Rusiya prezidenti Putnin tələbə yoldaşı, müğənni Ruhinin əri İlham Rəhimov Yekaterinburq şəhərində soydaşlarımıza qarşı hüqiuq-mühafizə orqanlarının əməkdaşları tərəfindən edilənvəhşiliyə "özünəməxsus" formada rəy verib.
DİA-AZ-ın məlumatına əsasən, İlham Rəhimov News24.az-a açıqlamasında bildirib ki, azərbaycanlılara qarşı törədilmiş hadisəni qəti şəkildə pisləyir və bunu həyata keçirmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə tələb edir.
O əlavə edib ki, hadisədən xəbər tutan kimi srağagün Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.
O iddia edib ki, hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcək.
Rəhimov sonra Azərbaycabn cəmiyyətində qəzəb doğuran hadisəyə münasibət bildirən fəal kəsimləri, o cümlədən deputatları sətiraltı ittiham etməyə cəhd edib: "Baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə xidmət edən hərəkətlərdən yayınmağı vacib sayıram".
Belə yerdə deyirlər ki, AXI SƏN KİMSƏN Kİ... NƏYİSƏ DƏ VACİB SAYASAN?
Putinin dostumu? O zaman belə ağıllı məsləhətlərdən birini də dostuna ver. Və ən əsas sual: bu hadisə bir yana... Təyyarəmiz vurulandan bəri dostundan niyə soruşursan ki, nədən qanımıza susayıb? Soruşmaq bir yana... barı məsləhət verəydin... Sən ki, qoçu-qoçu məsləhət verməyi sevirsən...
Nə isə... Əslində İlham Rəhimov kimliyi Azərbaycan üçün çoxdan aydın olan bir obrazdır və bu obraz bu gün Azərbaycan üçün kifayət qədər təhlükəli hesab olunur. Bunu isə hüquq mühafizə orqanları düşünsə, yaxşı olar...