"Növbəti cargo şikayəti... - Starexglobal.az-dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Samira Hashimzadeh adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ən gec mənə bu həftə çatdırılması lazım olan məhsulları iyulun 5-də ABŞ-dən sifariş vermişəm. Təəssüf ki, böyük şirkətdir, məsuliyyətlə davranar, gecikdirməz düşüncəsində yanılmışam. Məhsulum ayın 14-də xarici anbara daxil olub. Lakin heç bir xəbər yoxdur. Bir həftə keçdikdən sonra özüm dəfələrlə əlaqə saxlayıb axır bağlamam ortaya çıxıb. Yəni özüm axtarmasam, şirkətdə heç kimi maraqlandırmayacaqdı ki, bu nə bağlamadır bizim anbara daxil olub. Nəhayət ayın 22-də bəyannamə göndərə bilmişəm. Sosial mediada cavablandıran şəxsə bildirəndə ki, mütləq bu həftə almalıyam, məni sakitləşdirir ki, bəli, heç narahat olmayın, ən qısa zamanda çatacaq. Dünən yenidən Çağrı Mərkəziylə əlaqə saxlayanda isə 7-10 gündən tez çatmayacağını bildirir.
- Çağrı Mərkəzi nə sual verirsən, yönləndirir İnstagram səhifəsinə
- Konkret sualların heç birinə konkret cavablar verilmir.
- Bir həftə ərzində bağlamam harda idi? Hələ də cavab ala bilməmişəm.
Bundan sonra 7-10 gün ərzində həmin bağlamanın çatmasının isə mənimçün çox da əhəmiyyəti yoxdur..."