""Baktelecom"-un IPTV, tvintv xidməti qədər bərbad xidmət yoxdur bəlkə də..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Məhəmməd Məmmədov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "2024-cü ilin dekabr ayından qoşulma olub, cəmi 2 ay normal baxa bilmişik, ya yox... Aparatlarında problem var, ya xidmətlərində... bilmirəm. Amma məlumat verirsən, işçilər laqeyd yanaşır, 3 aydan çoxdur aylığı ödənir, amma xidmətdən istifadə edə bilmirəm.
3-4 dəfə müraciət olunub. Baxış keçirmək üçünsə yalnız həftəiçi gələ bilirik deyirlər... Bildirəndə evdə olmadığını "başqa cür mümkün deyil" deyirlər. 2 gün buna görə evdə olub müraciət elədim, yenə xəbər çıxmadı.
İndi də gəlib çıxmırlar ki baxsınlar problemə. Xidmətdən imtina etmək istəyirəm, onda da deyirlər yenə həftəiçi yaxınlaşın... ərizə yazın... Halbuki qoşulmanı "online" qəbul ediblər, amma imtina "online" qəbul etmirlər.
Belə məntiqsiz xidmət görməmişəm. Bir sözlə... biz qoşulub peşman olduq bu bərbad xidmətə... siz olmayın".