"Ayın 22-də kəndimizə getmişdim... Novruz şənliyini keçirmək üçün. Həyətimizə getdim ki, evimiz uçurulub..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında əslən Qubadlıdan olan Elnur adlı istifadəçi yazıb.
Qeyd edək ki, buna qədər də anoloji gileylər ictimailəşdirilib və azad olunmuş digər rayonlarımızda da anoloji hadisələrə, yəni müəyyən qədər salamat qalan evlərin naməlum şəkildə dağıdılması faktlarına rast gəlinib.
Bu dəfə gileylənən Qubadlı sakini isə fikrini belə davam etdirir: "Həyətimizə getdim ki, evimiz uçurulub. Hansı ki, əvvəl də getmişdim və ev bu gündə deyildi.
Ümumiyyətlə, kənddə 2-3 dənə salamat qalan evlərin hamısını uçurublar.
İndi də müharibə gedir ki, yıxaq ermənilərin üstünə?
Maraqlıdır ki, görəsən, bunu kimlər edib və nə məqsədlə..."








