"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                 

"Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz... O DA BELƏ..!" - Sosial-İqtisadi Kollecində NƏ BAŞ VERİR...
Tarix: 18-02-2025, 09:08 | Çap et
"Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz... O DA BELƏ..!"
"Elm və Təhsil Nazirliyinin daha bir təhsillə əlaqəsi olmayan kadrosunun təhsil sahəsində tətbiq etdiyi yeniliklərin möhtəşəm yekunları… UNEC nəzdində Sosial-İqtisadi Kollecində qış imtahan sessiyasında 1414 tələbəmiz iştırak edibdir. Ortada 800-dən çox kəsir, 64 imtahana buraxılmayan binəva tələbə, yaranmış vəziyyəti görüb oxumaqdan imtina edən əlavə 40 tələbə və cəmi-cümlətani 12 əlaçı ilə yekunlaşan imathan prosesi. Bu nəticədirmi yoxa məqsəd?" "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı qeyd edib.
O daha sonra əlavə edib: "Kollecdə belə nəticə son 10 ildə olmamışdır. Bu il kəsilən tələbələrin sayı ötən ilin qış imatahan sessiyasında kəsirlərin sayı iki dəfədən də çoxdur. Kollecdə tək köklü dəyişiklik isə yeni təyin olunan direktor məsələsidir ki,öz qayda-qanunu ilə belə nəticə ortaya qoyubdur. Bu məsələni cəmiyyətlə bölüşməkdə ciddi faydanı onda görürəm ki, təhsil millətə bağlı məsələdir və bu sturukturda təsadüfi proses ola bilməz. Baş verənlər ümimi təhsil siyasətinin bir parçasıdır, bir hissəsidir, lakin bizlərə yaxşıheç nə verə bilməz.
Əvvala yuxarda sadaladığım faktların nədən qaynaqlandığına nəzər yetirək!
Nə məsələdir?
Sizcə bu qədər kəsirlərin səbəbi nədir? Bəlkə bütüvlükdə təshil sistemində müşahidə edilən, lakin adını hələ heç kimin dəqiq qoya bilmədiyi hansısa bir prosesin elementləridir? O prosesin ki, xeyli sayda məktəblər bağlanır, mümkün qədər müəllim və digər pedaqoji personal ixtisara salınır, büdcəyə əlavə yollarla vəsaitlər cəmlənir, həm də bu prosesi təhsil sahəsinə aid olmayan Azərsun, Azqranat, Azərçay, dost, yüksəliş kimi kadroların əli ilə həyata keçirir?
Yəqin xatırlayırsınız, Rəis Rəcəb Tayyib Ərdoğan maraqlı bir müraciət formasından istifadə edirdi. Rəqiblərinə, rəqiblərindən xalqa səsləniş edəndə “Eyyy CHP, Eyyy Kılıcdaroğlu” və.s formasında səslənir, ardınca sözlərini, fikirlərini çatdırardı. Ölkəmizdə elə əndrabadi hadisələr baş verir ki hətta cənab Ərdoğanın nədən belə heybətli hayqırışını,başqa yol tapa bilmədiyini anlayırsan. Adi müraciət formasında inanmırsan ki, kimsə bu vurhavurda kiminsənin dərdini anlaya, kitabını oxuya. Odur ki nəhayət sizə səslənirəm:
Eyyy cənab Bakanımız Emin Əmirullayev!
Bu, Bakı şəhərində Bakıxanov qəsəbəsində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecinə kadro təyin edəndə əcəba niyə baxmadınız ki, bu adam bircə gün də olsa dərs deyibmi?,
müəllim işləyibmi?,
müəllimlərin, millətin balalarının yaşayış vəziyyətini anlaya biləcəkmi? təhsil müəsissəsini, azərsunun “kadrolar idarəsi” ilə qarışdırmayacaq ki?
Cavan, laçın bir oğlanı Sosial-İqtisadi kollecə direktor təyin etmisiniz. Bu arada adı da Şəhriyar Laçınovdu. İnsafən heç kim deyə bilməz ki, imtahan prosesində kimsədən nəsə alınıb və.s. Amma, kollecə gələndən gününü əsasən Azərsundan əxz etdiyi, özünün də qeyd etdiyi kimi “nümunəvi iş təcrübəsi” ni müəllim və əməkdaşlardan birindən digərinə qarşı “xidməti izahat” almaqla keçirir. Kollec olub sözün əsl mənasında az qala “dövləti cinayətlər üzrə istintaq idarəsi”. Hamının başı qarışıb intizam komissiyasının iclaslarna “xidməti müəlumat”lar, izahatlar və sair yazmağa.
Direktor təyin olunandan cəmi 8-9 ay keçib. Baxmayaraq onun da 3 aya yaxını yay tətilinə, 1 ayı da cop -29 düşüb, lakin, maşallah da yenilikləri olubdur ki, bu yeniliklərlə sizi tanış edim.
1. Kollecdə dərslər Azərbaycan Himni ilə başlardı. Daha başlamır. Təzə direktor icazə verməyibdir, Azərbaycan Himnin kollecdə səsini qəti olaraq kəsiblər.
2. Kollecdə bu günlərdə keçirilən Pedaqoji şuranın iclasında səslənən məlumatlara görə imtahana 1414 nəfər qatılıb ki, onlardan da kəsilən tələbələrin sayı barədə hesabat verənin çox tələsik və sürətli oxuması ucbatından bir sıra faktları qeyd etmək mümkün olmadı.Məncə həm də məlumatlar qeyri səhih idi. Amma həm də məlum oldu ki, kəsirlərin sayı 800 dən xeyli çoxdur. 60 nəfər də imtahana buraxılmayıbdır, 40 nəfər tələbə isə sosial vəziyyətlərinin ağırlığından, təhsil xərclərini ödəyə bilməməsi səbəbindən (1000 manat) və kollecdə kəsilmək etimallarının yüksək olduğundan oxumağın daşını atıb və sənədlərini kollecdən geri alıbdır. Yəni 900 - dən çox kəsir yaranıb və ya kəsilib, ya da bu və digər səbəblərdən təhsildən kənarda qalıblar. 1414 nəfərdən isə cəmi 12 tələbə əlaçı olub. Bu 12 nəfər tələbədən də bir neçəsi yəqin ki qiyabi tələbələrin payına düşür. 181 tələbəmiz isə A.B.C qiymətlər alıb. Oda bildirildi ki, kollecdə son illərdə heç vaxt bu qədər tələbə kəsilməyibdir. Ötən illə müqayisədə iki dəfədən çox kəsir olubdur. Nəticədə ümidini təqaüd almağa bağlayan tələbələrin nakam ümidləri də puç oldu. Təzə direktorumuz bu məsələni də beləhəll etdi. Ümumiyyətlə Kollecdə müəllimlərin maaşı kimi tələbələrin təqaüdü də çox aşağıdır, müəllimin maaşı 463, tələbənin təqaüdü isə 70 manatdır. Bu məsələyə növbəti yazılarımda qayıdacağımdan başqa daha əlaqəli məsələlərə toxunmaq istəyirəm.
3. Bir daha sualımı təkrarlıyaraq soruşmaq istəyirəm, tələbələrin bu qədər çox kəsilməsinin səbəbi nədir?
Bəlkə tələbələr elə kollecə qəbul olandan savadsız idilər?
Bəlkə Kollecə qəbul olandan sonra oxumadılar?
Ola bilərmi ki, müəllimlər dərs keçməsinlər?
Yoxsa bilmədiyimiz daha mübhəm səbəblər var?
Qeyd edim ki, bizim millətimiz savadsız deyildir, əksinə zəkidir, çalışqandır, onlara ürəklə, həvəslə oxumaq nə üçün həyati əhəmiyyətlidir məsələsini anlatsaq, izah etsək tələbələrin mütləq əksəriyyəti oxuyacaqdır və ciddi nəticələr ortaya qoyacaqdır.
Məni tanıyan xeyli dost-tanışlar bilir ki, Bakı Dövlət Universitetinə qəbul olandan sonra ailəmizin 10 nəfərdən çox üzvü Universitetin tarix, hüquq fakultələrinə qəbul oldular. Onları mən hazırladım. Bu gün də hər biri çox nümunəvi müəllim və ya mütəxəsis kimi çalışırlar. Kollecdə olan tələbələrimin içərisindən də öz evimdə təmənnasız olaraq hazırladığım tələbələr ciddi uğurlar əldə etdilər, kollecin verdiyi balla deyil, köhnə illərin məzunu kimi imtahan verib BDU-nun hüquq, tarix fakultələrinə qəbul olublar. Millətimizin övladlarında savadla bağlı heç bir problemi yoxdur.
Problem isə başqa məsələlərdədir ki, əslində sizinlə, adiyyatı qurumların səlahiyyətli şəxsləri ilə bu məsələləri bölüşmək istəyirəm. Nümunə üçün bildirim ki, bu il Azərbaycan tarixi üzrə dərs dediyim qiyabi şöbənin 2304 qrupunda imtahan verən tələbələrimin biri də kəsilməyibdir. Niyəsini təkrar bildirirəm ki, sonrakı yazılarımda mütləq aydınlıq gətirəcəyəm..."

DAVAMI MÜTLƏQ OLACAQ...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru