Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Tarix: 4-10-2024, 08:39 | Çap et
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi?
Televiziyalarda, saytlarda və bir çox sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif Bankların guya sərfəli reklamlarını eşidirik, görürük. Təbii ki, dünyanın heç bir bankında olmayan yüksək faizlərlə müştəriləri o qədər də aldatmaq mümkün deyil. Reklamla real faiz arasında çox vaxt kəskin fərqlər ortaya çıxır. Avropada və dünyada banklar müştərilərə pulu iki rəqəmli faizlə təklif edirlər. Yəni, ən yüksək faiz belə 10 faizə çatmır. Bizdə isə ən aşağısı 16 faiz görəndə sevinirik. Bir çox banklar isə müxtəlif adda guya sərfəli kartlar təklif edirlər və həmin kartlarda müxtəlif məbləğdə pullar olur. Həmin pulu müştəri az məbləğdə istifadə edib, həmin xərclədiyi pulu ay ərzində geri qaytarmalıdır. Bu da bankların müştərilərə qurduqları növbəti tələdir.

Yaxşı, tutaq ki, banklar təklif etdikləri karta bizim adımıza müxtəlif məbləğdə pullar yerləşdirir. Bəs bu pulların etibarlılığı nə qədərdir? Bank bu pulların qorunması üçün müştəriyə dəqiq zəmanət verə bilirmi? Amma son illər baş verən bir çox hadisələr göstərir ki, banklarda müştərilərin adına olan pullar qətiyyən qorunmur. Bu barədə çoxsaylı faktlar gətirmək olar. Bu barədə elə təzəlikcə redaksiyamıza üz tutan Hikmət Hüseynovu dinləyək. Bayıl qəsəbəsinin sakini Hüseynov Hikmət Çingiz oğlu "Kapital Bank"da başına gələnlərlə bağlı yana-yana danışdı. Məlum oldu ki, "Kapital Bank", dediyimiz o reklam olunan В«Birkart taksitВ» vasitəsilə H.Hüseynovun adına 5 min manat pul yerləşdirib. H.Hüseynov buna etiraz etsə də, bankdan bildiriblər ki, narahat olma, sən bizim yaxşı müştərimizsən, ona görə də sənin adına 5 min manat qoymuşuq ki, istənilən vaxt istifadə edə biləsən. H.Hüseynovun bildirdiyinə görə adına 5 min manat qoyulsa da, alış-veriş üçün heç vaxt 500, maksimum 1000 manatdan artıq pul çıxartmaq mümkün deyil. Çıxardığın həmin pulu da, bir ay ərzində mütləq qaytarıb yerinə qoymalısan. Yəni, bu, bankın özləri yazdıqları qanunlarından biridir.

H.Hüseynov bizimlə söhbətində başına gələnləri belə nəql etdi: В«2024-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə, mənim В«birkart taksitВ» kartıma haker müdaxiləsi olub. Bu barədə yalnız səhər məlumatım olub. Telefonumu açmaq istəyəndə açılmayıb. Özümün də texnika və texnologiyadan müəyyən qədər anlayışım var. Məcbur olub telefonumu В«formatВ» elədim. Ondan sonra telefon açıldı. Artıq telefonumda heç bir proqram, nömrə, video yox idi. Təzədən lazım olan proqramları telefonuma yazandan sonra məlum oldu ki, kartımda olan 5 min manat və özümün əlavə 1000 manata yaxın pulum, son manatına qədər çıxarılıb. Mən həyat yoldaşımın telefonu ilə öz nömrəmə baxdım və gördüm ki, gecə vatsapda olmuşam. Məəttəl qaldım ki, axı mən gecə yuxuda olmuşam. Sonra müəyyən etdim ki, saat 01:30-dan 03:39-a kimi telefonumun beyninə daxil olaraq, bütün məlumatları əldə ediblər. Əvvəlcə kartımdan 1600 manat, daha sonra isə qalan pulları tamamilə çıxardıb xaricdə şəxsi hesablara köçürülüb. Pul çıxarılan zaman isə, mənim telefonuma gələn mesaja həmin hakerlər təsdiq cavabı veriblər. Beləliklə, kartımda olan 6 min manata yaxın pul tamamilə yox olub. Mən bütün bunlar barədə tam məlumat əldə edəndən sonra DİN-nin В«102В» qaynar xəttinə zəng etdim. Ondan sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət olundum və şikayət ərizəmi qeydə aldılar. Oradan da birbaşa Kaptal Bankın Bayıl qəsəbəsindəki filialına yaxınlaşdım. Bank rəsmiləri ilə nə qədər mübahisə etsəm də, samballı arqumentlər gətirsəm də, yenə də bildirdilər ki, o pul, banka qaytarılmalıdır.Belə olan surətdə dərdimə çarə məqsədi ilə Kapital Bankın “28 May” metrosu yaxınlığında yerləşən baş ofisinin rəhbərliyi ilə görüşdüm. Mən bankın rəsmilərinə bu suallarla müraciət etdim.

Mən sizin В«birkart taksitВ» kartından adıma olan pulun yalnız 500 və ya 1000 manatını çıxara bilərəm. Bəs necə olub ki, ilkin variantda 1600 manat çıxarılıb, bankda isə sizin kompüterlər niyə bunu qeyd etməyib?
Gecə saatlarında pul çıxarılarkən niyə sizin bankın avtomatik bloklanma sistemi işə düşməyib?
Niyə pul çıxarılarkən mənə, həmçinin sizin kompüterlərə zəng və ya hər hansı mesaj gəlməyib?
Sizin pulların etibarlılığını qorumaq üçün hər hansı vasitələriniz, yəni proqramlarınız varmı?
Mənim verdiyim bu sualların heç birinə bankın müdüriyyəti cavab verə bilmədilər. Elə eyni sözü təkrar edirdilər ki, bu məsələnin bizə dəxli yoxdur. Sənin adından pul çıxarılıbsa, sən də o pulu, özü də faizi ilə bir yerdə yenidən banka qaytarmalısan. Əks təqdirdə məni məhkəməyə verəcəklərini bildirdilər. Əlavə olaraq guya mənə canıyananlıq edərək belə bir təklif də elədilər: В«Bizim sizə yaxşılığımız o olar ki, sizə bankdan 6 min manat kredit verək, siz də həmin pulu yenidən kartdan çıxarılmış pulun yerinə yerləşdirirsiniz. Sonra həmin krediti aylıq cədvəl üzrə hissə-hissə ödəyərsinizВ».

Bu da bankın vəziyyətdən çıxış yolu. Buna çıxış yolu yox, soyğunçuluq demək olar. Axı mən həmin kartdan bir manat da olsun çıxartmamışam. Bunu bank rəsmiləri özləri də çox gözəl bilir ki, bu məsələdə mənim heç bir günahım yoxdur. Banka cavabdeh şəxslər haker hücumunun qarşısını almaq məqsədi ilə etibarlılığı daha da artırmaq əvəzinə, pulları müştərinin belinə yükləyirlər. Bu, axı haqsızlıqdır, ədalətsizlikdir. Bunu heç Allah da götürməz. Mən kasıb adamam, 5 min manat az pul deyil. Hardan tapıb verəcəyəm?В».

H.Hüseynovla hadisən baş verəndən iki gün sonra söhbət edirdim. Bu zaman xəbər gəldi ki, H.Hüseynovun Məhəmmədi qəsəbəsində yaşayan bacısı Hüseynova Pakizənin də В«birkart taksitВ» kartına naməlum şəxs tərəfindən 240 ABŞ dolları pul yerləşdirilib. Sonra da həmin 240 ABŞ dolları və bacısının kartında olan 35 manat pulunu da çıxarıblar. Bankdan gələn “bu sənsənmi”- sualına bacısı təsdiq cavabı verməyib. Bununla belə, kartda olan 35 manat pul tamamilə yoxa çıxıb. P.Hüseynova da məsələni aydınlaşdırmaq üçün dərhal Kapital Banka gedib və Pakizə xanım birmənalı olaraq bildirib ki, bankdan gələn sorğuya təsdiq cavabı verməyib. Uzun çək-çevirdən sonra bank rəsmiləri bildiriblər ki, 10 gün ərzində onun pulunu qaytaracaqlar.

Bəli, məsələ aydındır. Mən burada jurnalist olsam da, hakim rolunda çıxış edərək deyirəm ki, günah bankındır. Ona görə də Pakizə xanımın pulu az olduğu və narazılığın daha da artmaması üçün onun 35 manatını geri qaytarmaq qərarına gəliblər. Pulun məbləğindən asılı olmayaraq, bank rəsmiləri bax beləcə vətəndaşın günahı olmadan çıxarılan pulu kompensasiya etməlidir. Banka haker hücumu olub və onun müştərisinin pulunu mənimsəyiblər. Bankın cavabdehləri dəridən-qabıqdan çıxmalıdılar ki, müştəriləri narazı salmasınlar. Əgər qoyulan pulların qorunmasında heç bir tədbir görülmürsə, istənilən adam müasir texnologiyadan istifadə edərək, bankın sisteminə daxil olub müştərinin pullarını oğurlayırsa, o banka kim daha etibar edib, pul qoyar? Məgər bank bunu fikirləşmir? Adama deyərlər ki, sən əvvəlcə pulların qorunması üçün etibarlı sistem yarat, ondan sonra müştəridən pul tələb elə.

Mənim aldığım məlumata görə, Qazaxıstanda məhz belə hallar üçün qanun qəbul edilib. Orada göstərilir ki, əgər haker hücumu nəticəsində müştərinin kartından və ya hesabəndan pullar çıxarılıbsa, müştəri buna cavabdeh deyil. Məbləğindən asılı olmayaraq, həmin pulu bank özü kompensasiya edir.

Burada daha bir maraqlı sual ortaya çıxır: - Nəyə görə banklarda milyonlarla dolları, manatı olan məmurların pullarına haker hücumu olmur? Axı niyə məhz kasıb-kusubun pulları yoxa çıxır? Özü də bu problem ən çox Kapital Bankda baş verir. Belə olan surətdə adam müxtəlif şübhələrə düşür, beyninə qara-qura fikirlər gəlir. Belə şübhələrin olmaması, qoyulan pulların daha etibarlı qorunması üçün bank öz işində dönüş yaratmalıdır. Bugündən sonra təklif edərdim ki, Kaptal Bankın В«birkart taksitВ» kartına pul qoyularkən, müştəri bankla müqavilə bağlasın və orada mütləq göstərilsin ki, müştərinin kartına haker hücumu olarsa, buna görə müştəri yox, bank məsuliyyət daşıyır.

H.Hüseynov sonda bildirdi ki, Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində bu məsələ ilə bağlı cinayət işi açılıb və işin araşdırılması DİN-nin nəzdində olan Kiber Hücumlara Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Güman edirik ki, güclü baş işlədib bankın müştərilərinin kartından pullar çıxardanları, DİN-nin həmin idarəsinin mütəxəssisləri elə həmin üsulla da onları tapacaqlar. Biz buna yalnız ümid edə bilərik. Bank isə, qoyulan pullara dəqiq zəmanət verməli və onların etibarlı qorunması üçün yeni bir sistem yaratmalıdır. Əks təqdirdə müştərilərini itirməklə iflasa uğrayacaqlar.

Tezadlar.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Bu gün, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Bu gün, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Bu gün, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Bu gün, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Bu gün, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Bu gün, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Bu gün, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Bu gün, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Bu gün, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Bu gün, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Bu gün, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Bu gün, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Bu gün, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Bu gün, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Bu gün, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Bu gün, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Bu gün, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Bu gün, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Bu gün, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Bu gün, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Bu gün, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Bu gün, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Bu gün, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Bu gün, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Bu gün, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru