"Bakuelectronics"dən şikayətim var..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Lamiyə Camal adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bunları bildirir: "Aldığımız telefon 6 aydır işləmir. Şəbəkə işləmir. Heç bir tədbir də görmürlər.
2 aydır ki, müraciətmizi sadəcə yola verirlər. Başqa adı yoxdur.
Bildirim ki, oktyabr ayında aldığımız məhsulun zəmanəti bitəcək. O vaxta kimi vaxt uzadırlar. Ya poçta göndərirlər, ya "Aztelecom"a başlarından atırlar.
İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinə müraciət edəcəyəm. Neçə aydır boş-boşuna aylıq kredit ödəyirik..."