"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                 

"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Tarix: 12-01-2025, 10:08 | Çap et
"Çay susevən məhsuldur, su isə çox bahadır..."
Azərbaycana çayın idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabrında çay idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə həcmcə 3. 3 faiz artaraq 12 min 893 ton, dəyər baxımından isə 4.5 faiz yüksələrək 67 milyon 715 min ABŞ dolları təşkil edib.

Çay ixracı isə illik müqayisədə həcm baxımından 4.5 faiz artaraq 679.4 ton, dəyəri isə 1.6 faiz yüksələrək 5 milyon 998ş4 min ABŞ dolları olub. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-noyabrında 11 min 528 ton çay istehsal edilib. Bu da illik müqayisədə 8.9 faiz artım deməkdir. Amma mütəxəssislərin fikrincə, bunun hamısı ölkə daxilində yetişdirilən çay deyil, burada idxalın da payı var, sadəcə bəzi hallarda qablaşdırma həyata keçirilib.

Hələ 2018-ci ildə Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı qəbul edilmişdi. Proqrama əsasən, 2027-ci ilə qədər yaşıl çay yarpağı yığımının 8.5 min tona, əkin sahələrinin isə 3 min hektara çatdırılması planlaşdırılıb.

Hazırda çay yığımının həcminin qoyulan hədəfdən səkkiz dəfə az olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin "Kənd Təsərrüfatı" Bülletenində vurğulanır ki, 2024-cü ilin 10 ayında plantasiyalardan 1 min 41 ton çay yığılıb. 2023-cü ildə bu rəqəm 1 min 102.4 ton olub. Yəni, çay yığımı 100 ton azalıb.

Astara rayonundakı fermer Səlim Həsənov (ad şərtidir) AzadlıqRadiosuna deyir ki, 2023-cü ildə 3 hektar torpaqda çay əkib: "Çay əkmək çox baha başa gəlir. Çay susevən məhsuldur. Su isə çox bahadır, özü də çatışmır. Təsərrüfatda suvarma sistemini özün qurmalısan, kömək edən yoxdur".

Fermerin sözlərinə görə, subsidiya üçün də müraciət edə bilmədiyindən əkdiyi çay kolları yanıb: "Çayı pay torpağında əkmişəm. Torpağa dövlət reyestrindən çıxarış olmadığına görə mənə subsidiya vermədilər. Ciddi ziyana düşmüşəm. Çayçılıqla məşğul olan başqa fermerlər də var. Onlar da ziyana düşür, çünki böyük şirkətlər çayı çox ucuz alırlar. Çay yarpağının kiloqramına 1 manat 80 qəpik verirlər".

Kənd Təsərrüfatı Nazirliyindən isə, əksinə, "Turan"a bildirilib ki, çayçılığa dövlət dəstəyi ildən-ilə genişləndirilir: "Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən bu il mayın 31-dək salınacaq, yağış yağdırma üsuluna əsaslanan suvarma sistemi ilə təmin olunmuş çay plantasiyalarına görə fermerə hər hektar üçün 12000 manat əkin subsidiyası ödəniləcək. Eyni zamanda, çay plantasiyalarında qurulacaq yağış yağdırma üsuluna əsaslanan suvarma sisteminin dəyərinin 40 faizi də dövlət tərəfindən subsidiyalaşdırılır".

Nazirlikdən vurğulanıb ki, əvvəlki illərdə salınmış çay plantasiyalar üçün də subsidiya ödənilir: "Son üç il ərzində salınmış plantasiyaların hər hektarına görə fermerə 800 manat subsidiya veriləcək. 2019-cu ildən əvvəl salınmış çay plantasiyalarının hər hektarına 250 manat subsidiya verilməsi nəzərdə tutulur".

AzadlıqRadiosuna ölkədə çay istehsalının ildən-ilə azaldığını deyən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bu sahə ilə bağlı dövlət proqramının qəbulundan altı il keçsə də, yaşıl çay istehsalı lazımi səviyyəyə çatmayıb: "Həmin dövlət proqramının icrası nəticəsində 2027-ci ildə çayın əkin sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulsa da, sənədin qəbulundan altı il keçəndən sonra əkin sahəsi cəmi 1 min hektardır. Çox güman ki, bundan sonra da bu, artmayacaq, çünki bu istiqamətində hər hansı bir iş görülmür. Çayın istehsalı da ildə 1 min tondur. Yəni, proqramın qəbulundan əvvəl istehsal necə olubsa, elə də qalıb".

Onun fikrincə, iki il ərzində istehsalın səkkiz dəfə artacağı inandırıcı deyil: "Müqayisə üçün, 1988-ci ildə Lənkəran-Astara bölgəsində çay plantasiyalarının sahəsi 13.4 min hektar, yaşıl çay yarpağı istehsalı isə 34.5 min ton olub".

V.Məhərrəmov bunun səbəblərini bir neçə amillə izah edir: "Burada ciddi problemlər süni olaraq yaradılıb. Çayçılıqla məşğul olan fermerlər su təminatından şikayət edirlər. Belə olan halda, əlbəttə, istehsaldan söhbət gedə bilməz".

Ekspertin sözlərinə görə, digər tərəfdən, zərərvericilərin, xəstəliklərin yayılması tələb edir ki, keyfiyyətli pestisidlər ya ölkədə istehsal olunsun, ya da xaricdən gətirilsin: "Burada monopoliya aradan qaldırılmalıdır ki, nəticədə bu keyfiyyətli pestisid fermerlərə əlçatan olsun. Hələlik isə tam tərsinədir. Üstəlik də, gübrələr də keyfiyyətsizdir, qiyməti yüksəkdir. Nəticədə məhsuldarlıq artmır".

O, sözügedən sahədə peşəkar mütəxəssislərin çatışmazlığına da diqqət çəkir.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru