Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                     Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb .....                     Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                 

Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Tarix: 15-09-2025, 06:33 | Çap et

Dövlət qurumlarının məqsədi yaranan problemləri vaxtında görmək, qiymətləndirmək və onların həlli üçün sistemli şəkildə tədbirlər görməkdir. Bu, yalnız kağız üzərində yazılmış vəzifə deyil, hüquqi dövlətin və şəffaf idarəetmənin əsas sütunlarından biridir. Amma son vaxtlar Azərbaycanda bu fundamental prinsiplərin ciddi şəkildə pozulduğu, dövlət qurumlarının ictimaiyyət qarşısında cavabdehlik daşımaqdan imtina etdiyinin şahidi oluruq.

Vətəndaş müraciətləri cavabsız qalır...

Əvvəllər media və vətəndaşların qaldırdığı məsələlərə dövlət orqanlarından müəyyən reaksiya gəlir, həll edilməsəydi belə ən azı münasibət bildirilirdi. İndi isə vəziyyət tamamilə fərqlidir. Dövlət qurumları nəinki müraciətlərə cavab verir, ümumiyyətlə, onları nəzərə almaqdan belə imtina edir. Bu səssizlik o qədər dərinləşib ki, insanlar artıq həmin qurumlara rəhbərlik edən şəxslərin kimliyindən belə xəbərsizdir.

Məsələn, Səhiyyə Nazirliyi - mövcuddurmu? Əlbəttə. Amma nə ilə məşğuldur? Cəmiyyət bu sualın cavabını bilmir. Çünki fəaliyyət yoxdur, münasibət yoxdur, cavab yoxdur. Hətta insanlar Səhiyyə nazirinin adını belə unudub.

Lakin mövzumuz səhiyyə deyil. Səhiyyə Nazirliyini sadəcə bir misal kimi çəkirik. Əsas məsələ ölkə iqtisadiyyatına, dövlət büdcəsinin formalaşmasına və xalqın rifahına birbaşa təsir edən strateji dövlət qurumlarının zəif fəaliyyətidir.


Strateji dövlət qurumlarının zəif fəaliyyəti...

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi - bunlar ölkənin iqtisadi istiqamətini müəyyən edən, büdcənin formalaşmasında həlledici rola malik olan qurumlardır. Lakin bu qurumların fəaliyyəti də uzun müddətdir ki, tam susqunluq içindədir. Onlara ünvanlanan suallar, faktlara əsaslanan ictimai müraciətlər demək olar ki, cavabsız qalır.

Bu günlərdə bir neçə şirkətin səlahiyyətli nümayəndəki, iqtisadçı Ayaz Qocamanovun baş verənlərlə bağlı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya ünvanladığı videomüraciət və bundan irəli gələrək cavablandırmalı olan qurumların susqunluğu daha bir bariz nümunə hesab olunmalıdır.

İqtisadçı Ayaz Qocamanov müraciətində Gömrük sistemində uzun illərdir fəaliyyət göstərən qanunsuz şirkətlər barədə konkret faktlar səsləndirib, onların fəaliyyətini çılpaqlığı ilə ortaya qoyub.

İqtisadçı videomüraciətində deyir ki, bu "şirkətlər" dövlət büdcəsinə milyonlarla manat ziyan vurur, qanuni sahibkarlığın inkişafına əngəl törədir, balanslı rəqabət mühitini pozur. Qanuni fəaliyyət göstərən, vergi ödəyən sahibkarlar ziyan çəkir, şirkətlərini bağlamağa, işçiləri ixtisar etməyə məcbur qalırlar.
Amma nə Dövlət Gömrük Komitəsi, nə İqtisadiyyat Nazirliyi, nə də birbaşa məsul şəxs olan İdxal-İxrac idarəsinin rəisi Azər Məmmədov bu müraciətə münasibət bildirmir, əməli tədbirlər görmək istəmir. Sükut bir daha sübut edir ki, ya bu faktlar doğru və "sərfəlidir", ya da cavabdeh qurumlar ya bacarıqsızdır, ya da məsuliyyətsiz.

Kimin qazandığı, kimin itirdiyi bəllidir...

Qanunsuz fəaliyyətdə olan gömrük "şirkətlər"inin arxasında duran məmurların milyonlarla vəsait qazandığı, bunun müqabilində isə dövlət büdcəsinin və qanuni sahibkarların uduzduğu bir dövr yaşanır. Əgər dövlət qurumları bu hallara qarşı mübarizə aparmırsa, deməli mövcud vəziyyət onları narahat etmir, yaxud birbaşa maraqlıdırlar.

İqtisadçı Ayaz Qocamanovun faktlara əsaslanan video-müraciətinə hələ də rəsmi cavab verilməməsi, bu sistemin şəffaflıqdan, ictimai məsuliyyətdən və hüquqi prinsiplərdən nə qədər uzaqlaşdığını bir daha ortaya qoyur. Əgər ölkə iqtisadiyyatı həqiqətən güclənməli, qeyri-neft sektoru inkişaf etməli, real rəqabət formalaşmalıdırsa, ilk növbədə bu kimi qanunsuz şirkətlər ləğv olunmalı, dövlət qurumları isə vətəndaş müraciətlərinə biganə yanaşmamalıdır.

Ayaz Qocamanovun müraciətində qaldırılan məsələ sıradan bir sahibkar problemi deyil, bu, ümumi iqtisadi sistemin sağlamlığını təhdid edən, ictimai narazılığı artıran bir tendensiyadır.

Bu videomüraciəti bir daha aidiyyəti qurumların diqqətinə çatdırırıq. Ümid edirik ki, bu dəfə susqunluqla yox, konkret tədbirlərlə cavab veriləcək. Əgər bu baş verməzsə, sual açıq qalır: Dövlət qurumları kimə xidmət edir - xalqa, yoxsa öz maraq dairələrinə...

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru