"Şikayətim Biletim.az , Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəndir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində Hikmət Əliyev adlı sosial şəbəkə istifadəçisi qeyd edir.
Narazı vətəndaş daha sonr "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında belə bildirir: "Kustar üsulla hazırlanmış, heç bir sərnişin daşıma şərtlərinə uyğun gəlməyən, istismara yararsız oturacağa niyə bilet satılır?
Biz elektron bilet alarkən oturacağın normal, ya da bərbad olduğunu necə bilə bilərik? Bu yerə bilet satanlar, avtobus sahibi 3 saata yaxın müddətdə burada fasiləsiz otura bilərmi?"