"Şikayətim "Kontakt Home" mağazasındandır. "Kontakt Home" mağazasından iPhone 16 Pro Max modelini kreditlə əldə etmişəm. Kredit NOVA BOKT vasitəsilə rəsmiləşdirilib. Satış zamanı mağaza əməkdaşları bildirdilər ki, “kredit NOVA üzərindən olduğu üçün” ƏDV çeki (fiskal qəbz) təqdim olunmur, nə satışdan əvvəl nə satışdan sonra..." "DİA-AZ" xəbər verir ki, Belə bir faktla üzləşən narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında etirazına nədən olan qanunsuzluğu sübutlayan şərhini də paylaşıb.
Narazı vətəndaş yazır: "Qanunvericiliyə əsasən, məhsulu kim satırsa, həmin tərəf mütləq ƏDV çekini təqdim etməlidir. Kreditin hansı BOKT vasitəsilə rəsmiləşməsi bu öhdəliyi aradan qaldırmır. NOVA sadəcə maliyyə vasitəçisidir, məhsulun satıcısı isə Kontakt Home-dur..."
Görünəni odur ki, "Kontakt Home" mağazalar şəbəkəsi hər vəchlə müştəri haqqını tapdamağı başlıca prinsipinə çevirib. Belə də olmalıdır. Çünki cəzasızlıq buna gətirib çıxarır. Ən azından "DİA-AZ" olaraq portalımızda yer alan giley bolluğundan və bu vətəndaş narazılıqlarına laqeydliklərdən anlaşılanı budur...