkiyə-Azərbaycan tandeminə təhvil verilib: “Trampın özü də Vaşinqtonda keçirilən görüşdə dəfələrlə Sünikdən (Qərbi Zəngəzur) keçən yoldan dəhliz kimi danışmışdı. Yəni ABŞ prezidenti faktiki olaraq söhbətin adi yoldan yox, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında açılacaq dəhlizdən getdiyinə işarə eləmişdi. Ola bilsin, kimlərsə unudub ki, rəsmi olaraq ”Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan layihə ABŞ-a tranzit dəhlizinin inkişafı üçün müstəsna hüquqların verilməsini nəzərdə tutur. Başqa sözlə, bu, ekstraterritorial dəhlizdir".

Artıq xəbər verildiyi kimi, gələn həftə ABŞ nümayəndə heyəti Zəngəzur dəhlizi layihəsini müzakirə etmək üçün Ermənistana gələcək. Məlumatda bildirilir ki, onlar marşrutun təkcə texniki və siyasi detallarını deyil, həmçinin investisiyaların həcmini, prioritet istiqamətləri və tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər. Görüşlərin bağlı qapılar arxasında keçiriləcəyi deyilir.

Bəs bu iki erməni ekspertdən hansı haqlıdır? ABŞ imkan verərmi ki, dəhlizə İran da hansısa şəkildə nəzarət etsin?

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsini həll etməkdə məqsədimiz həm də kənar qüvvələri regiondan çıxarmaq idi. Azərbaycan Prezidenti II Qarabağ müharibəsindən dərhal sonra 3+3 əməkdaşlıq formatını təklif etdi: “Yəni regiona aid 6 dövlətin əməkdaşlığından söhbət gedirdi. Regionla bağlı məsələlərin həllini nəzərdə tutan bir əməkdaşlıq formatı kimi düşünülürdü. Çox təəssüflər olsun ki, beş ilə yaxındır müharibə bitib, lakin Ermənistan bir sıra məsələlərlə bağlı, o cümlədən Zəngəzur dəhlizi məsələsində öz öhdəliklərini yerinə yetirməyib. Ona görə də bundan istifadə edən ayrı-ayrı qüvvələr regionda yeni problemlər yaratmağa çalışırlar. Bunlardan biri də əslində Azərbaycanın təşəbbüsü nəticəsində gündəmə oturmuş, bölgəyə rifah, sülh, inkişaf gətirəcək Zəngəzur dəhlizinə maneələrdir. Zəngəzur dəhlizinin açılmasına Ermənistan neçə ildir imkan vermir. Onlar Zəngəzur dəhlizinə dəhlizdən başqa hər formada baxırlar, özü də Zəngəzur dəhlizinin açılmasını vahiməli təhlükə sayırlar. Əslində isə Zəngəzur dəhlizinin əsas məqsədi, mahiyyəti yeni loqistika, kommunikasiya xətlərinin açılmasına, iqtisadiyyatın inkişafına şərait yaratmaqdır. Ermənilər yavaş-yavaş bunu anlamağa başlayırlar. Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun bütün dövlətlərinə, ən çox da Ermənistana iqtisadi dividentlər gətirəcək. O dəhlizi hansı ölkənin şirkətinin işlətməsindən asılı olmayaraq dəhliz hər kəsə faydalı olacaq. İranda bəzi qüvvələr isə hələ də məsələni yanlış istiqamətə yönləndirərək tamamilə siyasiləşdirirlər, Ermənistana təsir göstərirlər”.

Politoloq hesab edir ki, 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra isə İrandakı dairələr dəhlizə nəzarətlə bağlı yarışa giriblər: “Dəhlizə Türkiyə və İranın nəzarət etməsindən daha çox bu dəhlizin beynəlxalq bir yol kimi işləməsindən yana olmaq lazımdır. Azərbaycan dövləti məsələyə həm bu cür yanaşır, həm də o yolu Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən maneəsiz istifadə edilməli olan quru yolu kimi baxır. Çünki bu yol SSRİ dövründə də mövcud olub. Amma müxtəlif qüvvələr bu yolun açılmaması üçün çalışırlar, qəbul edilməsi mümkün olmayan təkliflərlə çıxış edirlər”.

Politoloq qeyd etdi ki, hazırda Zəngəzur dəhlizinə ABŞ, Türkiyə-İran və ya başqa hansısa dövlətlərin nəzarət edəcəyi ilə bağlı razılaşma yoxdur: “42 kilometrlik həmin yol Ermənistanla ABŞ arasında imzalanmış razılaşmaya əsasən ABŞ şirkəti tərəfindən tikiləcək və həmin ərazi beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanındığı üçün yolun təhlükəsizliyi təminatını Ermənistan ABŞ-la razılaşdırıb. Bu, İrana aid olan məsələ deyil, bu, Ermənistana aid olan məsələdir. ABŞ-ın da 8 avqustdan sonra İranın o yola nəzarət etməsinə razılaşması mümkün deyil. İranın bu məsələdə pozucu addımlarına ABŞ imkan verməz. İrana sual oluna bilər ki, sən öz ərazindən keçən Araz dəhlizinə nəzarəti, məsələn, Türkiyəyə və başqa bir ölkəyə verirsənmi? Azərbaycan üçün isə əsas məsələ o yolun açılması və təhlükəsizliyinə təminat verilməsidir. Hansısa qüvvələr bu məsələdə pozuculuq mövqeyindən çıxış edirlərsə, bu onların regionda sülhə yanaşmasından irəli gəlir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Dünən, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Dünən, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Dünən, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Dünən, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Dünən, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Dünən, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Dünən, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Dünən, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Dünən, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Dünən, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Dünən, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Dünən, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Dünən, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Dünən, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Dünən, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Dünən, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Dünən, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Dünən, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Dünən, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Dünən, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Dünən, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Dünən, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
5-09-2025, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
5-09-2025, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
5-09-2025, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
5-09-2025, 17:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru