Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                     Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib .....                     Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub .....                     Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı .....                     "Vasmoy" bazarında .....                     Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib .....                     Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir .....                     "Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da .....                     Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb .....                     “Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır .....                     “Kontakt Home”dan şikayətlər səngimir .....                 

Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:29 | Çap et

Son iki ildə Rusiya Federasiyasında yaşayan türkdilli xalqların – tatarların, başqırdların, noqayların, qumuqların, qaraçay və balkarların, saxaların, tuvların və başqalarının dil və mədəniyyət hüquqları daha da dar çərçivəyə salınıb. Rəsmi Moskva “millətlərin dostluğu” şüarını gözə soxsa da, gerçəklik bambaşqadır.

Təhsil: ana dilinin saatları əridilir

2025-ci ildən etibarən məktəblərdə “ana dili” fənninin adı dəyişdirilərək “Rusiya xalqlarının dili” adlandırılıb. Həftəlik dərs saatı isə bir sinif üçün cəmi 1-ə endirilib. Tatarıstanın Elm və Təhsil Nazirliyinin hesabatına görə, 2025-ci ilin əvvəlində tatar dilində dərs keçən məktəblərin sayı 15%-dən çox azalıb.

Başqırdıstanda başqırd dilində dərs deyən müəllimlərin sayı son 5 ildə 2 dəfə azalıb.

Bütün bunlar Tatarıstandan Başqırdıstana, Yakutiyadan Altaya qədər bütün türk icmalarını çox narahat edir. Müəllimlər açıq deyirlər: rus dili tədris prosesində hökmran olduqca, milli dillər sadəcə “əlavə dərs” statusundan yuxarı qalxa bilməyəcək.

Muxtariyyət simvolları silinir

Tatarıstanın ən böyük siyasi rəmzi – “prezident” titulu artıq tarixə qovuşub. Region rəhbəri bundan sonra yalnız “rais” və ya “qlava” adlana bilər. Bu dəyişiklik federativ prinsiplərin zəiflədilməsinin bariz nümunəsi kimi qiymətləndirilir. Başqırdıstanda isə milli-mədəni fəallığın sərt şəkildə cəzalandırılması – Fail Alsınovun işi və onun ardınca baş verən kütləvi etirazların dağıdılması, bu siyasi kursun digər tərəfidir. İnsan Hüquqları üzrə “OVD-Info” təşkilatının məlumatına görə, həmin etirazlarda 1000-dən çox insan saxlanılıbmış.

Müharibənin kölgəsi: itkilər kimlərin üzərinə düşür?

Ukrayna müharibəsi rusiyalı türklərin həyatına da ağır təsir göstərib. Tatarıstan, Başqırdıstan, Tuva, Yakutiya və digər regionlardan on minlərlə gənc cəbhəyə göndərilib. Hesabatlara görə, döyüş itkilərində türk və ümumilikdə qeyri-rus xalqların payı proporsionaldan qat-qat yüksəkdir. “Mediazona” və BBC-nin 2024-cü il dekabr hesabatına görə, cəbhədə həlak olanların siyahısında tatar, başqırd, noqay, tuv və yakut gənclərin payı əhalidəki nisbətlərindən 2–3 dəfə artıqdır.

Məsələn, Tuva əhalisi RF əhalisinin 0,3%-ni təşkil etsə də, itkilərdə payı 1,2% olub. Bu göstərici Başqırdıstan və Yakutiyada da bənzərdir. Bu isə demoqrafik tarazlığa ciddi təhlükə yaradır.

“Ana dilim” proqramları – vitrinmi, gerçəklikmi?

Rusiya hökuməti müxtəlif “dil və mədəniyyət festivalı”, “Ana dilim” tipli layihələrlə xalqlara guya qayğı göstərdiyini nümayiş etdirir. Amma bu layihələr real təhsil və hüquqi müstəvidə heç nəyi dəyişmir: rus dili yenə də üstün mövqedədir, milli dillər isə zorla folklor səviyyəsinə endirilir. UNESCO-nun 2025-ci ilin may hesabatında qeyd olunur ki, təhlükə altında olan dillərin siyahısında RF-də 10-dan çox türk mənşəli dil (noqay, salar, qaraqalpaq, dolqan və s.) var.

2024–2025-ci illər göstərdi ki, Rusiya üçün “millətlərin bərabərliyi” daha çox siyasi şüardır. Gerçəkdə isə türk xalqlarının mədəni və dil hüquqları daraldılır, siyasi muxtariyyətləri zəiflədilir, fəalları təqib olunur. Müharibə isə bu mənzərəni daha da qaranlıqlaşdırır.

ATƏT-in 2024-cü il dekabr yekun hesabatında vurğulanır: “Rusiya Federasiyasında milli azlıqların dil və mədəniyyət hüquqları sistemli şəkildə daraldılır. Xüsusilə federativ subyektlərdə muxtariyyət institutu formallığa çevrilib.”

“Freedom House”un 2025-ci il üçün “Dünyada azadlıqlar” reytinqində Rusiya “azad olmayan ölkə” statusunda qalıb və “etnik azlıqların hüquqları” indikatorunda 100 baldan cəmi 6 bal toplayıb.

Türk dünyası üçün bu vəziyyət təkcə mədəni məsələ deyil, həm də geosiyasi çağırışdır: əgər bu gün dillər susdurulursa, sabah xalqların özü susdurula bilər.

Müəllif: Elçin Şıxlı

Ayna.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin dövlətə milyonlarla manat borcu yaranıb
Dünən, 12:50
Anam etsəydi, Prezidentə müraciət etməzdim - Aparıcıdan Aysuna qınaq
Dünən, 12:48
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir? - GİLEY
Dünən, 12:40
38 dərəcə isti olacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:37
Rusiyada azərbaycanlının evlənməsinə icazə verilmədi - Məhkəməlik oldu
Dünən, 12:36
Saç ustası liposaksiya əməliyyatını necə edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:25
"YENİ NAZİR "ƏJDAHA SUYUN QABAĞINI KƏSƏN KİMİ" DAVRANIR" - “Bu sifarişlər olmasa, özəl sektor lap can verər..."
Dünən, 12:18
Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirdi - FOTO
Dünən, 12:11
Qod Nisanovun övladının şad gününə onlar da qatılıb - FOTO
Dünən, 12:06
Rusiyada azərbaycanlılar üçün YENİ QADAĞA - Bu dəfə uşaqlar...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru