Universitetdəki əxlaqsız hərəkətlərlə bağlı məlumat ictimailəşdikdən sonra NDU rəhbərliyi öz imicini qorumaq üçün müəllim və tələbə heyətini sosial şəbəkələrdə trolluğa məcbur edir.
Söhbət bir qrup qız tələbənin “Gündəlik Naxçıvan” vasitəsi ilə ictimailəşdirdiyi məsələdən gedir. Tələbə qızlar bidirirldilər ki, Fizika-Riyaziyyat fakültəsinin dekanı qiymət qarşılığında onlara cinsi əlaqə təklif edib. Bu xəbər Azərbaycanda geniş rezonans yaradıb və universitet rəhbərliyi ictimaiyyətin sərt qınağına tuş gəlib.
Universitetin adının çəkilməsini istəməyən bir qrup müəllimi bildirir ki, məsələ ictimailəşdikdən sonra rektor təcili ümumi yığıncaq keçirib:
“Bu problemlə bağlı təxminən bir ay öncə universitet rəhbərliyinə yazılı müraciət olunub. Videogörüntü, foto və sair də fakt kimi təqdim olunub. Rəhbərlik isə, əxlaqsız dekanın tərəfini saxlayır. Vaxtında ədalətli araşdırılsaydı, məsələ ictimailəşməzdi, bunlar da biabır olmazdı. İctimailəşdikdən sonra təcili yığıncaq təşkil ediblər, anacaq, problemi həll etmək üçün yox. Tapşırıq verilib ki, bütün müəllim heyəti və tələbələr “Gündəlik Naxçıvan”ın ictimailəşdirdiyi paylaşımın altında universitet rəhbərliyi və əxlaqsız dekan haqda müsbət fikirlər yazılsın.
Bunun üçün həm saxta, həm də həqiqi profillərdən istifadə olunur. Hər bir müəllimə konkret tapşırıq verilib ki, müsbət şərh yazıb, kopyasını birbaşa rektora göndərsin. Əksəriyyət əxlaqsız dekan haqda müsbət rəy yazmaqdan imtina edir. Çünki, onun nə yuvanın quşu olduğunu çox yaxşı bilirlər. Bu müəllimlər də işdən qovulmaqla hədələnirlər. Bir çox müəllim müsbət şərh yazıb, kopyalasını rektora göndərib, sonra dərhal şərhi silirlər. Riyakar olmaq istəmirlər.”
Universitet rəhbərliyi əli çatan tələbələri də trolluğa məcbur edir. Adının çəkilməsini istəməyən tələbələrdən biri deyir ki, onlara zəng edib, müsbət şərhlər yazmaq tələb olunur:
“Hansı tələbəyə üzləri gəlir, zəng edib tapşırırlar ki, sosial şəbəkələrdə universitet haqda yazılanlara paylaşımların altda müsbət rəylər yazsınlar. İmtina edənlər qovulmaqla hədələnirlər. Dekan haqda yazılanlar həqiqətdir. O, uzun illərdir bu əxlaqsızlıqla məşğuldur. Bunu bilən tələbələr onu müdafiə edib, özlərini biabırçı vəziyyətə salmaq istəmirlər. Ancaq, təbii ki, trolluq edənlər də az deyil.”
Tələbə qızların müraciəti yayınlandıqdan sonra, NDU rəsmi bəyanat yayaraq, təkzib etmişdir. Bəyanatda müraciəti yayanların axtarıldığı, onların cəzalandırılacağı qeyd olunur.