Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                     Dövlət Gömrük Komitəsində yeni təyinat olub .....                     Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb .....                     Sülh sazişi İrəvanın İrana yolunu açır .....                     Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi .....                     Rusiya Ukraynada ABŞ zavoduna hücum edib .....                     Rusiyadan sərhədimizdə sensasion əməliyyat: .....                     Paris buna məcburdur... .....                     SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                 

"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Tarix: 10-01-2025, 07:02 | Çap et
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin"
Ağbil "Kəndxuda"sı Şahin Tağıyevin "serial kimi sərgüzəştləri" davam edir.

"DogruXeber.az" bildirir ki, bundan öncəki yazımızda Quba rayon Ağbil kənd bələdiyyəsinin sədri Şahin Tağıyevin vəzifə səlahiyyətlərindən necə sui-istifadə etdiyindən, onun kəndin örüş və əkinə yararlı torpaq sahələrini zəbt edərək, yaxınlarının istifadəsinə verdiyindən bəhs etmişdik.

Xatırladaq ki, bir neçə gün əvvəl redaksiyamız vasitəsilə Ş.Tağıyevin ədalətsiz, qanuna zidd fəaliyyətinə dözə bilməyib, illər sonra nəhayət ki, "üsyana qalxan", Ədliyyə Nazirliyindən, Quba rayon icra hakimiyyətindən və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən. (ETSN) fərqli olaraq onun əməllərini ifşa edən, aidiyyatı qurumların 0 reaksiyasından sonra, mətbuat vasitəsilə ölkə başçısına səsini duyurmağa çalışan Ağbil kəndinin gənc sakini Ümid Müzəffərov bələdiyyə sədri ilə icra nümayəndəsinin kənddə qanunsuz tikintilərə də şərait yaratdığını bildirmişdi.



Bu dəfə isə Ağbil kənd sakini Məmmədov Valeh Zubail oğlu redaksiyamıza müraciət edərək, bələdiyyə sədri Şahin Tağıyevin ona məxsus torpaq sahəsini əlindən alaraq, qardaşının istifadəsinə verdiyini dedi.

Valeh Məmmədovun sözlərinə görə, evinin qarşısındakı 18 sot boş torpaq sahəsini 2017-ci ildə Şahin Tağıyev özü təklif edərək, 10.000 (on min) manata ona satıb. O, ərazini məişət tullantılarından təmizləyərək öz şəxsi vəsaiti hesabına meyvə və yaşıllıq ağacları əkib. 2020-ci ildə isə bələdiyyə sədri həmin ərazini onun əlindən alaraq, bir veteranın adına sənədləşdirib və öz qardaşı Qabil Tağıyevin istifadəsinə verib.

Qeyd edək ki, kəndin sakini Ümid Müzəffərovun redaksiyamıza bildirdiyinə görə sədrin qardaşı Qabil Tağıyev birinci vətən müharibəsindən yayınmaq üçün ölkə xaricinə qaçıbmış. Sonradan ölkəyə qayıtdığında "fərari" olduğu üçün biraz "ölkə qanunları ilə hesablaşmalı olub". Nəysə ki, məsələni yoluna qoya bilib. "Varlığa nə darlıq".

Görünür, elə o, "varlığ"ın verdiyi cəsarətlə Tağıyev qardaşları illərdir vəzifə başında kənd sakinlərini heçə sayacaq qədər kök salıblar.

Valeh Məmmədov deyir, "4 ildir bütün aidiyyatı qurumlara, hətta prezident administrasiyasına belə paçka-paçka məktublar yazıram ki, Şahin Tağıyev ya mənim torpağımı, ya da verdiyim 10 min manat və ərazini abadlaşdırmaq üçün xərclədiyim 5 min manat pulumu özümə geri qaytarsın".



Şahin Tağıyev Valeh Məmmədovun iddiasına cavab olaraq həmin ərazini onun qanunsuz zəbt etdiyini dedi, qardaşı Qabil Tağıyev isə bir bağlama əsgərlik şəkillərini yığıb, redaksiyamıza gəldi ki, "Ümid yalan deyir, mən əsgərlikdə olmuşam".

Orta məktəbdə oxuyarkən bizim rəhmətlik kimya müəllimimizin belə dəxlisiz söhbət edənlərə dair bir misalı vardı, deyirdi - "Mən deyirəm poyuz gəlir, bu deyir, "gəl soğan əkək"."

İndi rəhmətliyin sözü olmasın, ay Qabil Tağıyev, Valeh Məmmədov deyir "mənim ya pulumu, ya torpağımı qaytarın", siz deyirsiniz, "mən əsgərlikdə olmuşam".

Siz hərbiyə 90-cı illərdə, bax o, Rusiyaya getdiyiniz ərəfədə lazım idiniz, o, əsgərlik şəkilləri "topuğa dəyən daş"dır sadəcə.

Torpaq uğrunda canından keçən oğullara heyf, sanki ölkədə səlahiyyət sahiblərinin şəxsi maraqları, mənafeləri "uğrunda" ölümün üzərinə getdilər.

Əldə etdiyimiz məlumata görə Qubanın təptəzə icra başçısı özü bələdiyyə sədrinin bu cür sözün əsl mənasında özbaşına fəaliyyəti ilə rahatca razılaşdığı kimi, onlara vətəndaş Valeh Məmmədov ilə də razılaşmağı tapşırıb.

Biz bunu özümüzdən demirik, əsgərlik şəkillərini göstərmək üçün redaksiyamıza gələn Qabil Tağıyev bizimlə söhbəti əsnasında belə bir cümlə işlətdi: - "Şahin kimdi ki, icra başçısından xəbərsiz kiməsə torpaq versin".

Bu ifadə onun, qardaşı Şahin Tağıyevin sadəcə icra başçısı İlqar Mahmudovun əmrlərini icra etdiyinə dair özündən biixtiyar səmimi etirafı idi.

Əlqərəz...

Valeh Məmmədovun sözlərinə görə bələdiyyə sədri indi də başqa bir zibillik sahəsini ona təklif edib, o, da "bunu kim üçün mənə təmizlətdirəcəksən" deyib, təklifi rədd edib.

Adam haqlı...

Yeri gəlmişkən, sədrin Valeh Məmmədovun öz halal pulunu verib, satın aldığı, əkinə yararlı hala gətirmək üçün alnının tərini axıtdığı torpağı onun əlindən alıb 4 ildir istifadə edən, bütün bunlar azmış kimi, sonra da əsgərlik şəkillərini göstərmək üçün Qubadan Bakıya gələn qardaşı Qabil Tağıyev, məyus halda geri dönərkən bizə "Mən sizi ədalətli biri sanmışdım, amma deyilmişsiniz" deyə, qanunsuz əməllərini ifşa etdiyimizə görə vicdan əzabı verməyə çalışdı.

Gülməlidir, deyilmi?

Bəli, Tağıyevlər fəaliyyəti tam bir tragikomediyadır.

Yazının əvvəlində, Ümid Müzəffərovun, Quba rayon icra hakimiyyəti ilə bələdiyyə sədrinin əlbir olub, yol üçün nəzərdə tutulmuş ərazidə qanunsuz tikintilərə şərait yaratdıqlarını qeyd etmişdik. Həmçinin, Şahin Tağıyevin buna cavab olaraq, "həmin tikintini aparan şəhid ailəsidir. Onlar da o, ərazini zəbt ediblər, biz ona nə deyək daha, şəhid ailəsidir" dediyini də diqqətinizə çatdırmışdıq.

Bu dəfə isə şəhidin qardaşı - Quba rayon Əli bəy qışlaq kənd sakini Qonaqov Tərlan Məmmədxan oğlu agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ə zəng edərək, canlı yayımda bələdiyyə sədrinin və yerli icra hakimiyyətinin fəaliyyətinə "çıraq tıtdu".

Tərlan Qonaqov bildirdi ki, "2020-ci ildə Şahin Tağıyev qapımıza gəlib, "Siz Quba şəhərinin özündə ev tikilməsi üçün müraciət etmisiniz. Şəhərin özündə torpaq yoxdur, amma, razı olsanız şirkət sizə kənddəki özünüzə məxsus 10 sot torpaqda ev tikə bilər" dedi.

Hələ üstəlik onu da bildirdi ki, "narahat olma, mən sənə onun əvəzinə başqa yerdən 10 sot torpaq verəcəm".

Soruşdum, "pay verəcəksiniz, ya bizə qanunla düşür torpaq?".
Dedi, "yox, qanunla düşür".

Mən də ona inanıb, özümə məxsus yerdə ev tikilməsinə razı oldum.

Bundan əlavə, bizim ailəmiz çoxuşaqlı ailədir. Buna görə əlavə ev tikmək üçün dəfələrlə Şahin Tağıyevdən torpaq sahəsi istədik, amma hamısında da "yoxdur" cavabını aldıq. Sonunda çarəsiz qalıb, ata-babadan qalma pay torpaq sahəsində ev tikməli olduq. Çünki, dediyim kimi, məcbur idik. Ailə böyüdükcə bir evdə yaşamaq daha da çətinləşirdi. İndi, Şahin Tağıyev sizə həmin öz torpağımızda tikdiyimiz evi deyirdi ki, şəhid ailəsi oranı zəbt edib".

Tərlan Qonaqovun söylədiklərində diqqət çəkən məqamlardan biri də Şahin Tağıyevin şəhərin adından danışıb, orda boş torpaq sahəsi olmadığını deməsi, üstəlik ailəni razı salmaq üçün "səxavət" göstərməsidir. Sizcə də bu 4 il əvvəl televiziya kanallarına sözün əsl mənasında yalan danışan icra nümayəndəsinin işi deyildimi?



Hələ 2020-ci ildə televiziya kanallarından birinə müsahibə verərkən, kəndin yollarının növbəti il düzəldiləcəyini vəd edən icra nümayəndəsi, deyəsən bu müsahibəsi ilə də artıq kənd sakinlərində özünə qarşı inamsızlıq yaradıb ki, onun işini "müqəddəs" bələdiyyə sədri icra etməli olub.

Amma, nəzərə alsaq ki, icra nümayəndəsi icra hakimiyyətinin yalançısıdır...

Qeyd: Qarşıdakı günlərdə İlqar Mahmudov fəaliyyətini də ətraflı araşdırmalarla təqdim edəcəyik.

Şəhid qardaşının sözlərinə görə, Ağbil kəndi Əli bəy qışlaq kəndinin yanında "toya getməli"dir.

"Küçələr bərabad vəziyyətdə, kənddə nə həyətyanı, nə də əkin üçün bir qarış boş torpaq sahəsi qalmayıb.

Anam bir neçə gün əvvəl yağış yağanda evdən çıxa bilmirik, heçolmasa yolları düzəltsinlər deyə xahiş etmək üçün icra başçısının qəbuluna getmişdi. Orda da onun qarşısına Şahin Tağıyev çıxıb, "mənim cibimdə pulum var sənə yol çəkdirim" deyə, kobud cavab verib"."

Maraqlıdır, İlqar Mahmudov niyə şikayətçi sakinlərinin qarşısına məhz Şahin Tağıyevi çıxarır?

Qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə Quba rayonunda Vəlvələ çayı və ətraf əraziləri şəxsi məqsədlər üçün tamamilə dağıdılıb.

Yerli sakinlər tərəfindən dəfələrlə məlumat verilsə də nədənsə Quba rayon icra hakimiyyəti qum-çınqıl çıxarmaq xatirinə əraziləri məhv edən sahibkarlara qarşı heç bir tədbir görmür.

Günlərdir portalımızda və canlı yayımda silsilə şəkildə təqdim etdiyimiz bütün qanunsuz işlərə və vətəndaş narazılıqlarına qarşı susmağa üstünlük verən icra hakimiyyətinin deyəsən ən aktiv əməkdaşı, onun sosial şəbəkə hesabını işlədən şəxsdir ki, dərdini mediaya danışan Quba sakinlərini anında "yalançı" adlandırıb, bununla da özlərini cəmiyyətə "məsum mələk" kimi sırımağa çalışır.

Yəni, belə çıxır ki, o boyda Quba rayon icra hakimiyyətində halal maaş alan təkcə odur. İlqar Mahmudovdan fərqli olaraq, ən azından biganə qalmır.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Bu gün, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Bu gün, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Bu gün, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Bu gün, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Bu gün, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Bu gün, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Bu gün, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Bu gün, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Bu gün, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Bu gün, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Bu gün, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Bu gün, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Bu gün, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Bu gün, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Bu gün, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Bu gün, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Bu gün, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru