Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                 

"Travmatologiya İnstitutunda ciddi yeyinti var" - Keçmiş şöbə müdirindən sensasion iddialar
Tarix: 13-12-2024, 11:53 | Çap et
"Travmatologiya İnstitutunda ciddi yeyinti var"
Dünən Nəsimi Rayon Məhkəməsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat şöbəsinin keçmiş müdiri Şamil Şahbazovun həmin müəssisənin direktoru Rüstəm Talışinskiyə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az xəbər verir ki, Ş.Şahbazov məhkəmə iddiasında işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. O, məhkəməyə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə bağlı bir sıra qanunazidd faktlar təqdim edib və onların nəzərə alınaraq, işin prokurorluğa göndərilməsini xahiş edib.
Hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ş.Şahbazovun vəkili Asim Abbasov bir sıra ciddi ittihamlar irəli sürüb. O, hazırkı direktor R.Talışinski və keçmiş direktor, hazırda adı saxta sertifikasiya məsələləri ilə gündəm olan səhiyyə nazirinin müavini İlqar Qasımovun korrupsiya ilə məşğul olduqlarını iddia edib.
Vəkil Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sistematik şəkildə yeyintilərin olduğunu bildirib:
"İlqar Qasımov nazir müavini ola-ola hələ də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunu nəzarətdə saxlayır. Onun xidməti avtomobili hər həftə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həyətində olur. Bu, təsadüfi deyil. Orada müəyyən haqq-hesablar gedir. Səhiyyə nazirinin müavini İlqar Qasımov hətta endoprotez əməliyyatlarında şəxsən iştirak edir. Halbuki, nazir müavini qanuna görə, iş vaxtı Nazirlikdə olaraq aidiyyatı vəzifəsini icra etməli idi. Söhbət 6-7 rəqəmli məbləğlərdən gedir. İlqar Qasımov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna rəhbərlik etdiyi vaxtlarda qoyduğu qayda-qanunlar qanuna zidd olduğu üçün İlqar Qasımovdan sonra orada direktor vəzifəsində çalışan heç kim 1 ildən artıq işləyə bilmir. Talışinskidən əvvəlki direktor öz ərizəsiylə işdən ayrılıb. Çünki ona diktə edilən qanunsuzluqlarla razılaşmırdı. Bundan sonra səhiyyə nazirinin müavini İlqar Qasımova yaxın adamlar oraya yerləşdirilib ki, öz çirkin əməllərini icra edə bilsin. Şamil Şahbazov isə yeyintilərə və qanunsuz tenderlərə razılıq verməyib".
A.Abbasov xəstəxana üçün avadanlıq və ləvazimatların alınması zamanı qanunsuzluqlara yol verildiyini də iddia edib:
"Müəssisəyə endoprotezlər qanuna uyğun olaraq tender keçirilərək alınmalıdır. Amma bu alışlar tender keçirilmədən baş tutub və bunun müqabilində hər ay təxminən 50-60 xəstəyə protez əməliyyatı edərək bunun müqabilində 150-200 min manat İcbari Tibbi Sığortadan, üstəlik 1000-2000 manat aralığında da vətəndaşlardan pul alınır. 2024-cü ilin ilk 10 ayı tender baş tutmadan bu əməliyyatlar hər ay olunub. Lakin bizdə olan məlumatlara görə, 10-cu aydan satınalma prosedurları ciddi şəkildə pozularaq öncədən sövdələşdirilmiş şirkətlə təxminən 400 min AZN bahasına 1.200.000 manata müqavilə bağlanmışdır.
İddiaçının vəkili əlavə edib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 25-30 min AZN rəsmi əmək haqqı alan, ancaq heç bir elmi dərəcəsi və ya xaricdə təhsili olmayan həkim var. Necə olur ki, illərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu qədər alim və peşəkar həkim-mütəxəssislər olduğu halda endoprotez əməliyyatını İlqar Qasımovun köməkçisi olmuş hazırkı baş həkim Nizami Məmmədov və köməkçisi icra etməlidir? Burdan da görünür ki, İlqar Qasımov direktor olduğu gündən bu günə kimi endoprotez əməliyyatını o, və köməkçisi Nizami Məmmədov icra edir. Bunun müqabilində hər ay 25-30 min rəsmi, 70-80 min qeyri-rəsmi məbləğ əldə olunur və bu, onlar arasında bölünür. Bunların əməllərinə mane olan hər kəs ya ərizə ilə, ya da şərlənərək işdən uzaqlaşdırılır.
Xəstəxanada adları gedən, amma heç vaxt işə gəlməyən şəxslər var. Maaş kartları isə başqa şəxslərdədir. Bundan başqa, liftdə ciddi problemlər var, lakin tədbir görülmür. Onlar ancaq büdcədən pul silməklə məşğuldur".
Daha sonra məhkəmədə cavabdeh tərəfin vəkili Elgiz Məmmədova söz verilib. O, Ş.Şahbazovun işdən çıxarılması haqda danışıb və onun öz vəzifə səlahiyyətlərini aşdığını, rəhbərlik tərəfindən işçilərə qarşı davranışlarının bəyənilmədiyini bildirib.
Cavabdeh tərəfin vəkili Ş.Şahbazovun xəstəxananın xidməti maşınından şəxsi məqsədlər üçün istifadə etdiyini, xəstəxanaya qoyulan kofe aparatından gələn gəliri mənimsədiyini iddia ediblər.
Bu ittihamlara cavab verən Ş.Şahbazov bildirib ki, xidməti maşından yalnız iş üçün direktorun göstərişi ilə istifadə edib və qarşı tərəfin iddialarının əsaslandırması üçün heç bir sübut yoxdur:
“Kofe aparatı isə mən orada işləməzdən əvvəl qoyulmuşdu və xidmətin yüksək səviyyədə təşkilinə xidmət edir, qazancı isə xəstəxanaya çatırdı".
Məhkəmə prosesi bu gün davam etdiriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru