"Mənim şikayətim #GLOBAZ kargo şirkətindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mammadli Babak adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Yaşadığım yerə yaxın olduğu üçün demək olarki bütün sifarişlərimi onların azadlıq mağazasına gətizdirirəm.Bugünə qədər də hər hansısa bir problem olmayıb. Axrıncı sifarişdə isə lap mənim beynimi xarab eləyiblər.
Deməli ən son sifariş etdiyim məhsul 04.07.2025 tarixində bunların türkiyə anbarına çatıb. 06.07.2025 tarixində məhsul göndərilib. 07.07.2025 tarixində yazılıb ki, gömrük yoxlanışındandadır. Bura qədər olan bunların öz saytlarında yazılan məlumatdır. Və hələ də bunların saytında həmin mərhələdə qalır. Üstən xeyli müddət keçdi və ayın 15 i bunlara zəng etdim. Mənə bildirdilər ki, məhsulunuz türkiyə gömrüyündə səbəbsiz saxlanılmışdı. İndi buraxılıb gecikmə ona görə olub. 1-2 günə təhvil alacaqsınız. Hər gün zəng edirəm axırı qayıtdılar ki, azərbaycan gömrüyü məhsulunuzu yoxlayır ona görə gecikir. Dözməyib yığdım gömrüyə bildirdilər ki, məhsulumuzda heç bir problem yoxdur. Gecikmə səbəbini yığın kargo sizə bildirsin və məhsulunuzu verəcəyi tarixi sizə desin. Yığıram kargoya uje 1 həftədir bugün sabah, deyə deyə adamı lap ələ salırlar. Axırı bugün də deyirlər ki məhsulunuz içində maye olduğuna görə gecikmə olur. Day bəhanə qalmadı. Gömrüyün rəsmi saytında olan izləməyə baxıram görürəm ayın 10u məhsul bunlara təhvil verilib. İndi təsadüfən bir qonşu ilə danışıram deyir bizim bağlamanı da 20 gündən çoxdur təhvil vermirlər. Bu barədə hara və necə rəsmi şikayət edə bilərəm? Xahiş edirəm məlumatı olan bu barədə köməklik göstərsin..."