İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                 

Dövlət Su Ehtiyatları Agentliyinin DAR GÜNƏ BİR QAŞIQ SU EHTİYATI DA YOX İMİŞ... - AXI NİYƏ?
Tarix: 24-07-2025, 11:12 | Çap et

Bakıda bir həftədən çoxdur ki, Kərbəla müsibətinə oxşar su dramatizmi yaşanmaqdadır. Kimsə danışmır, kimsə dinmir, açıqlama, izahat verən yox, səbəb açıqlanmır, yalnız efirlərdə, sosial şəbəkələrdə əlində qablarla su axtarmağa gedən çarəsiz camaatı, bağları, ağacları sulayan maşınların isə əhaliyə su satmasını görmək olar. Bu nə rəzalətdir? Bu nə biabırçılıqdır? Niyə bir aydınlıq gətirilmir? Heç olmasa səbəbi açıqlasınlar – qəza olub, əjdaha gəlib, ya kefləri belə istəyir – bir söz desinlər.
Amma saymazlıq, müştəbehlik, əhalini vecinə almamaq davam edir. Bu necə qurumdur ki, ölkənin paytaxtında minlərlə insan susuz qalıb və “ağzına su alıb” danışmır? Sanki yiyəsiz bir strukturdur və idarəetmə deyilən bir anlayış yoxdur. Hələ bir adına baxın – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi.
Adında “su ehtiyatları” olan bir qurumunu nə rezervi, nə ehtiyatı, nə belə çətin şəraitdə alternativi var. Amma yekə-yekə adını inzibati binanın fasadına vurublar. Üstəlik, o bina da əlavə xərcdir. Bir su təsərrüfatına cavabdehlik daşı(ma)yan qurumun o boyda inzibati binası kimə lazımdır? Bu azmış kimi, ona təzəsini də tikiblər...
Kəsəsi, ADSEA ötən il də eyni fəlakəti yaşatmışdı, bu il də. Sadəcə, keçən il deyildi ki, Oğuz-Qəbələ su kəmərində təmir gedir. İndi isə heç bir məlumat verilmir. Beləcə şəhərin bir çox yerləri yayın 40 dərəcə istisində susuz qalıb. Hətta AzTV, Xəzər TV kimi telekanallar da bu problemi işıqlandırıblar, amma qurum özünü ölülüyə vurub.
Anxeber.az yazır ki, hazırda Bakının Suraxanı rayonunun Yeni Günəşli, Qaraçuxur və digər əraziləri su üzünə həsrətdir. Həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Ramana və başqa massivlər də eyni zülmü yaşayırlar. Sakinlər deyirlər ki, gün ərzində 1 və ya 2 saatlıq su verilir, o da yuxarı mərtəbələrə qalxmır. Nəticədə ilin ən çox suya tələbat olan mövsümündə paytaxt əhli özünü Kərbəla çölündə hiss edir.
Eyni vəziyyət Abşeron rayonunun Xırdalan və digər ərazilərində var. Bundan başqa, Nardaran və bir sıra yerlər susuzluqdan əziyyət çəkirlər. Belə vəziyyətdə ADSEA rəhbəri Zaur Mikayılov, onun müavinləri, ictimaiyyətlə əlaqələr şöbəsi mətbuat konfransı keçirməli, medianın suallarını cavablandırmalı, haliyə nə baş verdiyini izah etməlidirlər. Amma özlərini heç nə olmamış kimi aparırlar. Bu da dövlətə, prezidentə qarşı hörmətsizlik, onun xalqla işləmək siyasətinə daban-dabana ziddir. Çünki dövlət başçısı vətəndaşlarla işləməyi, müraciətlərini dinləməyi tapşırır.
Zaur Mikayılov isə tamamilə laqeyd, özünəvurğun şəkildə davranır və Bakının az qala yarısını susuz qoyduqlarına görə hər hansı açıqlama ilə çıxış etmir. Söhbət bir ölkənin paytaxtından gedir. İndiki zəmanədə, texnoloji inkişafın sürətlə getdiyi dövrdə, dünyanın hansı ölkəsinin paytaxtında hər yay millət su problemi yaşayır? Hətta Əfqanıstanın paytaxtı Kabulda indi normal su təminatı var.
Üstəgəl, nəzərə alınmalıdır ki, su təchizatı strateji məsələdir. Yəni su təsərrüfatının təhlükəsizliyi ordu, sərhəd, müdafiə qabiliyyətini gücləndirmək qədər əhəmiyyətli mövzudur. Amma bu sözləri kimə deyirsən – Zaur Mikayılova?
Bu vəzifəyə gəldiyi vaxtdan iki yay fəslidir ki, şəhər susuz qalır. Sanki orta əsrlər dönəmidir, hər kəs əlində qabla gəzərək bulaq axtarır, məhəllələrə çəni su ilə dolu maşınlar gəlir, marketlərdə içməli sular gündəlik ehtiyac üçün alınır. Və öz malikanəsində bu problemi əsla yaşamayan ADSEA nümayəndələri xalqı faciə ilə üz-üzə qoyublar.
Onlar yaxşı bilirlər ki, nə baş verir. Ancaq izahat yoxdur. Düşünmək lazımdır ki, hər bir ailənin 3 və ya 4 üzvü var. Onların gündəlik su ehtiyacları qarşılanmalıdır. Xüsusən də yay mövsümündə, bu istilərdə duş almaqdan tutmuş digər ehtiyaclara qədər suya tələbat çoxalır. Amma Mikayılov və komandası hamını bir qab suyun ümidinə qoyub. Bunu Allah götürərmi?

Anxeber.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru