ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                 

Parlaq rektorun füsunkar təklifinə qoşulaq: Leninə qayıdaq... - BU NƏDİ BELƏ?
Tarix: 2-08-2025, 21:17 | Çap et

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov olduqca unikal, dünya təhsil sistemini, mütəxəssisləri heyrətdə buraxan mükəmməl bir təkliflə çıxış edib. Deyib ki, ADNSU ötən əsrdə Azİİ adı ilə regionda və qlobal miqyasda tanınıb.

“Azİİ brendi nəinki elmi və texniki uğurları, həm də sənaye sahəsinə verdiyi töhfələrlə dərin iz qoyub. Bu baxımdan, universitetin yenidən brendinqi məsələsi gündəmdədir. Biz bu tarixi irsə sadiq qalaraq, hazırki rəsmi adı saxlanılmaqla, universitetin gələcəkdə “AZİ Universiteti” adı ilə tanınmasını planlaşdırırıq. Məqsədimiz universiteti qlobal miqyasda daha tanınan, kommunikativ baxımdan daha çevik və brend baxımından daha bütöv bir kimliklə təqdim etməkdir", - təzə rektor bildirib.

Bu qədər dərin, beyin tufanı yaradan və Azərbaycan təhsilinin inkişafında qəfil sıçrayış sayıla biləcək təşəbbüslə çıxış edən Rüfət Əzimov bundan öncə Təhsil İnstitutunun (2021-23) və Sumqayıt Dövlət Universitetinin (2023-25) rektoru olub. Tərcümeyi-halında yazılmadığından, bilmədik ki, Əzimov bundan öncə rəhbərlik etdiyi ali məktəblərin də tanıdılmasında sovet-rus nastoljisindən istifadə etməyə cəhd göstərib, ya yox?

R.Əzimov çox haqlı olaraq deyir ki, Azİİ adı ötən əsrdə, daha dəqiq desək, sovet-rus ideologiyası zamanı bütün dünyada məşhur olub. Xatırlayıram ki, rəhmətlik Xruşşovun adından Kennedi komandası ilə gizli görüşə gedən dostu və silahdaşı düşmən dövlətin rəhbərlərini inandırmaq üçün Azİİ-nin kərəminə and içmişdi, Kennedi də Azİİ adı gələn kimi fikrini dəyişmişdi.

Bəs, bu, Azİİ nəyin abreviaturasıdır? Azerbayjanskiy industralniy institut, daha dəqiq desək: “Азербайджанский индустриальный институт”un.

Bu, mütləq bərpa olunmalıdır, hörmətli rektorun dediyi kimi, heç olmasa, abreviaturanı söz kimi götürüb, dilimizdə əzizləyərək, ötən əsrin əzəmətini geri qaytarmalıyıq.

Sovet dövründə yaşayanlar xatırlayır ki, indi eybəcər, gülünc ad yapışdırılan İqtisad Universiteti o vaxt “Narxoz” adlanırdı: necə dilə yatımlı idi, möhtəşəm idi, sevimli idi, ləzzətli idi... dünyada da bu cür tanınırdı. “Narxoz” - yəni “narodnaya xozyaystva” (xalq təsərrüfatı). Mükəmməl!!! Əlbəttə ki, İqtisad Universiteti də mütləq şəkildə “Narxoz Universiteti”nə çevrilməlidir.

Bizdə “Medinstitut” da vardı - indi mənasız bir ad qoyublar, Tibb Universiteti ediblər. Belə rüsvayçılıq olmaz axı! Ötən əsrdə o qədər dünya şöhrətli həkim, elmlər doktoru, professor və akademik yetişdirən bir institutun dünyadakı şöhrətli adının üstündən necə xətt çəkmək olar? Necə yəni bu addan istifadə edilməməlidir?

Mütləq şəkildə bu universitetin də adını etməliyik “Medinistut Universiteti”.

Ümumiyyətlə, Azərbaycanda bir çox yerlərin adı ötən əsrdə dünyada məşhur olan zadına qaytarılmalıdır. Məsələn, Lenin meydanı. Azadlıq hərəkatı özü belə orda başlayıb. Bəs, dünyanın tarixinə düşən, azadlıq hərəkatımızın məskəni olan bu meydanın adını niyə geri qaytarmayaq?

Çox maraqlı bir zad-şeydir ki, R.Əzimovun sovetli şən günləri o qədər də yekə deyil, yəni adam 1980-ci ildə anadan olub və 1991-ci ildə, Azərbaycan müstəqilliyini elan edəndə onun cəmi 11 yaşı vardı, heç pionerə belə keçməyə çatdırmamışdı yəqin ki, çox güman, oktyabryat olmuşdu. Ancaq oktyabryat kimi içdiyi anda sadiqdir bizim hörmətli, müstəqil Azərbaycanımızın 45 yaşlı alim-rektoru.

Yeri gəlmişkən, R.Əzimov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə müsabiqədənkənar qəbul olunub, 2003-cü ildə kimya ixtisası üzrə məzun olduqdan sonra həmin ali məktəbdə elmi işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak etməklə universitetdə aspirantura təhsilini davam etdirib və 2006-cı ildə dissertasiya işini müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini alıb.

Belə görünür ki, R.Əzimov sovet nostaljisini yaşamaq dərəcəsində yaşlı olmasa da, onun Moskvada keçirdiyi təhsil illəri boşa getməyib, onun sovet imperiyasının dünyanı sarsıdan müsbət ənənələrinə dəhşətli sevgisinin də səbəbi Rusiya paytaxtında keçirdiyi illər olsun gərək. MQU-da (ötən əsrdə belə də adlandırırdıq, sağ olsun ruslar, yenə də saxlayıblar bu adı, MDU eləməyiblər) ona bu sevgini kimlərin və ya hansı qurumun təlqin etməsi də çox maraqlıdır.

Bir-iki məsələyə də aydınlıq gətirmək lazımdır: ötən əsrdə şanlı sovet Azərbaycanında “kimyə elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi yox idi, bu elmi ad “elmlər namizədi” adlanırdı. Elmlər namizədinin isə rektor təyin edilməsini xatırlamıram.

Bu baxımdan R.Əzimovun təklifini daha da təkmilləşdirməsinin tərəfdarıyam: mütləq şəkildə “fəlsəfə doktoru” adından imtina etməlidir, “elmlər namizədi” olduğunu bəyan etməlidir - çünki ötən əsrdə beləydi - və vəzifəsini dondurub, təzədən Moskvaya gedib, doktorluğu müdafiə edib, VAK-da (Ali Attestasiya Komissiyası - AAK yox, VAK yaxşıdı, çünki ötən əsrdə belə deyirdik) təsdiqlədib, yenidən gəlib, rektorluğunun donunu açıb, fəaliyyətini davam etdirib, təhsil müəssisəsini Azİİ-ləşdirilmişlərdən etməlidir.

Digər rektorlar da R.Əzimovdan nümunə götürməyi bacarsalar, inanıram ki, ali məktəblərimiz bir göz-zad qırpımında dünya reytinq cədvəlində birinci yerə qalxıb, Harvardı gözüyaşlı qoyarlar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru