“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Tarix: 18-10-2024, 12:50 | Çap et
 İnnovasiya və sürət lideri “Bakcell” BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. diaaz.space xəbər verir ki, bununla bağlı “Bakcell”in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
Klaus Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik”.
“BMT-nin Qlobal Sazişinə qoşulmaqla “Bakcell” dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. “Bakcell” sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq “Bakcell”, fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək”, - deyə Samir Məmmədov bildirib.
Qeyd edək ki, “Bakcell” işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. “Bakcell”in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət eSIM texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpa olunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi “FLEXcellence” proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.
BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
| • Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27 |
|
|
|
| • Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26 |
|
|
|
| • İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21 |
|
|
|
| • 33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
| • AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39 |
|
|
|
| • “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36 |
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
|