Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Tarix: 28-02-2025, 11:31 | Çap et
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir
Hələ 2019-cu ilin fevralında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi. İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Maraqlıdır bu qurum ötən beş il ərzində paytaxtımızda görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarəti necə həyata keçirib? Əvvəlki illəri deyil, götürək sonuncu, 2024-cü ili. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma bir neçə mərhələlərdən ibarət olur ki, birincisi satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsidir. Qanuna görə satınalan təşkilat növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinə təqdim edildikdən sonrakı 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (NK) növbəti ilin dövlət büdcəsinin layihəsinə uyğun olaraq satınalan təşkilata aid dövlət büdcəsinin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatları satınalan təşkilata göndərir və satınalan təşkilat həmin məlumatlar əsasında 5 (beş) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat cari ilin oktyabr ayının 25-dən gec olmayaraq, növbəti il üçün müəyyən etdiyi tələbata uyğun) ilkin satınalma planını hazırlayaraq təsdiq edir və portalda yerləşdirir.

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.11.2023-cü ildə 2024-cü ildə alınacaq malların və xidmətlərin satınalma planlarını açıqlayıb. Buraya il ərzində alınacaq malların və xidmətlərin satınalması üzrə 13 açıq tender, 2 kotirovka sorğusu daxil edilib. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü il ərzində dövlət satınalmalarının vahid internet portalına 7 açıq tender və 2 kotirovka sorğusunun yekunlaşdırıldığı barədə məlumat yerləşdirib.

Qeyd edək ki, tenderin yekunlaşdırılması və qalibin açıqlanması hələ müqavilənin bağlanılması anlamına gəlmir. Qanunla tender yekunlaşdıqdan sonra təchizatçılara gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) verilir. Qanunla müəyyən edilmiş müddətdən sonra qalib təchizatçı ilə müqavilə bağlanılır və satınalmalarının vahid portalında dərc edilir.

Amma dövlət satınalmalarının vahid internet portalında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü ildə bağladığı müqavilələr barədə heç bir məlumat yoxdu. MMC-nin satınalma planlarına daxil etdiyi 6 açıq tendr barədə isə ümumiyyətlə heç bir məlumat yoxdu. Niyə? Burada Azərbaycan qanunları işləmirmi?

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekunlaşdırdığı və milyonlarla manat dəyəri olan bir neçə açıq tender diqqətimizi çəkdi.

MMC Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 28.02.2024-cü ildə 01.08.2024 -cü ildə yekun vurub və 1.429.000,06 manat təklifi ilə “AZ.ARXİTEKTURA” MMC-nin qalib olduğunu açıqlayıb.

MMC satınalma planlarında 2024-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması üzrə açıq tender müsabiqəsinə 12.12.2024-cü ildə başlayıb və “VEST-LTD” QSC ilə 37.230.105,82 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 16.01.2025-ci ildə açıqlayıb. Artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq müqavilənin bağlanıb, bağlanmaması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl elektron media sözügedən QSC-nin 10 milyon (elektron mediada 21 fevralda yayılan məlumatlarda 11 891 188.48 manat olub, Vergi Xidmətinin məlumatında son günlər QSC-nin vergi borcunu qismən azaltdığı göstərilir ) manatdan çox vergi borcu olduğu barədə məlumat yaymışdı. Rəsmi, Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur. Əvvəl “Vest LTD” MMC olan şirkət sonradan təşkilati-hüquqi forması dəyişdirərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib. Qeyri rəsmi məlumatlarda “Vest LTD” QSC-nin mediada “tender kralı” kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekun vurduğu iki tender isə nəqliyyat və xüsusi texnikaların satın alınması ilə bağlıdır. Bu məqsədlə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 16.07.2024-cü ildə yekunlaşdırdığı kommunal təyinatlı texnikaların satın alınması üzrə olan açıq tenderdə 31.400.007,68 manat təkliflə “AZ-TEX-IMPORT” MMC qalib seçilib. Nəqliyyat və xüsusi texnikaların satın alınması üzrə 24.07.2024-cü ildə yekunlaşmış tenderdə də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 7.212.000 manat təkliflə “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib. Göründüyü kimi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 8 gün ərzində xüsusi texnikaların alınması üzrə “AZ-TEX-IMPORT” MMC ilə ümumi dəyəri 38 612 007 manat məbləğində müqavilə bağlamağı nəzərdə tutub.

Qeyd edək ki, “Az-Tex-İmport” şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 22 610 manat, hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib. “Az-Tex-İmport” MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.

Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Az-Tex-İmport” MMC 2020-ci ildən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məzil Kommunal Təsərrüfatı Birliklərinin nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirdiyi dəyəri 10 milyon manatdan çox olan 10 müqavilə bağlayıb. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin yekunlaşdırdığı satınalmanı da nəzərə alsaq Bakı şəhər İcra Hakimiyyətinin son 4 ildə nəqliyyat və xüsusi texnikaların alınmasına 50 milyon manatdan çox dövlət vəsaitinin xərclədiyini görmüş olarıq. Belə olan halda bir neçə gün əvvəl Bakıya yağan qarı niyə kommunal qurumların texnikası deyil, elə BŞİH-İn açıqlamaında deyildiyi ki, qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Aktualinfo.org xatırladır ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq, təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanır. Yəni, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sıfariş edir. Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığını, şəxsi məqsədlərə xidmət üçün istifadə edildiyinidən xəbər verir.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru