"Bakı-Sumqayıt yolunun Hökməli sahəsində “Van der Wal İntl. Transport Baku” beynəlxalq yükdaşıma şirkətinə məxsus TIR yük maşınları qəzaya uğrayıb. Bu sıradan bir yol-hərəkət hadisəsi olsa da, adın arxasından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəisi Anar Rzayevin adı çıxır..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında qeyd edən jurnalist Sima Babayeva görüntüləri də təqdim edib...
Onun və əlaltılarının yükdaşıma sahəsində özbaşınalığından, bu işlərdə inhisarçılığından xeyli yazmışdım. “Van der Wal İntl. Transport Baku”nun ona aid olduğunu, ümumiyyətlə, belə bir şirkətin mövcud olmasını israrla təkzib edirdi.
Halbuki Anar Rzayevin Niderlandda təsis edilmiş bu şirkətə müxtəlif illərdə rəhbərlik etdiyi məlumdur. Sonradan başqa işə keçib və nəhayət AYNA-ya rəis təyin edilib.
Amma öz adamları vasitəsilə bu günə kimi yenə də “Van der Wal İntl. Transport Baku”nu idarə edir. O bu faktl nə qədər dansa da necə deyərlər, cidanı çuvalda gizlətmək olmur. Necəki bir qəza ilə bu şirkətin hələ də fəaliyyət göstərdiyi üzə çıxdı.
AYNA rəhbəri Anar Rzayev yükdaşımalarda öz şirkəti üçün şərait yaradıb. Digər şirkətlər isə maneələr törədirlər. Ətrafına cəmlədiyi qohum-əqrəbası ilə dövlət büdcəsinə daxil olmalı pulları mənimsəyərək var-dövlət sahibi olublar.
Anar müəllim dövlətin işini illərdi öz şəxsi biznesinə çevirib.
Beynəlxalq yükdaşımalarda, nəqliyyatdakı bütün yükdaşımalarda dövlət rüsumu ilə yanaşı Anar Rzayevin təyin etdiyi öz rüsumları da var. Onun qaydalarına tabe olmayan günlərlə gözləməli olur.
Anar Rzayevin TIR-lar saxladığı qarajlarından da yazmışdıq. Xırdalanda 1 000 000 (bir milyon) dəyərində avtoqarajlarının olduğu barədə məlumat vermişdik... İndi isə..."
DAVAMI OLACAQ...