"Düşünürəm ki, heç kim cəzasız qalmayacaq. Sadəcə zamana ehtiyac duyulur!.." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra bildirir: "Baş ofisi kadr çoxluğundan (müxtəlif departament, qərargah, vəzifələr və s) şişən SOCAR vəzifəlilərinə xitab edirəm...
Azəriqaz İB -də müxtəlif bəhanələrlə ixtisara salınıb ailəsini çörəksiz qoyduğunuz işçilərin probleminə niyə biganə qalırsınız.?
Nahid Hacıyev yazır:
"Azəriqaz"ın Xaçmaz regionu, Qusarda xidmət sahəsində çalışıram. İyulun 10-da süturuktur dəyişikliynə görə imtahan verdim. 20 sualdan 18-nə cavab vermişəm. İmtahandan az nəticə göstərənləri yaxşı işə təyin ediblər, mən qalmışam qıraqda.
Regional idarənin kadrlar şöbəsinin rəisi mənə deyir ki, "prava"n yoxdur... ali təhsilin yoxdur...
Balın düşüb aşağı(????) nə vaxt boş yer olsa, cağıracağıq.
Dedilər, gələn həftəyə məni işdən çıxaracaqlar.
Qalmışam əlacsız vəziyyətdə. Neyləyim bilmirəm..."