Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Tarix: 31-01-2025, 11:18 | Çap et
 Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC istehsalat sahəsindən atmosfer havasına tüstü atmaqda davam edir. Bu barədə Sputnik Azərbaycan-a şəhər sakinləri məlumat veriblər. Sakin Elvin Əhmədov bildirib ki, şikayət etmələrinə baxmayaraq, müəssisə qanunsuz əməllərinə davam edir. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən "Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Sputnik Azərbaycan-a daxil olmuş şikayəti araşdırıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən fakt təsdiqini tapıb. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. "Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür" - o, bildirib.
VİDEO BURADA: https://ok.ru/video/9070848969257
Cərimələnməsinə baxmayaraq, istehsalat müəssisəsinin qanunsuz əmələ davam etməsi sakinləri çıxılmaz vəziyyətdə qoyub. "Bilmirik, başqa hara şikayət edək. Bir dəfə şikayət etdik, gəlib zavodu cərimələdirlər. Amma indi yenə havaya qatı tüstü buraxırlar. Bu vəziyyət gündə ən azı üç dəfə təkrarlanır. Səhər saat 07:00-da yuxudan dururuq ki, ətraf qatı tüstüdür. Pis qoxudan ağzımızı bağlayırıq. Evdə olanda isə pəncərələri açmırıq ki, tüstü getsin sonra evi havalandıraq. İstehsalat müəssisəsi yaşayış binalarına yaxın yerləşir. Günorta saat 12:00 radələrində bir, axşam saat 19:00 radələrində isə bir tüstü buraxırlar. Gündə ən azı üç dəfə biz zavodun buraxdığı tüstünün qoxusundan əziyyət çəkirik. Ətrafı yanmış plastik qoxusu bürüyür. Biz yanan maddənin nə olduğunu bilmirik. Amma tüstüdən görürük ki, havaya qatı tüstü yayılır. Kimyəvi maddələr havaya hopur, biz də o hava ilə nəfəs almalı oluruq. Burada yaşayan sakinlərin hamısı qorxur ki, axırda özümüz, uşaqlarımız pis xəstəlik tapacaq. Çünki, ekoloji təmiz mühitdə yaşamırıq. Ciyərlərimiz gündə üç dəfə tüstü qəbul edir. Ən pisi isə odur ki, bu müəssisənin yaşayış binalarının yanında fəaliyyətinə xitam verən yoxdur. Hara şikayət edəcəyimizi də bilmirik", sakin gileylənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən faktın araşdırılması üçün şikayətin aidiyyatı struktura göndərildiyi bildirilib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46 |
|
|
|
|