"Artıq 3 gün olacaq ki, Ramanada Şuşa şəhərciyində su yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fidan Tahirova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Qaynar xəttə nə vaxt zəng edib yazırsan, yola verirlər. Standart cavab verirlər.
Əhali bayram günü susuz qalıb.
"Azərsu" rəhbərliyi də öz kefindədir. Ancaq yola verirlər... Problemi edən yoxdur..."









