Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

Musiqi müəllimləri şagird qıtlığına görə İXTİSAR OLUNUR? - NƏ BAŞ VERİR?
Tarix: 4-04-2025, 11:23 | Çap et
Musiqi müəllimləri şagird qıtlığına görə İXTİSAR OLUNUR?
“Burada niyyət xoşməramlıdır. Sosial şəbəkələrdə attestasiya ilə bağlı təhdidlər yayılır ki, bu, hansısa işdən çıxarılma prosesidir. Qətiyyən belə deyil. Biz həmkarlarımızla görüşlərdə dəfələrlə bildirmişik ki, attestasiyanın məqsədi Azərbaycanın incəsənət məktəblərində çalışan müəllimlərlə bağlı dataların əldə edilməsidir. Biz bilməliyik ki, onların hansı bacarıqları var. Çünki sonradan onları təlimlərə cəlb etmək üçün bu imkanlar bizə kömək edəcək.”

Bu fikirləri hələ yanvar ayında Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov İTV-yə açıqlamasında bildirmişdi.

Valehov çıxışında qeyd etmişdi ki, attestasiya prosesi heç bir təşviş və qorxu yaratmamalıdır: “Müstəqillikdən sonra incəsənət və musiqi məktəblərində müəllimlərin attestasiyası aparılmayıb. Bu da bizə müvafiq məlumatların əldə edilməsində çətinlik yaradırdı. Həmin məktəblərdə çalışan müəllimlərin peşəkar bacarıqları barədə dəqiq məlumata malik deyilik. Biz istəyirik ki, bu xəritəni öyrənək. Ən azı gələcəkdə həmin müəllimlərin müxtəlif qərarların verilməsində, onların karyera inkişafında düzgün addımlar atmaq üçün bu məlumat bazası bizə lazımdır. Məhz buna görə də bu proses həyata keçirilir.”

Nazirliyin nümayəndələri attestasiyadan sonra heç bir müəllimin işdən çıxarılmayacağına dair vəd versələr də, fevral-mart aylarında keçirilən imtahanda iştirak edən 1675 müəllimin 492-si tutduğu vəzifəyə uyğun hesab edilməyib. Həmin müəllimlər çalışdıqları müəssisələr tərəfindən işdən azad edilmələri barədə bildiriş alıblar.

Qeyd edək ki, qiymətləndirmə Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Lakin onlardan yalnız 1675 nəfəri imtahanda iştirak edib. Bu isə o deməkdir ki, iştirak edən müəllimlərin 30 faizi attestasiya prosesindən keçə bilməyib.

Mədəniyyət Nazirliyi açıqlamasında attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 müəllimin təlimlərə cəlb olunacağını və müəyyən müddətdən sonra keçiriləcək imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklərini qeyd edib.

Lakin aydın olur ki, attestasiya prosesindən keçə bilməyən müəllimlər təkmilləşdirməyə gedəcəkləri təqdirdə belə, onların işdən kənarlaşdırılmayacağına təminat verilmir. Onlar yalnız yenidən işə qəbul prosedurundan keçməlidirlər. Müqayisə üçün qeyd edək ki, Təhsil Nazirliyinin apardığı qiymətləndirmələrdə müəllimlər ilk imtahandan keçə bilmədikdə, ikinci dəfə onlara şans verilir və bu müddət ərzində onlar işdən azad olunmurlar. Lakin Mədəniyyət Nazirliyi öz müəllimləri üçün belə bir imkanı tanımır.

Həmkarlar təşkilatının gözü qarşısında müəllimlər necə aldadılıb?

Müəllimlər isə onların aldadıldığını və sonradan təhdid edildiklərini bildirirlər. 33 nömrəli musiqi məktəbinin müəllimi şikayətində qeyd edir ki, 16-30 il iş təcrübəsi olan müəllimlərə attestasiya protokoluna təkmilləşdirmə adı ilə imza atdırılıb:

“Amma sonra işimizə xitam verildi. Hamımızın sosial vəziyyəti ağırdır, kirayədə qalan müəllimlər var. Cəsarət müəllim efirdə açıq şəkildə bildirmişdi ki, heç bir müəllim işdən çıxarılmayacaq, biz sadəcə bilik səviyyəsini yoxlayırıq. Bu gün isə həm kursa göndərilənləri, həm də attestasiya nəticəsində kəsilənləri işdən çıxarırlar. Komissiyanın 5 üzvü bizə ilkin olaraq təkmilləşdirmə kursuna göndəriləcəyimizi desə də, məktəbdən bizə öz ərizəmizlə işdən çıxmağı təklif edirlər. Bildirilir ki, əgər ərizə yazıb işdən çıxsanız, gələcəkdə imtahanla yenidən qayıda bilərsiniz. Lakin işəgötürən bizə xitam versə, bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə olacaq.”

Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi isə işdən çıxarılmanın ən riskli və ağır nəticələr doğura biləcək maddələrindən biridir.

Bu bəndə əsasən, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Bu əsasla işdən çıxarılan şəxslər gələcəkdə yeni iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Ümumiyyətlə, musiqi müəllimləri imtahanların şəffaf və obyektiv keçirilməsinə şübhə ilə yanaşırlar.

Təhdid dolu işdən çıxarılma prosesi həmkarlar təşkilatının gözü qarşısında baş verir. Qeyd edək ki, attestasiya komissiyasının üzvlərindən biri məhz həmkarlar təşkilatının nümayəndəsidir. Lakin onların iştirakı ilə müəllimlərin “təkmilləşdirmə” adı altında kütləvi şəkildə işdən çıxarılması həyata keçirilir.

Mədəniyyət Nazirliyi açıqlamasında tutduğu vəzifəyə uyğun hesab edilməyən yalnız 20 müəllimin Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünü bildirib. Bu maddə aşağıdakı kateqoriyalara aid olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qadağan edir:

Hamilə qadınlar və üç yaşınadək uşağı olan qadınlar;
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
Yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəbəqədər yaşda uşağını təkbaşına böyüdən şəxslər;
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər;
Şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi olan işçilər;
Həmkarlar ittifaqlarının və ya hər hansı siyasi partiyanın üzvü olan şəxslər;
Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan ailə üzvü olan işçilər.

Musiqi və incəsənət məktəbləri bağlanır

Görünən odur ki, 2023-cü ildə Mədəniyyət Nazirliyində yeni rəhbərliyin təyin olunmasından sonra başlanılan islahatlar, atalar demişkən, hələ çox su aparacaq. Bu islahatların ilk nəticələrindən biri yaradıcılıq və incəsənət mərkəzlərində, musiqi məktəblərində çalışan işçilərin kütləvi şəkildə attestasiya adı ilə işdən çıxarılmasıdır.

Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində aparılan attestasiya prosesi ciddi narazılıqlara səbəb olub. Xüsusilə, tədris ilinin ortasında müəllimlərin attestasiyaya cəlb edilməsi fevral ayından etibarən musiqi məktəblərində dərs prosesinin iflic vəziyyətinə düşməsinə səbəb olub. Dərslərdə axsamalar müşahidə edilir. Halbuki bu proses tədris ilinin sonunda, yay aylarında da təşkil edilə bilərdi. Hazırda müəllimlərin ilin ortasında tədris prosesindən uzaqlaşdırılması məktəblərin şagirdlərinin də təhsilinə təsirsiz ötüşməyib.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, ixtisarların əsas səbəbi Mədəniyyət Nazirliyinə tabe olan incəsənət və musiqi məktəblərinin sayının azaldılmasıdır. Belə ki, əldə olunan məlumatlara əsasən, hazırda Bakıda fəaliyyət göstərən 35 musiqi məktəbinin sayının 20-yə endirilməsi planlaşdırılır. Ümumiyyətlə, statistikada həmin məktəblərdə şagird sayının ildən-ilə azaldığı müşahidə edilir.

Hazırda ölkə üzrə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sayı 236-dır. Son 7 il ərzində 4 məktəb bağlanıb, onlardan 2-si musiqi məktəbidir. Hazırda ölkədə 183 musiqi məktəbi fəaliyyət göstərir.

Ümumiyyətlə, statistikaya baxdıqda həm belə müəssisələrdə təhsil alanların, həm də müəllimlərin sayının azaldığını görmək mümkündür.

Belə ki, 2016/2017-ci tədris ilində 185 musiqi məktəbində 48 min 803 şagird təhsil alıbsa, 2024-cü ildə bu rəqəm 39 min 813-ə düşüb. Yəni, son 7 il ərzində musiqi məktəblərində təhsil alan şagirdlərin sayı 18,4% azalıb.

Bu dövr ərzində musiqi məktəblərində çalışan müəllimlərin sayı da 22,7% azalaraq 12 min 786 nəfərdən 9 min 871 nəfərə düşüb.

Eyni tendensiya incəsənət və rəssamlıq məktəblərində də müşahidə olunur. Hazırda belə məktəblərin sayı 53-dür. 2016-cı ildən bəri 2 incəsənət və rəssamlıq məktəbi bağlanıb.

Bu sahədə təhsil alan şagirdlərin sayı 12,8% azalaraq 18 min 226 nəfərdən 15 min 884 nəfərə düşüb. Müəllimlərin sayı isə 16,8% azalaraq 4 min 733 nəfərdən 3 min 937 nəfərə enib.

Statistika göstərir ki, ölkənin yaradıcılıq mərkəzlərində həm təhsil alanların, həm də müəllimlərin sayı sürətlə azalır. Attestasiyadan sonra baş verən kütləvi ixtisarlar isə bu azalma prosesini daha da sürətləndirəcək. Nəticədə dövlət tabeliyində olan yaradıcılıq mərkəzlərinin bağlanması sayının azaldılması qaçılmaz görünür.

Maraqlıdır ki, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin cəmi 17,4%-i ali təhsillidir. Qalan 82,1%-i isə orta ixtisas təhsilinə sahibdir.

Qarşıdakı dövrdə 12 mindən çox müəllimin attestasiyaya cəlb olunacağı gözlənilir və növbəti 2 il ərzində yaradıcılıq və incəsənət müəssisələrində kütləvi ixtisarları müşahidə edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru