Müştəri Vüqar Sumqayıtlı “İrşad Electronics”dən aldığı telefonla bağlı şikayətçidir. Onun sözlərinə görə, mağazadan “iPhone 13” model telefon alıb və “qızıl zəmanət” üçün əlavə 101 manat ödəyib. Lakin cihaz cəmi iki ay sonra işləməyib.
Tribunainfo.az xəbər verir ki, telefon birdən-birə sönüb və açılmayıb.
“Servisə apardım, təhvil verdim. 21 gün sonra zəng vurub dedilər ki, telefon işləmir, gəlib götürün. Dedim ki, mənə yenisini verin, sönmüş telefonu neynirəm? Aparmadım”, – deyə şikayətçi bildirir.
Şikayətçi bildirib ki, xarab olan məhsula görə aylıq ödəniş də tələb edir, ödəməyəndə də təhdid edirlər. Onun iddiasına görə, bundan sonra mağaza rəhbərliyi onu məhkəməyə verib:
“Mənsiz məhkəmə keçiriblər, xəbərim olmayıb. Qərar çıxarıblar ki, mən pul ödəməliyəm. Bunlar dələduzdur”.
Məsələ ilə bağlı “İrşad Electronics”in mövqeyini öyrənmək mümkün olmayıb.