SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ .....                     Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ .....                     İranla Ermənistan arasında SENSASİON ANLAŞMA .....                     Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi .....                     BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... .....                     Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... .....                     Təhsil sistemində tenderi də özgəsinə vermirlər... .....                     Putinin planına sərt reaksiya: .....                     Nazirlik qonaqları üçün bilet və otel xidmətini .....                     Əməyin ödənilməsinin hansı təminatları var? .....                     Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb .....                     "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı .....                     Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? .....                     İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü .....                     Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq .....                     Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... .....                     Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib .....                     SOCAR "RabitəBank"dan imtina etdi .....                     10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var .....                     "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." .....                     Sabunçuda televizor pultu silaha çevrildi .....                     Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                 

Fətullah Gülənin azərbaycanlı məddahları - Arasında şair də var, professor da…
Tarix: 21-02-2017, 08:34 | Çap et
Fətullah Gülənin azərbaycanlı məddahları
FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin Azərbaycandakı əsas dəstəkçiləri “səngər taktikası”na keçiblər.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə sürətlə yayılan Fətullah Gülən şəbəkəsinə bağlı strukturlar uzun müddət yüksək komfort şəraitində fəaliyyət göstərərək, çirkin məqsədlərinə doğru maneəsiz irəliləməyə nail olublar.

Bununla belə, bütün divarların sonu olduğu kimi, həm Türkiyədə, həm də Azərbaycanda dövlətin ən mühüm strukturlarına sızmağa nail olan gülənçilərin gerçək hədəflərini gizləyən pərdə nəhayət, qalxdı. Türkiyədə Gülən şəbəkəsinin zərərsizləşdirilməsinə istiqamətlənmiş tədbirlər dalğası Azərbaycana da çatdı və “xoca”nın yüksək dövlət postları tutan bəzi “imam”ları vəzifələrindən götürüldülər, onların nəzarətində olan media orqanları isə bir-bir sıradan çıxdı. Gülənin Azərbaycandakı şəbəkəsi strukturlaşma baxımından siyasətdən tutmuş təhsilə, ədəbiyyata, mədəniyyətə qədər bütün mühüm sahələri əhatə edirdi. Eyni zamanda, gülənçilər ölkə biznesində də əhəmiyyətli pay sahibinə çevrilmişdilər və əldə etdikləri kapitalın müəyyən hissəsi Azərbaycandakı fəaliyyətin həyata keçirilməsinə, şəbəkənin genişləndirilməsinə yönəldilirdi. Gülənin Azərbaycandakı əsas adamı Elnur Aslanovun 2014-cü ilin martında dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad edilməsi ilə “gəmi” kapitansız qaldı və şəbəkənin “siyasi qanadı” iflic vəziyyətinə düşdü. Bunun ardınca Aslanovun sayəsində müxtəlif vəzifələrə yerləşdirilən gülənçi məmurlar demək olar ki, tam neytrallaşdırıldılar.

Lakin Azərbaycandakı gülənçi şəbəkənin “siyasi qanadı” aradan qaldırılsa da digər sferalarda, ilk növbədə təhsil və ədəbiyyatda kök atmış fətullahçılar öz mövqelərini böyük mənada qorumağa nail olublar. Qeyd etmək yerinə düşər ki, son 3 ildə, o cümlədən Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Azərbaycandakı Gülən məktəblərinin ard-arda bağlanması prosesinin şahidi olduq. Ancaq mövcud reallıq onu göstərir ki, bağlanan Gülən məktəbləri Azərbaycandakı “gizli əllər”in dəstəyi ilə başqa adlar altında fəaliyyətini bərpa edərək, azərbaycanlı uşaqların beyinlərini hələ də zəhərləməkdədirlər. Bu məsələdə konkret ad çəkmək lazım gəlirsə, “İstək” liseyini nümunə göstərmək olar.

Ədəbiyyat sferasında da özlərinə geniş mövqe tutan gülənçilər Yazıçılar Birliyinin sədri Anarın sayəsində “xocanın şərəfinə” üçüncü onillikdir ki, şövqlə yazıb-yaratmaqdadırlar. Anarın timsalında Gülənlə bağlılığını obrazlı şəkildə inkar etməyə çalışan Yazıçılar Birliyi hazırda Azərbaycandakı fətullahçıların “əsas qalası” sayıla bilər. O baxımdan, 10 il əvvəl Fətullah Gülənin 32 dildə (!?) yayımlanan rəsmi saytında azərbaycanlı şair, Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “xoca”ya həsr olunmuş “Əfəndim” şeirinin yerləşdirilməsi diqqəti cəlb etməyə bilməz (http://fgulen.com/az/metbuat/kose-yazilari/22039-efendim). Maraqlıdır ki, Gülənin saytında 2007-ci il iyunun 25-də dərc olunan həmin şeir hələ də orada saxlanılır. Şeirin son bəndi isə müəllifin Gülənə münasibətini tam ifadə edir:

Əl ver, haqqın elçisi,

Yol ver, haqqın yolçusu,

Fəthullah Gülən Xoca!

Fəthullah Gülən Xoca!

Yazılma tarixinə aşağıda aydınlıq gətirəcəyimiz bu şeir 2007-ci ildə, yəni bütün dünyada “Gülən fenomeni”nin yüksəlişdə olduğu dövrdə yayımlanıb. Aradan keçən 10 ildə isə çox “sular axıb”, Gülənin gerçək üzü və hədəfləri üzə çıxarılıb. Türkiyədə 15 iyul çevriliş cəhdinin iflasından sonra isə onun qurduğu “hörümçək toru”na bənzər şəbəkəsi darmadağın edilib. Maraqlıdır, bu baş verənlər azərbaycanlı şairin “haqqın elçisi”, – deyə xitab etdiyi Gülənə münasibətini dəyişdiribmi?

Bu barədə Yeniçağ.Az-a danışan “Əfəndim” şeirinin müəllifi Ramiz Qusarçaylı həmin əsəri 1992-ci ildə, müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin yenidən vüsət aldığı dönəmdə yazdığını deyib:

“1991-ci ildən sonra Azərbaycanda Türk liseyləri yaradılırdı və o məktəblərdən biri də Qubada açılmışdı. Mən orada dərs deyirdim və işlədiyim müddətdə türkiyəli dostlarla münasibətlərimiz yaranmışdı. Bir dəfə həmin dostlarımızdan biri 1990-cı il 20 Yanvar qırğınından sonra Fətullah Gülənin İzmir məscidindəki çıxışının videosunu mənə göstərdi. Mən də bu videodan təsirlənərək “Əfəndim” şeirini yazdım”.

Qusarçaylı Gülən ideyaları ilə bağlılığını inkar etməyə və “siyasi çəkişmələr”ə qarışmadığını desə də, onun bu şəbəkə ilə əlaqəsini təsdiqləyən faktlar məsələnin tam əksini göstərir. Aşağıda təqdim olunan fotoşəkil isə Qusarçaylının “İstək” liseyinin tədbirindəki iştirakını əks etdirir. Fotodan da aydın görünür ki, Qusarçaylı o tədbirə heç də sıravi statusda qatılmayıb.

Fətullah Gülənin azərbaycanlı məddahları

Gülənə müxtəlif səpkilərdə çox sayda mədhiyyə həsr etmiş azərbaycanlı müəlliflərdən biri də Məhəmməd Nəsiblidir. Hər yazısında “Xoca əfəndi”ni ilahiləşdirməyə cəhd göstərən Nəsibli FETÖ liderinin saytında 20 may 2010-cu ildə dərc olunmuş “Fətullah Gülən 100 rasional sualda” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22989-fethullah-gulen-yuz-rasional-sualda ) bir sıra müəlliflərin əsərlərinə istinadla “ustad”ını müxtəlif aspektlərdən ilahiləşdirməyə cəhd göstərib.

Güləni öz “mürşid”i kimi görən Azərbaycan alimləri arasında Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin də olmasına təəccüblənməyin. Ölkənin ən strateji sahələrindən biri olan təhsildə mühüm mövqe tutan Ağayevin də özünü “Gülən ideyası”na təslim etməsinin formalaşan gənc nəslin təfəkkürünə vurduğu zərəri təsəvvür etmək çətin deyil. Sözügedən professor Gülənin saytında 6 sentyabr 2012-ci ildə yerləşdirdiyi “Elmi və mənəvi kamilliyin zirvəsinə aparan yol” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde ) FETÖ liderinin “Yeni insan layihəsi”nə və “ürfan aşiqliyi”nə heyranlığını gizlətmir:

Fətullah Gülənin azərbaycanlı məddahları

“Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə, ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xoca əfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xoca əfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur. Əgər bu müdrik şəxsiyyətin dediklərinə diqqət yetirsək, onun necə qlobal düşündüyünü asanlıqla sezmək mümkündür”.

Görünən budur ki, Gülənin Azərbaycandakı şəbəkəsi müəyyən dövrü əhatə etmiş qabarmadan sonra indi “çəkilmə” taktikasına keçib. Yəni öz imkanlarını qorumaq və şərait yetişəcəyi təqdirdə yenidən baş qaldırmaq düşüncəsi ilə “səngər”ə qayıdıb. Onlara “səngər”dən çıxmağa imkan veriləcəkmi?

Mövzuya qayıdacağıq…

Yeniçağ.Az Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Bu gün, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Bu gün, 11:04
Məqsəd Rusiya və İranı təsir imkanlarından məhrum etmək idi - Kiviryan
Bu gün, 11:02
BRAVO ZAUR... nə dövlət umrundadır... nə də millət... - MALƏSƏF...
Bu gün, 11:00
Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi... - İLGİNC
Bu gün, 10:57
Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53
Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44
Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40
Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35
Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16
"Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12
Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02
İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49
Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47
Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43
SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40
10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30
Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru