Hər addımbaşı satılan ÖLÜM... - "...bu problemi görmürlərmi?"
Tarix: 6-05-2025, 08:21 | Çap et
 "Mayın 4-nə keçən gecə, Xaçmazda baş verən bir faciə daha bir ailənin üzərindən qara pərdə çəkdi. 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq həyatına son qoydu. Mediada yayılan məlumatlara görə, o, son vaxtlar internet mərc oyunlarına aludə olub və bu səbəbdən ciddi borc yükü altına düşüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, ailəli, bir övlad atası olan Kənan bu bataqlıqdan çıxa bilmədi. Onun ölümü təkcə bir insanın faciəsi deyil, susqun qalan cəmiyyətin, məsuliyyətsiz qurumların və pulla susdurulmuş medianın günahıdır..." "DİA-AZ" bildirir ki, bunu öz etirazında jurnalist Elnura Abuşova qeyd edib. O daha sonra bu gün insanlarımızı hədəfləyən və küçələrdən satın aldığımız ÖLÜMLƏ - ÖLÜMƏ APARAN YOLLA bağlı həyəcan təbili çalaraq aşağıdakıları qeyd edib:
"Mərc oyunları – asılılıq tələsi
Mərc və qumar oyunları Azərbaycanda illərdir cəmiyyətin səssiz bəlasıdır. Rəqəmlər, statistikalar açıq şəkildə təqdim olunmasa da, sosial şəbəkələrdə, xəbərlərdə və gündəlik həyatımızda bu oyunların səbəb olduğu dramlar kifayət qədərdir. Ən qorxulusu isə budur: bu oyunlar qanuni şəkildə fəaliyyət göstərir, televiziya və saytlar vasitəsilə geniş şəkildə reklam olunur. Azərlotereya, Misli, Top.az və digər adlar altında fəaliyyət göstərən onlarla platforma insanları tez və asan qazanc vədi ilə manipulyasiya edir. Amma reallıqda bu “şans” oyunları yüzlərlə, minlərlə insanı maddi iflasa, ailə dağıntılarına və psixoloji sarsıntılara sürükləyir. Kənan Abdullayevin timsalında bu faciə daha da qabarıq görünür: dövlət işində çalışan, ictimai faydalı iş görən, bir ailənin dayağı olan bir insan belə bu təhlükəli asılılığın qurbanına çevrilirsə, sadə vətəndaşlar necə mübarizə aparsın?
Media niyə susur?
Ən acınacaqlısı, bu təhlükəli problemin mediada demək olar ki, heç qabardılmamasıdır. Əksinə, televiziya kanalları və xəbər portalları bu oyunların reklamını nümayiş etdirməyə davam edir. Pul və sponsorluq müqavilələri həqiqəti susdurur. Cəmiyyət isə bu səssizliyin içində faciələri yalnız son nəticədə – ölüm, intihar, cinayət kimi hallarda eşidir. Jurnalistlər, ziyalılar, ağsaqqallar – bu problemi görmürlərmi? Onların qarşısında bir valideynin göz yaşları, bir uşağın atasız qalan həyatı dayanırsa, necə susmaq olar? Axı heç kim bu bəladan sığortalanmayıb...
Niyə tədbir görülmür?
Bəzi ölkələrdə mərc oyunlarının reklamı tamamilə qadağandır və bu sahəyə ciddi nəzarət var. Azərbaycanda isə bu sistem tənzimlənmək əvəzinə təşviq olunur. Reklamlar, mobil əlavələr, uduş və qələbə illüziyası yaratmaq üçün tətbiq olunan psixoloji manipulyasiyalar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Bu sahədə Mədəniyyət və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumları məsuliyyət daşıyır. Amma görünən odur ki, indiyədək nə real addım atılıb, nə də ictimai müzakirə təşkil olunub.
Çağırış:
Bu faciə sonuncu olsun deyə ictimai qınaq, medianın ayılması və hüquqi dəyişikliklər olmalıdır. Mərc oyunlarının reklamları qadağan edilməli, onlara gənclərin çıxışı məhdudlaşdırılmalı, psixoloji dəstək proqramları gücləndirilməlidir. Hər intihar statistik deyil – bir ailənin faciəsidir. Kənan Abdullayevin ölümü bizi silkələməlidir. Əgər bu gün susuruqsa, sabah bu ağrı bizim qapımızı da döyə bilər..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Bu gün, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Bu gün, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Bu gün, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46 |
|
|
|
|