"Niyə SOCAR vəzifəliləri və Azəriqaz İstehsalat Birliyinin rəisi?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azəriqaz"da 38 illik iş təcrübəsi heçə sayılan bir işçinin harayını ictimailəşdirib.
M.Qəhrəmanlı "Təqaüdə çıxmağına bir il yeddi ay qalmış bu xanım indi özünə harda iş tapsın?" deyə sual edərək narazı vətəndaşın gileyini təqdim edib:
"Mən Zəmidə Hüsüynova,sizə Mingəçevir şəhərindən yazıram.1985-ci ildə Gəncə baza inşaat tehxnikumunun,qaz təsərrüfatı üzrə tehxnik ixdisasını,fərqlənmə diplomu ilə bitirmişəm.1986-cı ilin 20 may tarixindən,Mingəçevir şəhərində,əmək fəaliyyətinə başlamışam.Çalışdığım illər ərzində,müxdəlif sahələrdə çalışmışam.
Artıq təsərrüfat üzrə 38 illik,əmək təcrübəm var.Veteran qızıyam,veteran ailəsiyəm.63 yaşındayam,yaş həddinə görə təqaüdə getməyimə isə bir il yeddi ( 1.7 ) ay qalıb.
Çalışdığım müddət ərzində,müəsissisəyə təyin olunmuş,imtahan və təlimlərdən yüksək nəticələr əldə etmişəm.Azəriqaz isdehsalat birliyində aparılmış olan,strukrur dəyişikliyi əsasında,regionlarda və asan xidmətdə olan,tehxniklər saxlanılmaqla, xidmət sahələrində olan, tehxniklər ixtisara düşmüşdür.
Yazıb sizdən xahiş edirəm ki,yaşımı,38 illik əmək təcrübəmi,veteran ailəsi olmağımı,nəzərə alaraq mənim işdə qalmağıma,köməklik edəsiniz".
Qeyd edək ki, M.Qəhrəmanlı bu olayı yekunda SOCAR və Azəriqaz İB rəhbərliyinə xitabən aşağıdakı kimi şərh edib:
"Bəndə qorxusu yoxdur sizlərdə.... Heç olmasa Allahdan qorxun..."