"DİA-AZ" xəbər verir ki, Naxçıvanda iməclikli günlər yenidən başlayır. Bu barədə sosial şəbəkələrdə məlumat və foto paylaşılıb.
Məlumatdan aydın olur ki, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Muxtar Respublikada fəaliyyət göstərən bütün dövlət qurumları və orqanlarına rəsmi məktub göndərib.
Məktubda hər ayın ilk həftəsinin şənbə gününün iməclik elan olunduğu xatırlanıb və bütün məmur sinifinin bu iməclikdə iştirak etməsinin vacibliyi vurğulanıb. O da ifadə olunub ki, iməclik qərarı “canişin” əfəndinin yanında keçirilən müşavirədə qəbul olunub.
"DİA-AZ" vurğulayır ki, əslində qanunlara görə, Naxçıvanda hansısa məcburi iməcliyin keçirilməsinin hüquqi əsası yoxdur. Belə çıxır ki, Naxçıvan hüquqla yox, hələ də Vasif Talıbovdan qalma üsullarla idarə olunur.