Kifayət qədər məşhur olan bir brend bu dəfə körpə balalarımız üçün aşkar təhlükə saçmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mirali Suleymanov adlı istifadəçi gileylənməkdədir.
Narazı vətəndaş konkret fotodəlillər təqdim edərək aşağıdakıları qeyd edir:
"Bu məhsul "Bolluq LTD MMC" -yə məxsus uşaqlar üçün peçeniyalardı.
Yaxşı kı uşaq yemədən içindən çıxan bu dəmir parçasın gördük.
Uşaqlara bu kimi məhsulları verəndə diqqətli olmaq lazımdır..."