Naxçıvanda Mehriban Əliyevanın göstərişləri yerinə yetirilmir. Bu sözləri haqsız yerə işdən çıxarılan müəllim Səriyyə Qəmbərova deyir. O bildirir ki, başına gələn haqsızlıqla bağlı Mehriban Əliyevaya mücariət etdikdən sonra yerli Ali Məlcisə dəvət olunub. Burada müəllimə bildiriblər ki, tapşırıq var ki, o təcili işinə bərpa olunsun. Lakin, yerli təshil naziri bu göstərişi qulaqardına vuraraq, onu işə bərpa etməkdən imtina edib. Səriyyə Qəmbərova hesab edir ki, bu özbaşınalığın arxasında ona qarşı olan şəxsi qərəz dayanır.
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. Daha sonra məktəb direktoru müəllimin onu döyməsi iddiası ilə məhkəməyə şikayət edib. Sosial şəbəklərdə yayılan videolarda isə, direktorun göstərişi ilə müəllimin döyüldüyü görünür. O, həm döyülməsi və işdən qanunsuz çıxarılması ilə bağlı məhkəməyə şikayət etmişdi.
"Gündəlik Naxçıvan"