Ramiz Mehdiyevi HƏBS ETMƏK BU QƏDƏRMİ ÇƏTİN İDİ? .....                     Xocavənddə bir evin təmiri üçün 59 min manat xərclənəcək .....                     Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək .....                     Rusiyalı milyarder Fərhad Əhmədov məhkəmədə ifadə verib .....                     Ramiz Mehdiyevin vəkili kim olacaq? .....                     ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək .....                     “Nəcməddin Sadıkov kimi fiqurları da tam zərərsizləşdirməyə zaman lazımdır...” .....                     Küsmələrinə səbəb pul imiş .....                     “Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” .....                     “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub .....                     II Qaregin Köçəryanın adamıdır .....                     Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı .....                     Azərbaycanda şirkətin təsisçiləri, direktoru və adı dəyișilir .....                     “Proseslərin başında Ramiz Mehdiyev dururdu” .....                     Husilərin Baş Qərargah rəisi öldürülüb .....                     Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır .....                     Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb .....                     Gürcüstan sərhədində QALMAQAL: .....                     Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var .....                     Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər .....                     ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi .....                     Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub .....                     ƏDALƏTİN BUDURMU, AY İNAM? .....                     Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı .....                     "Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən" .....                     Bu mənzillər BAHALAŞACAQ .....                     Azərbaycanda zərgərlər işsiz qalıb .....                     Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu .....                     Ermənistanda “kilsə əməliyyatı” .....                     DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub .....                     Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? .....                     Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? .....                     Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib .....                     ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib .....                     Anar Sadıqovun hakimlik fəaliyyətinə .....                     Burda qanunlar nəzərə keçərli deyil? .....                     Azərbaycan əsgəri bu dəfə QƏZZADA... .....                     Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu .....                     “Hamısı generalların, polkovniklərin pullarıdır...” .....                     “PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub .....                 

QHT sektoru mafiya qanunları idarə edilir - Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır
Tarix: 3-10-2025, 11:04 | Çap et

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Dövlətə xidmət edən QHT-ləri gözdən salmaq niyyətinin arxasında hansı maraqlar durur?

Gözlənilən idi: Beş gün əvvəl QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı “QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomiyası- ŞOK FAKTLAR” sərlövhəli yazımıza müxtəlif sferalardan, demək olar ki, eyni məzmunlu reaksiya müşahidə olundu və olumaqdadır. 

Sadalanan korrupsiya. özbaşınalıq faktları, kütləvi haqsızlıqlar mövzunu davam etdirməyimizi zərurətə çevirir…

QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları ilə bağlı mütəmadi paylaşımlar edən, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı Yenixeber.org-un qonağı oldu. Mətanət xanımla söhbətimiz maraqlı detallarla diqqət çəkir…

Xoş gördük Mətanət xanım.

-Xoş gördük, Yenixeber.org-a dəvətinizə görə minnətdaram.

-Mətanət xanım, QHT-lərə Dövlət Dəstəyi Agentliyində nələr baş verir? Niyə bu qədər narazılıqlar var? Agentlikdən layihə alanlar da bizə zəng edib, baş verənlərlə bağlı müəyyən ittihamlar səsləndirirlər.

-Düzünü desək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə çevriləndə gözləntilərimiz böyük idi. Lakin az müddət sonra daxildə baş verənlər narahatlıq və narazılıqlara səbəb oldu. Köhnə QHT-lərin sayılmaması. Onlar arasında məqsədli intriqaların başlanması, qrant layihələrində yenicə qeydiyyatdan keçmiş QHT-lərə daha çox məbləğ ayrılması, xanım Aygün Əliyevanın qəbulunda olan şəxslərin səs yazılarının və videolarının digər Vətəndaş Cəmiyyəti (CV) üzvlərinə çatdırılması, hansısa dövlət qurumunun ünvanına deyilən tənqidin videosunun həmin qurumun rəhbərinə göndərilməsi hallarının ortaya çıxması QHT-lər arasında şok effekti yaratdı. Axı insanların arasını vurub, bir-birinə düşmən etməklə onları daha yaxşı idarə edə, yönəldə bilərsən. Bunu da QHT Agentliyində gözəl bacardılar.

Müəyyən QHT sədrlərinə tapşırıq verilmişdi ki, digərinin səsini yazıb rəhbərliyə təqdim etsinlər. Yaltaq, işini bacarmayan, xislətində əyilmək, trol olmaq kimi məziyyətlər daşıyan bəziləri bu missiyanı həyata keçirərək, Agentliyin sevimlisinə çevrildilər.

Mən Aygün Əliyevanın qəbulunda bir dəfə olmuşam. İdarəçiliklə bağlı iradlarımı bildirmişəm. Cavabında şəxsən dedi ki, məni bura göndəriblər təmizlik işi aparım.

-Apara bildimi?

-Sözsüz ki, söhbət layihəsini keyfiyyətli icra etməyi bacarmayan, cəmiyyətdə pis mənada ad çıxaran, QHT imicinə ziyan vuranlardan getməliydi. Amma əksinə oldu. Beləliklə QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər. Yadinizdadisa 2022-ci ilin dekabrında bir qrup Vətəndaş Cəmiyyəti təmsilçiləri ekoloqlarla birgə Laçın-Xankəndi yolunu tutmuşdu. Əslində bizlər həm həyatımızı təhlükəyə atmışdıq, həm də çox şərəfli missiyanı daşıyırdıq. Məhz günlərlə orada soyuqda keşik çəkərək, bir addım geri çəkilmədik. Dövlətimiz də sonrakı müddətdə addımlar ataraq digər torpaqlarımızı xalqımızın, ordumuzun köməyi ilə azad etdi. Bu faktlar tarixdə qalacaq, kiminsə bizlərin fəaliyyətini heçə saymaqla deyil! Orada da qəribə, ikrah doğuracaq bir faktın şahidi oldum. Aksiyanın yeddinci günü olardı. Növbəti QHT qrupu oradakıları əvəz etmək üçün gəldi. Avtobusun qapısı açılır, bir qrup qadın düşür, sanki toya gəliblər, makiyaj, saçlar salonda düzəlmiş, deyəcəksiz insan baxımlı olmalıdır, burada nə var ki? Qəribəsi avtobusdan düşənlər xüsusi videoya çəkməyə başlandı, müsahibələr götürülürdü. Soruşdum ki, bu hansı məqsədlə olunur, deyildi ki, cənab Prezidentə video-çarx təqdim olunacaq, çəkiliş bunun üçündür. İnanın, bir daha əmin oldum ki, dövlət maraqlarını heçə sayıb, günlərlə burada olanların haqqını yeyib, Prezidenti aldadanlarla çətin olacaq, sonrakı müddətdə də bunların şahidi olduq. Ola bilər bu fakt əhəmiyyətsiz görünsün, amma bütün yalanlar sonrakı cinayətlərə yol aça bilər. Özü də cənab Prezidenti aldatmaq...

- Təsadüfən rast gəlmişdik, sosial şəbəkədə paylaşım etmişdiz, Şuşa ilə bağlıydı...

-Yəqin “ Heydər Əliyevin Şuşa sevgisi” Respublika Konfransı adlı layihəni deyirsiz. Təsadüfən bu layihə barədə məlumatlar əlimə keçdi. Həmin layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi. Sənəd hesabatlara hansısa tədbirin fotosunu qoymuşdular. Özü də arxa fona sonradan Heydər Əliyevin fotosunu əlavə etmişdilər.

Dəhşətə baxın, Heydər Əliyevin Azərbaycan üçün etdiklərini heçə saymaq, Prezident İlham Əliyev bunları vəzifəyə qoyub, ona hörmətsizlik etməyin adına nə deyirsiz? Yəni başqa layihə tapmadılar pulunu icra etmədən silsinlər? Bu ali rəhbərliyə böyük hörmətsizlik idi.

Onsuz da faktlarla sübut etdik ki, tender oyunlarında çoxlu saxtakarlıqlar var, sənədlərlə korrupsiya faktları sübut kimi hüquq-mühafizə orqanlarına təqdim olundu. Sonradan öyrəndim ki, həmin 35230 manat civarında vəsait geri ödənilib. Burada axı həm də mənəvi tərəf var. Qurd ürəyi yeyiblər ki, onları vəzifəyə təyin edən şəxsin atasının adıyla bağlı layihəni icra etmirlər? Başqa layihə tapmadılar pul silməyə. Əslində bu, adama sataşmaqdır... Görünür onları himayə edənlərə çox arxayındırlar. Gözləyirdim ki, hər işə müdaxilə edən PA- dan bir minnətdarlıq edərlər ki, vaxtında belə faktların üstü açılıb. Amma görünən odur ki, Agentlik elə bu havadarlara güvənir.

-Yeni layihə elanları gedir…

- Hazırda QHT Agentliyinin Müşahidə Şurasının səlahiyyət müddəti aprel ayından bitib. Maraqlısı odur ki, yeni Müşahidə Şurası təsdiq olunmayıb. Sual olunur, Müşahidə Şurası olmadan qərarları kim qəbul edir? Yeni layihə elanını necə verirlər ki, Müşahidə Şurası yoxdur. Yəni bu qədərmi dərəbəylikdir??? Müşahidə Şurasına gətirilə biləcək bəzi şəxslərin adları çəkilir. Həmin adamlar yalnız 3 aylıq layihənin müsafirləridirlər. Bunların fəaliyyəti haqda axtarış versək heç nə tapmarıq. Nazirlər Kabinetinin qərarları dönə-dönə pozulur. Gah o qərarları rəhbər tuturlar ki, hər QHT öz sahəsi üzrə layihə təklifi təqdim etməlidir, bu dəfə də elan edirlər ki, kim hansı mövzuda istəsə müraciət edə bilər.

Çox heyif ki, xanım Aygün Əliyeva, PA-nın sektor müdiri Tural Əliyev bu sahəni bilmirlər. Vətəndaş Cəmiyyəti nümayəndələri ilə rəftar yüksək səviyyədə olmalıdır.

Aygün Əliyeva bəzi QHT-lərə təbii ki, öz adamlarına yüksək maaş 800-1000 manat yazmağa icazə verir. Digərlərinə yalnız 500 manata icazə verilir. Sual olunur, müəyyən təşkilatlar var ki, bütün ili işləyir. İldə bir dəfə layihə alır, 3 aylıq maaş, hər ayına 500 manat, amma öz adamları yalnız ildə bir dəfə layihədən-layihəyə görünürlər, heç bəzən mətbuatda o layihələr barədə məlumatlara da rast gəlmirik, onlara 800-1000 manat.

Bu böyük ayrıseçkilik, ədalətsizlikdir. Ən gülməli məsələ iki ildir qalib olunan layihələrdə təşkilat sədrlərinin adlarının yazılmamasıdır. Guya ağıllarıyca həmin adamları himayə etdiklərini bu yolla gizlədirlər.

-Kimlərə verilir layihələr?

- Artıq əsasən özlərinin, yaxınlarının adlarına olan yeni yaranan təşkilatlara, bəzi nazirlərin, komitə sədrlərinin, icra başçılarının , deputatların, PA və Milli Məclisdə təmsil olunan şəxslərin həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır qrantlar. Yəni ciddi QHT fəaliyyəti ilə məşğul olanlar sıxışdırılır, yox olurlar, o qədər layihə icra edəndə incidilirlər ki, artıq bir çoxu layihə üçün müraciət etmirlər. QHT Agentliyinə də bu lazımdır.

- Bayaqdan bir neçə dəfə PA-nın adını çəkirsiniz...

-Deyəcəksiz ki, bəs onlar baş verənləri görmürlər? Görürlər və himayə edirlər.

Vəziyyət görün nə həddə çatıb ki, PA-nın sektor müdiri Tural Əliyev QHT-lərlə görüşlərdən birində deyib ki, mən getdim Ədliyyə Nazirliyində oturdum, siyahı verdim ki, bu QHT-ləri ələyin. Bunlar QHT sektorunu mafiya qanunları idarə edirlər.

Kim tənqid edir, trol qruplarını həmin şəxsin üstünə salıb, təhqir etdirməkdən çəkinmirlər. Mətbuatda özlərinə, ailələrinə yaraşan yazılar verdirməklə, ağıllarıyca həmin şəxsi çəkindirmək, biabır etmək yolunu tuturlar. Ailə üzvləri, yaxınları ilə təhdid edirlər. Hansı şəxs bunların korrupsiya faktlarını ictimailəşdiri, həmin şəxslə danışmağı, ünsiyyət yaratmağı qadanğan edirlər.

-Son günlər medal satan QHT-lərlə bağlı məsələ gündəmdədir…

- Ağrılı məsələdir. O şəxslərə yüksək səviyyələrdən icazə verilməsəydi, medal təsis etməzdilər. Hər şeyə müdaxilə edən PA nə əcəb illərlə seyirçi olub. Sadəcə QHT-ləri gözdən salmaq , guya bu sahədə yeniliklər etmək üçün addımlar atılır fonu yaratmaq meyillərindən başqa bir şey deyil. Bunların arxasında öz cib maraqları durur. QHT Şurasının dövründə də QHT-lərlə bağlı neqativ məsələlər baş verirdi. Heç görün mətbuata bir informasiya ötürülürdü? Azay Quliyev, Fərasət Qurbanov çağırar, həmin şəxsi məzəmmət, xəbərdarlıq edərdilər. İndi niyə bu təcrübədən istifadə olunmur? Çünki yenə qeyd edirəm, köhnə QHT-ləri sıradan çıxarmaq lazımdır ki, öz təşkilatlarına qol-qanad verilsin. Ona görə də bir qrup QHT-nin maliyyə sənədləri hüquq-mühafizə orqanlarına göndərilib. O qədər özlərinə, himayədarlarına arxayındırlar ki, düşünmürlər. Layihə bitəndən sonra Akt imzalanır. Vaxtı ilə bu təşkilat hansısa yeyinti, səhvə yol veribsə axı Agentlik nəzarət edir, son qəbul Aktına da İcraçı direktor tərəfindən imza atılır. Yəni bu qədərmi özünə arxayançılıq var, nəzarət etməmişəm, məsuliyyətsizlik etmişəm, yoxlayın, QHT-ləri məsuliyyətə cəlb edin. Maşallah, gözəl yanaşmadır!

Yazılarınızdan birində belə bir ifadəniz var, Agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar”. Çox doğru fikirdir. Dövlət, Prezident layihələr üçün ayrılan vəsaiti işlək QHT-lərin ayaqda qalması, təşkilatların möhkəmləndirilməsi, həvəsləndirmə üçün ayırır. Yoxsa QHT ilə gestapo kimi rəftar et. Bir zamanlar QHT-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, texniki avadanlıqların alınması üçün vəsaitlər ayrılırdı. O avadanlıqlar QHT-nin balansında qalırdı. İndi avadanlıqların alaınmasına qadağa qoyulub. Bəs QHT necə möhkəmlənsin? Layihə bitdikdən sonra bəhanə ilə vəsait kəs, verilən vəsaitin müəyyən hissəsini geri qaytar. O qaytarılan vəsaitlərin taleyi məlum olmasın. Çox əcaib idarəçilikdir.

Yenixeber.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevi HƏBS ETMƏK BU QƏDƏRMİ ÇƏTİN İDİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:06
Xocavənddə bir evin təmiri üçün 59 min manat xərclənəcək
Bu gün, 18:02
Ağır çantalar, əyilən çiyinlər, bükülən gələcək - Gizli təhlükə
Bu gün, 18:00
Rusiyalı milyarder Fərhad Əhmədov məhkəmədə ifadə verib - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin işi
Bu gün, 17:55
Ramiz Mehdiyevin vəkili kim olacaq? - “Fantastik rəqəm təklif edilsə, fikirləşərəm”
Bu gün, 17:51
ATƏT Nazirlər Şurasının 32-ci iclası Vyanada keçiriləcək
Bu gün, 17:48
“Nəcməddin Sadıkov kimi fiqurları da tam zərərsizləşdirməyə zaman lazımdır...” - ÇAĞIRIŞ
Bu gün, 17:34
Küsmələrinə səbəb pul imiş
Bu gün, 17:26
“Ramiz Mehdiyev, Eldar Mahmudov ciddi cəzalandırılmalı, rütbələri, ordenləri geri alınmalıdır!” - Eks-nazir
Bu gün, 17:23
“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 17:13
II Qaregin Köçəryanın adamıdır - Rubinyan
Bu gün, 17:06
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:03
Azərbaycanda şirkətin təsisçiləri, direktoru və adı dəyișilir
Bu gün, 16:58
“Proseslərin başında Ramiz Mehdiyev dururdu” - Rasim Balayev sirləri açdı
Bu gün, 16:55
Husilərin Baş Qərargah rəisi öldürülüb
Bu gün, 16:53
Sosial şəbəkələrdə vəzifəli şəxslərin adından saxta profillər yaradılır - Ermənistan MTX
Bu gün, 16:50
Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb - XƏSTƏXANADADIR
Bu gün, 16:47
Gürcüstan sərhədində QALMAQAL: - Erməni yük maşınları saxlanılır, sənədlər müsadirə olunur
Bu gün, 16:39
Rusiya "İskəndər"lə Ukraynanın təlim poliqonuna zərbə endirib, itkilər var
Bu gün, 16:37
Dövlət çevrilişinə cəhd edən yüksək vəzifəlilər –onların sonrakı aqibəti necə oldu?
Bu gün, 16:25
ELMED klinikasında xəstə ifliclə üz-üzə qaldı: Həkim "yod çək, keçəcək" dedi - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:15
Azərbaycandan Avropaya ixracla bağlı istehsalçılara yeni tələb qoyulub - TƏFƏRRÜAT
Bu gün, 16:09
ƏDALƏTİN BUDURMU, AY İNAM? - İnam Kərimovun məhkəmələri GÜL VURUR...
Bu gün, 16:05
Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı - Prezident İlham Əliyev
Bu gün, 15:56
"Sənin ərində gözüm yoxdur, mənə əxlaqsız gözü ilə baxa bilməzsən"
Bu gün, 15:53
Bu mənzillər BAHALAŞACAQ - Qərar hansı binalara ŞAMİL OLUNACAQ?
Bu gün, 15:47
Azərbaycanda zərgərlər işsiz qalıb - Qızıl bazarında görünməmiş vəziyyət
Bu gün, 15:42
Elsevər Ağayevin "SEM-AZ"ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
Bu gün, 15:37
Ermənistanda “kilsə əməliyyatı” - Paşinyanla ruhani elita arasında açıq savaş başlayır
Bu gün, 15:32
DTX-nın saxladığı sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 15:27
Ramiz Mehdiyev haqqında “Boz kardinal” ifadəsini ilk dəfə kim işlədib? - FOTO
Bu gün, 15:25
Paşinyan Rusiya ilə ticarət dövriyyəsinin hesablamalarında nə qədər səhv edib? - “Past”
Bu gün, 15:15
Paşinyanı öldürmək istəyən dəstə komandiri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 15:13
ŞOK FAKT: Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Bu gün, 15:08
Anar Sadıqovun hakimlik fəaliyyətinə XİTAM VERİLDİ
Bu gün, 15:06
Burda qanunlar nəzərə keçərli deyil? - FOTOFAKT
Bu gün, 15:04
Azərbaycan əsgəri bu dəfə QƏZZADA... - Tramp da bunu istəyir...
Bu gün, 14:55
Azərbaycanlı müğənni Rusiyadan 20 illik deport olundu
Bu gün, 14:50
“Hamısı generalların, polkovniklərin pullarıdır...” - Şabalıd davası
Bu gün, 14:47
“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 14:40
“ExpressBank” kapitalını itirib - HESABAT
Bu gün, 13:51
Ermənistanda sürücülər ayağa qalxdı
Bu gün, 13:49
Ramiz Mehdiyevin həbs qərarını KİM ÇIXARIB: Səbail məhkəməsi xəbərsizdir... - NƏ BAŞ VERİR?
Bu gün, 13:41
Rəsmi Tbilisi ATƏT-ə etiraz notası verib
Bu gün, 13:14
Hərbi Prokurorluqda yeni təyinatlar - ƏMR
Bu gün, 13:13
Ramiz Mehdiyev Bulvar yaxınlığında 1.5 milyona ev axtarır - Kürəkəni təkzib etmədi
Bu gün, 13:11
Parlament Ramiz Mehdiyevə görə buraxılacaq? - AÇIQLAMA
Bu gün, 13:10
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt
Bu gün, 13:07
"Vəngi kəndinə köçmək üçün dəfələrlə müraciət etmişik... AMMA..." - GİLEY
Bu gün, 13:06
DEPUTATIN QARDAŞI FƏHLƏLƏRİN PULUNU VERMİR... - daha bir MÜRACİƏT
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru