Bazarda pomidorun qiymətinin kəskin ucuzlaşması fermerləri çətin duruma salıb.
Bu porosesə bir səbəb də Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların oraya çatmasında yaradılan süni maneələrdir.
Hətta vəziyyət o hala çatıb ki, fermerler tonlarla pomidoru tullayır.
Gununsesi.info-nun xəbərinə görə, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrrəmov isə bildirib ki, hökumət kəndlilərin problemlərinin həllində yardımçı olmalıdır:
“Kənd təsərrüfatı nazirliyinə qeyri-peşəkarların, naşıların gətirilməsi aqrar sahəni kritik duruma salıb. Kəndlilər min bir əzabla, əziyyətlə yetişdirdikləri məhsulları daxil bazara çıxara bilmirlər. Hər il yüz min tonlarla meyvə, tərəvəz zibilliyə atılır”.