Aramsız yağan yağış ölkənin müxtəlif ərazilərində və paytaxtda fəsadlar törətməkdə davam edir. Yağışın böyük fəsadlar yaratdığı rayonlardan biri də Xızı rayonudur. Belə ki, Xızı rayonu Giləzi qəsəbəsi Novruzov Ravil küçəsi ev 54 ünvanıbdan bir qrup sakin redaksiyamıza video görüntü göndərərək yağan güclü yağışlar nəticəsində evlərinin yararsız hala düşdüyünü bildirir.
Sakinlər qeyd edir ki, evləri hər an uça bilər, ona görə də öz evlərində yox, yaxınlarının evində gecələməyə məcbur qalıblar. Şikayətçilər qeyd edir ki, yaranmış bu təhlükəli vəziyyətlə dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, Xızı rayonunun heç bir qurumu onlarla maraqlanmayıb. Çarəsiz vəziyyətdə qalan sakinlər kanalımız vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək onlara yardım etmələrini xahiş edir...
daha ətraflı aşağıdakı videoda:








