"908 AZN-lik telefon almışıq World Telecom mağazasından (daxili kreditlə, 6 ay müddətinə)..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Эльмира Тагиева adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "
241 AZN-ni mağazanın özündə, qalan hissəni isə bizə yaxın olan filial bağlandığından, məcbur eManat terminalları ilə ödəmişik.


Bütün ödədiyimiz məbləğin qəbzini tələb etdikdə isə: “Yalnız mağazadakı ödənişin qəbzini verə bilərik” oldu. Həmin qəbzi də, mənə yalnız baş ofis whatsapp vasitəsi ilə göndərdi. Mağazada qəbzi təqdim etmədilər.
Yəni 667 AZN-lik hissənin izi-tozu yoxdur. Halbuki məhsulun ümumi dəyəri 908 AZN-dir və qanunvericiliyə əsasən, alıcıya tam ödəniş üzrə sənəd verilməlidir.
241 AZN-lik qəbzdə ƏDV də özləri tərəfindən ƏDV geri ala vurulub. – bir sözlə biyabırçılıq.
Bu məsələ ilə bağlı Vergilər Nazirliyinə şikayət etdim. 1 ay sonra sadə bir cavab aldım – “növbəti yoxlamalarda mağazaya baxış keçiriləcək”.
Bəs mənim 908 AZN-lik ödənişimin ƏDV-si hanı?
P.s. Mağazada kartla ödənişi belə qəbul etmirdilər.