"Bir-neçə ay əvvəl xəbər yayıldı ki, bəs hər ay tarifin yenilənməsi üçün pul yükləməsəniz, nömrəniz bağlanacaq və s..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elnur Xəlilsoy adlı istifadəçi gileylənir.
Narazı vətəndaş dahas rona bunları qeyd edir:
"Sonra gördülər millət narazıdır: Azercell bunu biraz malaladı və öldü söhbət. Mən əvvəl aylıq 9 manatlıq tarifdən istifadə etmişəm, indi mənə mesaj gəlir ki nömrənizə 9 manat yükləməsəniz bağlanacaq.
Hər ay istifadə etmədiyim yalnız "Asan imza" üçün olan nömrəmə niyə aylıq 9 manat yükləməliyəm? Gördülər, hamı "votsap"la zəng edir, bunların gəliri azalıb bilmirlər millətdən necə pul qopartsınlar..."