Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                     “İrşad” cərimələnə bilər .....                     İran “savaş baltaları”nı BASDIRIR .....                     Ermənistan türk dünyasına daxil olacaq .....                     İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... .....                     Zelenski bununla NƏ ETSİN AXI... .....                     Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb .....                     Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT .....                     İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir? .....                     Generalın oğluna vəzifə verildi .....                     Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? .....                     Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ .....                     Etimad İsmayılovun qatili azadlıqda .....                     Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə .....                     Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi .....                     İran azərbaycanlı xanım fəalı edam edəcək .....                     Əliyevdən Moskvaya sərt mesaj .....                     Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub .....                     Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? .....                     ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı .....                     "Bizim vaxtımızda belə şey olmayıb" .....                     Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr .....                     Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... .....                     Balaxanı Əməliyyat Şirkətində nə baş verir? .....                     Əkrəm Əylisli deyir ki... .....                 

“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Tarix: 7-01-2025, 10:23 | Çap et
“Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”
Müəllimə Aygün Sadıq facebook səhifəsində təhsilimizin problemlərindən həm ürək yanğısı, həm də çox böyük cəsarətlə yazdığı “Bizə dəstək olun, hörmətli insanlar!” adlı yazısını elə mən də ürək ağrısı ilə oxudum. Yazını oxuduqca dəhşətə gəlirsən ki, təhsilimiz belə biabırçı bir vəziyyətlə hara gedir? Təhsilimizi belə rəzil günə salanların, müəllimi isə valideyn qarşısında belə başıaşağı edənlərin, nəticədə şagirdləri təhsildən uzaqlaşdıraraq, savadsız bir nəslin böyüməsində maraqlı olanların məqsədi nədir? Bu sualın cavabını Təhsilimizin başında oturanlar bilər...

Beləliklə, qərara gəldim ki, Aygün xanımın ürık ağrısı ilə qələmə aldığı yazısını və mənim də ona şərhimi olduğu kimi istəkli oxucularımızın diqqətinə çatdırım. Axı bu ağrılı problem Aygün müəllimənin şəxsi problemi deyil. Əgər “Gənclər bizim gələcəyimizdir” deyiriksə, o gənclərin bu günkü taleyinə biganə qalmağa mənəvi haqqımız yoxdur. İnanıram ki, çox hörmərli və vətənpərvər Aygün müəllimənin bu haqlı harayı cavabsız qalmayacaq.

***

Müəllim yazır:

-Çox şey görmüşəm 17 ildə. Nə yaxşı ki, əsəblərim dəmirdəndir və peşə fəaliyyətində məni hirsləndirmək mümkünsüzdür: istənilən hücum zamanı təbəssüm və təmkinimi qorumuşam. Hətta səsimin tonu o qədər asta olub ki, ucadan danışmaq rica edilib. Amma bunu etməmişəm. Bilirəm ki, hazırlıqlı gəlirlər: diktofon, gizli kamera... İndiyə qədər müəllim qala bilmisənsə, bir qism valideynlər səni yıxmayıblarsa, deməli, əsəbini idarə edə bilirsən. Çünki bunun imtahanını vermişik. Yadınızdadırsa, müsahibə öncəsi demişdim: nədən kəssələr də, psixologiyadan kəsə bilməyəcəklər, çünki onu ixtisasımla bərabər şəkildə, bəlkə də, ondan da çox inkişaf etdirir, yürüdürəm.

***

Təhsilə nə olub?-belə deyirlər... Batıb? Hələ bundan da pis olacaq. Nə qədər ki, səlahiyyətləri aldılar əlimizdən və valideynlərə verdilər, nə qədər ki, təhsili valideynlər idarə edir, bundan betər olacaq. Uşağa söz demək olur? Yazıq müəllim qarışır, üstünə hücum çəkirlər, qarışmır, onda da deyirlər "müəllim hara baxır?". Azzara baxır, dərdə baxır! İmkan verirsiniz ki, tərbiyə edək? Uşağınızı evdə eşşək kimi çırpır, qeyri-etik ifadələrlə böyüdür, amma məktəbdə bir az danlasaq, şığıyıb cumursunuz müəllimi döyməyə! Evdə kobudcasına hüquqları pozulan uşağın hüquqları nədənsə məktəbdə yada düşür.

Mənim işlədiyim yerdə həftədə biri gəlir üstümüzə, sanki avtoritetdir, “reket”dir. Uşağın yanında evdə müəllimin əleyhinə danışıqlar gedir. Məktəbdə də döyməyə gələndə uşaqların yanında, göz önündə edirlər təhqiri. Uşağı öyrədib göndərirlər, “onu de, bunu de, qorxma, arxandayam, qızışdır onu, çalış vursun, qalanını özün düz-qoş elə, iz qalsın, videoya çək, tamamdır”.

Elə bil xalq düşmənidir müəllim. Bu insanlarda, uşağına savad öyrədənə qarşı bu qədər kin, bu qədər aqressiya, bu qədər nifrət hardandır?

Sual verirəm: bu hücumun səbəbi nədir? Cahillərə bu cəsarəti verən nədir? Özüm də cavab verirəm: arxasızlıq, yiyəsizlik. Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır. Bizi o qədər qeyri-ciddi görürlər ki, heç klinikamız belə yoxdur: Onun-bunun klinikalarında o bu üstümüzə çımxıra-çımxıra, hamı itələyə-itələyə, məzlumcasına növbə gözləyə-gözləyə qalırıq. Bir çox qurumların ayrıca klinikaları var. Bəs niyə Təhsil Nazirliyinin və bu qədər müəllim ordusunun ayrıca kilinikası, hospitalı olmasın?

***

Çox çətindir müəllim olmaq. Hər hərfini, hər vergülünü gözləyirlər ki, şərləsinlər. Hər an hər şey edə bilərlər və adekvat davranmaqdan adam yorulur. Valideyni çağırırsan ki, uşağın dərsinə gəl, otur; gəlməz. Evdən durub əmr, ultimatum göndərər: "Onu elə etmə, belə et, dərsi bu cür keçmə, mən istəmirəm. “Vapşe” sən dərs keçmə mənim uşağıma! İttəmiləm".

Tapşırıq verirsən, valideyn qorxusundan qalırsan belə. Çox tapşırıq verəndə də cumur, az verəndə də cumur. Eyni adam!

Deyir, uşağın gündəliyinə qiyməti niyə rəqəmlə yazmırsan? İzah edirəm ki, başa düşürəm, hər kəs uşağının gündəliyində konkret rəqəm görmək istəyər və bu, bizə də asandır, qiymətləndirmə vaxt aparmır; amma rəqəmlə yazmağa icazəmiz yoxdur, ən mənfi nəticəni belə, müsbətə yönəlik və konkret cümlə şəklində, inkar şəkilçisi işlətmədən yazmağımız lazımdır, qayda belədir. Yola gəlmir. Qalırıq təlimatlarla valideyn arasında. Onun istədiyini etsək, qanunu pozmuş oluruq, etməsək, vəssalam, hücum.

Dərsi sovet üsulunda tələb edir, buna isə ixtiyarımız yox; onların əmrinə əməl etməyəndə ərli-arvadlı hücum başlayır. Dərsində oturmağa gəlmirlər. Amma əmr verməyə biri bəs etmir, acıq verir kimi ər-arvad bir yerdə gəlirlər üstümüzə. Yəni, "sən tək qadınsan, biz cüt, mutlu, nə edə bilərsən bizə?!". Bunun psixoloji tərəfini kim düşünəcək? Heç kim!...

Bəli, valideyn aşkar şəkildə müdaxilə edir işimizə. Onlar, çağıranda gəlmir, iclasa ən lazımlı valideynlər gəlmir, gələndə uşağının dərsi ilə maraqlanmağa yox, bizdə səhv axtarmağa, bizlə döyüşməyə, vuruşmağa gəlirlər.

***

Cəmiyyət müəlliminə dəyər verilən gün dirçələcək. Bizə fərqi yoxdur, həqarətlərə, hücumlara, böhtana öyrəncəliyik. Biz öz işimizi vicdanla görürük. Məhv olan sizsiniz, sizin gələcəyinizdir, sizin həyatınızdır, sizin cəmiyyətdir.

***

P.S. Özü də ki, gizli baxmaqdansa, bir fayda verməyə çalışın. Biz terrorçu deyilik ki, güdəsiniz. Uşağınızı bilmədən, tanımadan, tərəddüdsüz əmanət etdiyiniz yeganə insanlarıq... Biz müsbətə yönəlik insanlarıq. İşimiz zərər vermək yox, təlim vermək, təhsil verməkdir. Sadə vətəndaşlar bizi dəstəkləsə, inanın, çox şey dəyişər. Bizə dəstək olun, hörmətli insanlar! Biz ayın sonunda maaşı gözləyib pul üçün yaşayan biriləri deyilik, ən aşağı maaşla keçib gəncliyimiz, amma heç dəyişmədik. Uşağınız qəbul olunanda maaşımız artmır, "2" yazanda maaşımız azalmır; uşağınız aşağı qiymət alanda düşməncəsinə sevinmirik, əksinə, onlar qədər üzülürük; uşağınız işə girəndə, o qazanıb biz yeməyəcəyik, onların mənfəətindən bəhrələnən siz olacaqsınız. Bizə dəstək olun, hörmətli insanlar!

***

Hörmətli Aygün xanım, bütün bu yazdıqlarınızı oxuyandan sonra qərara gəldim ki, siz bu dünyada əsl cəhənnəm əzabı yaşayırsınız. 2015-ci ildən mənim məktəbli övladım yoxdur. Yazdıqlarınızı oxuyandan sonra isə, dəhşətə gəldim ki, yəni doğrudanmı müqəddəs saydığımız müəllim peşəsini və müəllimi bu qədər alçaltmaq olar? Bunun səbəbini də çox gözəl göstərmisiniz.Yəni, arxanızda duran yoxdur...

Aygün xanım, İtalyan yazıçısı və rəssamı Covanni Bokkaçonun belə bir kəlamı var: "Dərdli adama acımaq, təsəlli vermək, insana aid xüsusiyyətdir. Lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun".

Hörmətli Aygün xanım, Emin Əmrullayev də daxil olmaqla, son illər təhsilə rəhbərlik edən hansı nazir əlinə jurnal alıb, bircə dəfə də olsun sinfə girərək, heç olmasa 45 dəqiqə dərs deyib? Misir müəllimdən başqa heç biri... Bununla demək istəmirəm ki, Misir Mərdanov yaxşı nazir idi. Hər-halda müəllim işləmişdi. Amma təhsilimizi və şagirdləri kor qoyan, bu günə qədər də mahiyyətini hələ heç kimin dəqiq bilmədiyi kurrikulumu təhsilimizə sırıyan da M.Mərdanov idi... Nə isə...

Bəli, əlinə jurnal alıb sinfə girməyən nazir, müəllimin nə çəkdiyini hardan bilsin? Bir nazir deyirsə ki, (Emin Əmrullayev) "Bizim dövrümüzdə də məktəbdə uşaqlardan pul yığılırdı", onda, əlbəttə, valideyn müəllimin yaxasından tutub silkələyəcək də... Nazir bununla məktəbin təhsil ocağı statusundan çıxıb, bazara dönməsinə şərait yaratmırmı? Bazarda da ki, hər şey sizin yazdığınız kimi olur. Yəni, ara qarışır, məzhəb itir... İndiki arxasız, dayaqsız, amalı, məqsədi millətin balalarına elm, savad öyrətmək olan sizin kimi vicdanlı müəllimlərə lap yazığım gəldi. Keçmişdə valideyn uşağını məktəbə verəndə müəllimə deyirdi ki, "əti sənin, sümüyü mənim". Bununla da demək istəyirdi ki, uşağa nə edirsən, et, təki dərs-savad öyrənsin. İndi isə valideyn uşağına görə az qala müəllimin ətini yeyir... Əcəb epoxaya düşmüşük...

Biz gələcəyimizi bəs kimə etibar edək? Savadsız bir zümrə böyüyür axı. Qocaman müəllimlər, həkimlər, mühəndislər və s. dünyasını dəyişəndən sonra, onları kim əvəz edəcək? Bunu qətiyyən düşünən yoxdur... Nə isə...

Aygün xanım, yazdıqlarınız vətənini, dövlətini sevən, vətənpərvər bir xanımın harayıdır, SOS siqnalıdır. Bu haray qurğuşun tökülmuş qulaqlara çatacaqmı? Çətin! Qalır sizin halınıza acımaq. Təhsilin problemlərini o qədər incəliyinə kimi yazmısanız ki, əlavə sözə ehtiyac yoxdur... Bircə onu deyə bilərəm ki, Allah sizin kimi, müqəddəs müəllim peşəsinin adını qoruyub saxlayan, bunun üçün hər cür səviyyəsizin sözünü götürməyə məcbur olan, amma yolundan, amalından dönməyən bir müəllimi qorusun. Bəlkə kar qulaqlar nə vaxtsa açıldı və məktəb öz əvvəlki səviyyəsinə qayıtdı. Necə deyərlər, yeməkdən ümid yaxşıdır...

Ustad şairimiz Musa Yaqub ümidlə bağlı belə yazıb:

" Ahıllar iş başında,

Tarlasını becərir.

Aşiqlərin bağında,

Tər çiçəklər cücərir...

Mənimsə heç nəyim yox,

Hər şey ötüb keçəri..

Qapını açıq qoydum,

Ümid girsin içəri".

İndi Aygün xanım, ümid qapısını açıq qoyun... Dünyanın işini bilmək olmaz... Məktəblərdəki bu biabırçı vəziyyət həmişə belə davam edə bilməz. Bir gün təhsilin də yiyəsi olacaq... Mütləq olacaq. Onda sizin kimi vicdanını pula satmayan müəllimlərə xüsusi hörmət olacaq, heykəl qoyulacaq.

Elçin MƏMMƏDLİ - tezadlar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Bu gün, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Bu gün, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Bu gün, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Bu gün, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Bu gün, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Bu gün, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Bu gün, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Bu gün, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Bu gün, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Bu gün, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Bu gün, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Bu gün, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Bu gün, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Bu gün, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Bu gün, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Bu gün, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Bu gün, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Bu gün, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Bu gün, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Bu gün, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Bu gün, 11:26
Rəqsanənin həyat yoldaşı Azərbaycan dövlətindən TƏMİNAT İSTƏDİ - "Bu olanlar qarşısında kişi susmaz!"
Bu gün, 11:19
Etimad İsmayılovun qatili azadlıqda - BUNA GÖRƏ...
Bu gün, 11:16
Perinatal mərkəzdə baş verən yanğınla bağlı məhkəmədə - Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi
Bu gün, 11:10
Şəhidlərə hörmətsizlik edənlərin Azərbaycana girişi ömürlük qadağan OLUNSUN!
Bu gün, 10:56
İran azərbaycanlı xanım fəalı edam edəcək
Bu gün, 10:51
Əliyevdən Moskvaya sərt mesaj – “Vaxt azalır”
Bu gün, 10:45
Azərbaycandakı Pakistan kapitallı BOKT-nin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:41
Bu idarə və müəssisələr nazirliyin qəzetinə nə qədər ödənişlər edir? - TƏFƏRRÜAT
Bu gün, 10:39
ANAMA tender keçirdi, maraq göstərən şirkət olmadı - TENDER LƏĞV OLDU
Bu gün, 10:38
"Bizim vaxtımızda belə şey olmayıb"
Bu gün, 10:33
Moskvanın Bakıya qarşı proksi müharibəsi: SOCAR-a zərbələr, Azərbaycana hədələr - NƏ ETMƏLİ?
Bu gün, 10:27
Metro da açdılar... qatar da çəkdilər... yolu da genişlətdilər: XEYRİ OLMADI... - FAKT BUDUR...
Bu gün, 10:25
Balaxanı Əməliyyat Şirkətində nə baş verir? - Cərimə, torpaq alveri, yeyinti...
Bu gün, 10:16
Əkrəm Əylisli deyir ki... - "Hətta xarici ölkələrdə çıxışlarımda demişəm ki..."
Bu gün, 10:06
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var" - Partiya sədri
Bu gün, 10:04
İran TRAMP YOLUnu İrəvanda müzakirə edəcək - SƏFƏR VAR...
Bu gün, 09:57
Bax, İlham Əliyev `İŞĞALLA BARIŞMAYIN` deyəndə bu fərqi ortaya qoyurdu... - DİQQƏT!
Bu gün, 09:53
"İstismara yararsız oturacağa niyə bilet satılır?" - ETİRAZ!
Bu gün, 09:47
Zelenski Donbasla bağlı kompromisə hazırdır
Bu gün, 09:35
Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub - UNİAN
Bu gün, 09:29
Binəva turist buralara NİYƏ GƏLSİN AXI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Nazir müavininə itki üz verib
Bu gün, 09:13
`Dəmir Yolları`nda sözü bir yerə qoya bilmirlər? - FAKT BUDUR!
Bu gün, 09:04
Paşinyan özü panamada, arvadı cırıq şalvarda İrəvan küçələrində sərbəst gəzir... - VİDEO
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru