"Şikayətin "Yelo Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Farhad Ali adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra belə deyir: "Bu bankda ailə üzvümə məxsus depozit hesabı var. Aylıq faizləri düzgün hesablamıllar. Zəng edirsən ki operator araşdırsın ki vəsait niyə az hesablanıb, heç operatorun özünün bankın məhsulundan xəbəri yoxdur. Faktiki müştərinin faiz gəlirinin arxasına keçiblər.
Tələb etdim ki vəsaiti tapıb qaytarsınlar və növbəti aylarda hesablamanı düzgün qaydada aparsınlar. Bu hələ mənəm ki bu fərqi görüb, başa düşdüm. Buna fikir verməyən nə qədər insan var?
Bir banka ki etibar olmadı, orada depozit və ya kartda məlumat saxlamaq olmaz.
Təşəkkür, "Yelo Bank"... bu etibarı basdırdığınız üçün..."