İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi .....                     Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq .....                     Şair Məmməd İsmayıl vəfat edib .....                     Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                     Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır .....                     Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" .....                     ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir .....                     Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb .....                     Yetərsay çatmadı, bir qurumun 2 tenderi .....                     Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır .....                     “Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” .....                     Zaman ermənilərin əleyhinə işləyir .....                     Astarada başçıya söykənən ÖZBAŞINALIQ... .....                     Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? .....                     “Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI .....                     "İbrahim sazişləri" ilə nə etməli?.. .....                     Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... .....                     Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR .....                     Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək .....                     "Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" .....                 

Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Tarix: 12-05-2025, 01:59 | Çap et
Gömrükdəki köhnə iddialar və kölgələr...
Ondan başlayaq ki, Gömrük Komitəsinin bütün sədrlərinin dövründə bu sahədə müxtəlif problemlərin varlığının, sahibkarlarla qurum arasında müxtəlif narazılığın şahidi olmuşuq. İnsafən demək lazımdır ki, yeni Komitə sədri Şahin Bağırovun dövründə əvvəlki illərdə yaranan daha ciddi, biabrıçı, daha dərin problemlər, sistemsizlik aradan qaldırılıb, sistem demək olar ki, avtomatlaşdırılıb, tam olmasa da müəyyən müsbət sistemli hala salınıb.

Amma bu o demək deyil ki, Gömrük sistemində hər şey idealdır. Təbii ki, uzun illərin qalaqlanmış problemlərini qısa bir zamanda düzəltmək, tamamilə şəffaflaşdırmaq çətindir. Hələ o yerdə külli miqdarda pul varsa və ya milyonları qazanmaq mümkündürsə.

Bu ölkədə hər kəs yaxşı bilir ki, Gömrük işində böyük pul, qazanc var və bu sahə sıradan bir sahə deyil. Amma əvvəlki Gömrük sədrlərinin dövründə olan daha böyük qanunsuzluqların indi şahidi olmasaq da, müəyyən nöqsanları, işlərin tamamilə şəffaf şəkildə getmədiyini də demək lazımdır. Yəni, Azərbaycanın Gömrük sistemində hər şey tamamilə ideal deyil. Təkcə uzun illərdir davam edən "qanunsuz şirkətlər" problemi nəinki kökündən aradan qaldırılıb, əksinə başqa bir müstəvidə, başqa bir formada məntiqi ardıcıllıqla fəaliyyətdədir.

Bu günlərdə gömrük sistemində sükutu pozan, ciddi ittihamlı bir hadisə baş verdi. Ölkənin demək olar ki, əksər mətbu orqanlarında “Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanovun ciddi ittihamları səsləndi. İş adamı Ramil Aslanov iddia edirdi ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edib və işi Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb.

İş adamı Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin qarşısında qanunsuzluğa etiraz edib - Pul tələbinə görə - VİDEO
Bütün bunlardan sonra Gömrük Komitəsi də “Lion Centre” MMC-nin rəhbərinin şikayətinə münasibət bildirib. 5 bəyannamə üzrə malların invoys qiymətləri şübhə doğurduğundan araşdırma aparılıb. Sənədlərə əsasən qeyd edilən mallara dair invoys qiymətlərinin dəfələrlə azaldılması və nəticədə xeyli miqdarda, cəmi 98 min manata yaxın məbləğdə gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınılması müəyyən olunub.

Həmçinin qurumun rəsmi məlumatlarında qeyd olunub ki, “Lion Centre” MMC-nin rəhbəri yanlış məlumatlar yayır: “2024-cü il və 2025-ci ilin ilk 4 ayı ərzində “Lion Centre” MMC adlı sahibkarlıq subyekti gömrük rəsmiləşdirilməsinə 100 ədəd gömrük bəyannaməsi təqdim edib. 100 ədəd gömrük bəyannaməsi üzrə dəyər dürüstləşdirilməsi nəticəsində fərq məbləği 1 532 398 manatdır ki, bu fərqlərin 87%-i bəyannamənin ilkin tərtibatı zamanı sahibkar tərəfindən könüllü surətdə reallaşdırılıb. “Lion Centre” MMC adına rəsmiləşdirilən hər bir gömrük bəyannaməsi üzrə uyğunsuzluqların aşkar edilməsi və düzgün bəyan etməmə faktları mütəmadi hal alıb. “Lion Centre” MMC tərəfindən əvvəllər də dəfələrlə gömrük qaydalarının pozulması hallarına yol verilib.

Elə əsas məsələ də budur. Sahibkar bir söz deyir, rəsmi qurum başqa söz... Yəni, hər iki tərəf bir birini ittiham edir. Elə problem də budur... Bütün bu faktlardan sonra bir daha söyləmək olar ki, Gömrükdə hələ də tam şəffaf sistem fəaliyyət göstərmir və sahibkarlarla rəsmi qurum arasında bir etibarsızlıq, inamsızlıq və müəyyən intriqa mövcuddur.

Ümumiyyətlə, belə qalmaqallı mövzuların zaman-zaman şahidi oluruq. Bəzən sahibkarlara dəstək verən məmurlar və ya "köhnə gömrükçülər" gömrüklə sahibkarlar arasında böyük bir uçurum yaratmaqda maraqlı olurlar. Onların müəyyən mənada dəstəkçisinə çevirilib sahibkarla rəsmi qurum arasında narazılıq yaratmağa çalışırlar. Əvvəlki illərdə də belə məlumatların dəfələrlə şahidi olmuşuq. Filan gömrük məmuru filan şirkətə böyük dəstək verir, onun əli ilə qazanır və sairə... Təbii ki, bu əvvəl də olub, indi də var. Yayılan məlumatları, ortaya çıxan faktları izlədikcə maraqlı detallar ortaya çıxır. Bəzən bu detallara göz gəzdirdikcə ortaya yuxarıda ehtimal edilən halların oxşarlığı yaranır.

Ümumiyyətlə, Azərbaycanın Gömrük sistemi tam şəffaf deyil və burda müəyyən problemlər mövcuddur. Bunu danmaq mümkün deyil. Bəzən isə bu problemlərin səbəbi elə sahibkarların özlərinin qanunları pozmaları, bilməmələri və ya müəyyən hallarda işi ciddiyə almadıqları üçün yaranır.

Məqalələrdə maraqlı bir nüans keçir və bu eynilə əvvəlki illərdə olduğu kimi eyni dalğa, eyni koordinatı xatırladır.

İş adamı şikayətində deyib ki, Baş Gömrük idarəsinin rəisi Elmir Ramazanov ona və şirkətinə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışan İlkin Bağırov cinayət işi qaldırıb.

Diqqət edin, həmişə olduğu kimi, yenə də Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi və müavinin adı hallanır... Deməli nə varsa, elə burda var. Deməli bu İdarənin işində ya hələ də əmmalar var, ya da sahibkarlar bu İdarənin işinə kölgə salmağa çalışırlar. Sahibkarlara inansaq əmma var, quruma inansaq sahibkarlar səhv addımlar atır.

Xatırlayırsızsa, DGK-nın sabiq sədri Səfər Mehdiyevin zamanında bu postu, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin rəis müavini vəzifəsini Fikrət Ələsgərli tuturdu. F. Ələsgərli DGK Əməliyyat-İstintaq Baş İdarəsinin həbs edilən rəisi Məsum Rəsulovun müavini idi. Bu şəxslərin hər ikisi DGK-nın sabiq sədr Səfər Mehdiyevin kadrlarından hesab olunurdu. Səfər Mehdiyevin sədr olduğu dönəmdə sahibkarlar əsasən Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsindən şikayət edər, rəis müavini Fikrət Ələsgərlinin adını çəkədrilər. Sonradan Fikrət Ələsgərli vəzifədən uzaqlaşdı və iş adamı kimi fəaliyyət göstərəcəyini açıqladı.

Ümumiyyətlə, Gömrük komitəsində zaman-zaman köhnə komanda ilə yeni komanda arasında ciddi konfliktlərin şahidi olmuşuq. Yuxarıda da qeyd etdiyimiz kimi, sahibkarları öz kurasiyalarına alan Gömrük məmurları işdən çıxarıldıqdan sonra yenə də qurumda qalan köhnə komanda yoldaşlarının əli ilə öz fəaliyyətlərini davam etdirirlər. İstəkləri baş tutmadıqda sahibkarları qurumdan narazı olmağa sövq edirlər. Bəzən köhnə komanda üzvləri yaranmış vəziyyətdən istifadə edərək yeni komanda üzvlərini günahlandırmağa, onları qaralamağa çalışır, yeni komanda isə əlindəki imkanlardan istifadə edərək özünü müdafiə etməyə cəhd edir. Uzun illərdir belə halların şahidi oluruq. Bəlkə də elə gömrükdə köhnədən qalanlar vəziyyətin bu həddə çatmasını bilərəkdən istəyir. Yəni bu onu göstərir ki, gömrükdə vəziyyət hələ də ürəkaçan deyil və hələ də köklü islahatlara ehtiyac var.

Bütün bu hallar bütünlüklə ölkənin və gömrüyün fəaliyyətinə, quruma qarşı inama ciddi təsir göstərir, davamlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ölkəsinə gəlir gətirmək istəyən sahibkarların fəaliyyətinə kölgə salır, onları qorxudur. Məmur davaları, köhnə komanda üzvlərinin davamlı təzyiqləri, yeni komandanın fəaliyyətini zəiflətmək və gözdən salmalar birbaşa dövlətə ziyan vurur ki, bunun təsirini xalq görür.

Bu gün Azərbaycan Gömrük sistemində hər şey əla olmasa da, əvvəlki illərdən çox fərqlənir. Bunu etiraf etmək lazımdır. Amma onu da demək lazımdır ki, bəzi məqamlarda çatışmazlıqlar mövcuddur ki, bu da yenə köhnə komanda üzvlərinin, milyonlar qazanan və ya qazanmaq istəyən məmurların, köhnə gömrükçülərin və ya lap elə təzə gömrükçülərin qanunsuz, naşı əməllərinin nəticəsidir.

Bu gün hansısa bir sahibkar qanunsuz olaraq incidilirsə, yolverilməzdir. Yaxud əksinə, hansısa sahibkar Gömrüyə haqsız olaraq qara yaxmağa çalışırsa bu da yol verilməzdir. Tam şəffaf şəkildə fəaliyyət həyata keçirilməlidir – istər dövlət qurumu, istərsə də sahibkar öz məsuliyyətini hiss etməli və qanunların tələblərindən irəli gələrək addım atmalıdır. Qara atmaqla, ləkələməklə, sahibkarı incitməklə, qanunsuz əməllərinə göz yummaqla Azərbaycanın inkişafına, büdcənin güclənməsinə nail olmaq mümkün deyil.

/Bizimxeber LIVE BLOG









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Bu gün, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Bu gün, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Bu gün, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Bu gün, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Bu gün, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Bu gün, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Bu gün, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Bu gün, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Bu gün, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Bu gün, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Bu gün, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Bu gün, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Bu gün, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Bu gün, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Bu gün, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Bu gün, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Bu gün, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Bu gün, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Bu gün, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Bu gün, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Bu gün, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Bu gün, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Bu gün, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Bu gün, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Bu gün, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Bu gün, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Bu gün, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Bu gün, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Bu gün, 10:58
“Azərbaycan Dəmir Yolları” ilə tenderdə qalib olan şirkət arasında PUL QALMAQALI - “Vaqonlar üçün keyfiyyətsiz materiallar verilirdi, ona görə...”
Bu gün, 10:55
"İbrahim sazişləri" ilə nə etməli?.. - İNCƏLƏMƏ
Bu gün, 10:50
Yaxşı ki ÇOX AZSINIZ: YOX QƏDƏRİNDƏ... - AKTUAL
Bu gün, 10:41
Soydaşlarımıza və SOCAR-a qarşı sistemli HÜCUMLAR – Rusiyanın hitlerizm siyasəti daha da RADİKALLAŞIR
Bu gün, 10:25
Mirzoyan Ermənistanın xarici ölkələrdəki səfirləri ilə Zəngəzur dəhlizi layihəsini müzakirə edəcək
Bu gün, 10:22
"Rasim Balayev 700 manat verdi, təkəm, heç kim kömək etmir" - Xalq artistinin məzar daşı niyə qoyulmayıb?
Bu gün, 10:20
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü - FOTO
Bu gün, 10:18
“İranda Pezeşkianı “İranın Paşinyanı” adlandırırlar” - “Hraparak”
Bu gün, 10:15
Vaşinqtonda Ukraynaya verilən təhlükəsizlik təminatları - İNCƏLƏMƏ
Bu gün, 09:57
Rəsmən dilənçilik edirlər... - ETİRAZ VAR...
Bu gün, 09:51
Davudoğlu “Ərdoğan yolu”nda qəzaya düşdü – Bakıya tarixi xəyanət…
Bu gün, 09:36
Ramin Quluzadəyə itki üz verib
Bu gün, 09:13
“Cahan Holdinq" və “Saf Ət" MMC-yə qarşı ŞOK İTTİHAMLAR - Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin gerçək səbəbləri
Bu gün, 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu idarəsi maliyyə sanksiyası tətbiq olunan şirkətlə müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:51
Ali təhsil bazarında BAHALAŞMA... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:46
40 ilin işçisinin başına belə oyun açdılar... - NHMT sədri İZAHAT İSTƏDİ
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru