Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                     HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib .....                     Şadlıq sarayları əhaliyə “toy tutur” .....                     Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? .....                     Rasim Balayevin səhhətində problem yarandı .....                     Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                 

Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Tarix: Dünən, 10:14 | Çap et

“Təəssüflə qeyd etmək lazımdır ki, toylarımızda israfçılıq getdikcə artır. Yaslarda olduğu kimi, toylarda da israfçılıq çoxdur. İnsanlar bundan əziyyət çəkir, həqiqətən ciddi narahatlıq doğuran məsələdir. Biz ümumiyyətlə çalışmalıyıq ki, israfçılığı həyatımızdan çıxaraq, çünki dünyada bu gün ciddi proseslər gedir, insanların yaşayışı çətinləşir, qida, ərzaq çatışmazlığı artır”.

Bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, toylar bu gün əzablı bir məkana çevrilib (Demokrat.az).

“İnsanlar səs-küydən otura bilmirlər, yeməklərin keyfiyyətində ciddi problemlər var. Baxmayaraq ki, əslində toyun məqsədi istirahətdir, dincəlməkdir, amma insanlar oradan yorulmuş, tükənmiş formada evlərinə qayıdırlar. Ona görə düşünürəm ki, bu məsələyə də baxılmasına ehtiyac var. İnsanlar bu məsələdən əziyyət çəkməyə davam edirlər. Yaslardakı israfçılığı da biz aradan qaldırmalıyıq. Bunun üçün cəmiyyətin bütün üzvləri səfərbər olmalıdır. Toyun məqsədi insanların xoşbəxtliyidir, amma bu gün toy narahatedici bir məsələyə çevrilib”, - millət vəkili qeyd edib.

Ümumiyyətlə, son illər toy məclislərinin israfçılığından giley-güzar kütləviləşib. İndi hamı şadlıq saraylarının menyusundan şikayətlənir və masaya bu qədər nemət qoyulmasının əleyhinədir. Çünki bu yeməklərin çoxu elə süfrədə qalır. Nəticədə toy sahibinə artıq xərc düşür. Bu da öz növbəsində toya nəmər salanların da məbləği məcburən artırmasına səbəb olur. Bundan isə qazanan nə ailə quran cütlüklərdir, nə toyu təşkil edən valideynlər. Sadəcə, qazanan restoranlar olur. Ona görə də yas mərasimlərində ehsan məclislərinin sadələşdirilməsi kimi, toylarda israfçılığın aradan qaldırılmasına da ehtiyac yaranıb. Bu azmış kimi, ən azı toy sahibi menyuya dəyişiklik etmək, onu bir qədər yüngülləşdirmək hüququna malik olmalıdır. Yəni bu halda menyunun qiyməti qismən ucuz ola bilər. Ancaq şadlıq sarayları vətəndaşların bu seçim azadlıqlarını əlindən alır və istehlakçı hüquqlarını pozaraq özlərinin tərtib etdiyi menyu ilə hesablaşmağa məcbur edirlər. Yəni şadlıq evlərinin müəyyən etdiyi qiymətlər dəyişməz qalır.

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat” a açıqlamasında bildirdi ki, məclis sahibləri şadlıq saraylarının rəhbərliyi ilə şifahi danışıq zamanı şərtləri razılaşdırmalıdırlar. O vurğuladı ki, menyu, hətta süfrədə qalan yeməklərin məclis sahibinə verilməsi belə danışıqdan asılıdır: “Bu, hüquqi yox, daha çox mentalitetlə bağlı yanaşmadır. Toylara həddən artıq qonaq dəvət olunur, restoranlarda səs-küy çox olur, israfçılıq da həddən artıqdır və s. Restoranlar vəziyyətdən sui-istifadə edirlər. Hələ müğənnilərin dəvət olunması, onlara həddən artıq yüksək məbləğlərin ödənməsi də ayrıca problemdir. Müasir imkanlardan istifadə edib musiqi tərtibatını yüksək səviyyədə təşkil etmək olar. Bir sözlə, hesab edirəm ki, toy adət-ənənələrində dəyişiklik etməyin zamanı çoxdan çatıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə mövzu ilə bağlı qeyd etdi ki, quruma daim şadlıq sarayları ilə bağlı şikayətlər daxil olur. Onun sözlərinə görə, tələb təklifi üstələdiyi üçün bazar qanunlarına əsasən, keyfiyyətsiz xidmət verilir: “Şadlıq saraylarında nəinki menyunu dəyişdirməyə, süfrəyə gətiriləcək xörəklərin yerini dəyişdirməyə belə icazə verilmir. Sanki insanların məclisi tez tərk etməsi üçün konkret ”alqoritm" müəyyən edilib - işıq, səs tembri, temperatur, ofisiantların davranışı, hər an hesablanıb. Qonaqlar məclisi tez tərk edəndə süfrədə qalan yeməklər sonradan başqa məclisdə istifadə olunur. Müğənnilərlə şadlıq saraylarının gizli razılığı da olur. Ofisiantlar elə hərəkət edirlər ki, heç nə itkiyə getməsin. Məsələn, içkini ancaq ofisiantlar süzür. İstehlakçı hüquqları böyük miqyasda pozulur. Yüksək məbləğlər qarşılığında isə kassa çeki təqdim olunmur. Onu da qeyd etmək lazımdır ki, kütləvi zəhərlənmə hallarında cavabdehlik daşıyan olmur. AQTA bu sahəyə nəzarət edə bilmir. Xüsusilə, rayonlarda süfrəyə 20 cür yemək veriləcəksə, onlardan yalnız bir neçəsi yoxlatdırılır, müvafiq sənəd də restoranlara təqdim olunur. Üstəlik, hesab edirəm ki, şadlıq sarayları ilə məclis sahibləri arasında müqavilə imzalanmasına dair Nazirlər Kabinetinin qərarı olmalıdır".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Dünən, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Dünən, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Dünən, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Dünən, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Dünən, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Dünən, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Dünən, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Dünən, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Dünən, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Dünən, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Dünən, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Dünən, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Dünən, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Dünən, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Dünən, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Dünən, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Dünən, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Dünən, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Dünən, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Dünən, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Dünən, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Dünən, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
5-09-2025, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
5-09-2025, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
5-09-2025, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
5-09-2025, 17:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru