Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi .....                     Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq .....                     Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı .....                     Azərbaycanda sabiq rektor vəfat etdi .....                     Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını .....                     Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Diasporumuza qarşı “xüsusi əməliyyat” .....                     Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... .....                     Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı .....                     “Ulduz”u sönən məşhurlar .....                     Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir .....                     ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib .....                     "1 ildir ki, bu iki qurumun arasında qalmışam" .....                     "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu .....                     Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə .....                     İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... .....                     Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ .....                     "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" .....                     Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... .....                     Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək .....                     Teymur Musayevin ölüvay susqunluğu .....                     Abituriyent sayı niyə plan yerlərini üstələdi? .....                     Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında .....                     Britaniya Ukraynaya kontingent göndərə bilmir .....                     "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." .....                     Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı .....                     Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib .....                     Avropa lider böhranı ilə üzləşib .....                     İrəvanda ilk Azərbaycan səfiri .....                     Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar .....                     Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı .....                     Dövlət Xidməti 6 milyon manata nələr alır? .....                     Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib .....                     Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib .....                     Kremlin soyuq müharibəsinin yeni dalğası: .....                     "Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib .....                     Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb .....                     Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm .....                     Adəm Məmmədovun vəkilliyinə xitam verildi .....                     Ermənistanda köhnələr HOQQA VERİR .....                 

Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Tarix: Bu gün, 08:14 | Çap et

Avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflaması 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın “tabutu”na sonuncu mismarı vurmuş oldu. Çünki bununla 10 noyabr sənədi öz əhəmiyyətini itirdi. Buna qədər isə nə Rusiya, nə Ermənistan o sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmişdi. İstər sülhməramlılar bölgəyə daxil olarkən erməni silahlı birləşmələrinin çıxarılması olsun, istərsə 9-cu bənddə razılaşdırılan nəqliyyat kommunikasiyalarının açılması.

Azərbaycan bir sutkalıq antiterror əməliyyatı ilə Rusiyanın yerinə yetirməli olduğu işi - qanunsuz erməni hərbi qüvvələrini tərk-silah etdi, sonra Naxçıvana maneəsiz keçidin reallaşması üçün Vaşinqtonda razılaşma əldə olundu, “Tramp marşrutu”nun gerçəkləşməsinə qərar verildi. Ona görə də 10 noyabr sənədində hər iki tərəf götürdüyü öhdəlikləri icra etməmiş sayılır.

İndi isə Cənubi Qafqazda yeni reallıq yaranıb və bu da Vaşinqton zirvəsinin nəticələrindən irəli gəlir. Belə ki, sülh mətni paraflandıqdan sonra 10 noyabr bəyannaməsinin qüvvədən düşməsi üçün rəsmi mövqe sərgilənməsinə zərurət yaranıb. Yəni 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanata ehtiyac qalmayıb. Xüsusən də onun 9-cu bəndinə.

Vaşinqtondakı sülh razılaşmalarına məcburiyyətdən müsbət reaksiya verən Rusiyanın Qafqazdakı maraqlarından əl çəkmək niyyətində olmadığını elə son günlərdə də görməkdəyik. Kreml sülh prosesini “dəstəkləsə” də, diqqəti daha çox 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannaməyə və daha sonra Rusiyanın təşəbbüsü ilə keçirilən toplantılara yönəldir. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən demişdi ki, “Sünik bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən Rusiya sərhədçilərinin burada olması nəzərə alınmalıdır”. Əslində bu, bir təhdid mesajı idi. Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin (Tramp marşrutu) təhlükəsizliyini qorumağa hazır olduğunu və bu bölgəyə fəaliyyət göstərəcək şirkətin ABŞ-Ermənistan birgə şirkət olacağını bəyan etməklə İranın neytrallığına nail ola bilib. Düzdür, ayrı-ayrı “xaric notlar” yenə də səslənməkdədir, amma İran Prezidenti Məsud Pezeşkianın İrəvan səfəri bu mənada yekun anlaşma üçün fürsət sayıla bilər. Amma Rusiyadan hələ də “köhnə havalar”ı ifa edənlər tapılmaqdadır. Elə qeyd etdiyimiz kimi, Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişləri qanuni hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb. “Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib: “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, hələlik təfərrüatlar ictimaiyyətə açıqlanmayıb...” Rusiya rəsmisi ardınca demişdi: “Biz həmçinin bildirdik ki, Ermənistanın Aİ-yə üzvlüyü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Bunlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarlar hazırlanarkən nəzərə alınmalıdır”.

Rəsmi Moskvanın 10 noyabr üçtərəfli bəyanatını və ondan sonrakı iki ildə imzalanmış digər üçtərəfli sənədləri əsas götürdüyü ortadadır. Eyni zamanda Kreml ilk fürsətdəcə özünün varlığını sübuta yetirməyə çalışır. Təsadüfi deyil ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanı Moskvaya dəvət etmişdilər.

Rusiyanın azərbaycanlı miqrantlara qarşı davam edən repressiv tədbirlərinin, ölkəmiz əleyhinə sərt ritorikasının, Ukraynadakı maraqlarımızı hədəfə almasının arxasında da heç şübhəsiz sülh prosesindən kənarda qalması amili dayanır. Eyni zamanda Ermənistana da açıq və gizli təzyiqlərin olmasını müşahidə etməkdəyik. Vaxtaşırı Ermənistan şirkətlərinə təzyiqləri müşahidə edirik. Bugünlərdə Uralda Ermənistanın konsulluğunun bağlanması da təsadüfə bənzəmir. Yayılan məlumatda qeyd olunur ki, konsulluğun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib. “Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib”.

Yekaterinburq bizə azərbaycanlı qardaşların işgəncə ilə qətlə yetirilməsini və soydaşlarımza divan tutulmasını xatırladır. Maraqlıdır, eyni vaxta erməni konsulluğu da qapanır. Kremlin Bakı və İrəvana təzyiqləri adekvat reaksiyaları zəruri edir. Bütün bunların fonunda, 10 noyabr sənədinin qüvvədən salınması ilə bağlı Azərbaycan-Ermənistan birgə bəyannamə imzalaya bilərmi? Tərəflər ayrıca belə bir təşəbbüslə çıxış etsələr, Rusiyanın reaksiyası necə olar?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında əvvəlcə xüsusi vurğuladı ki, Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflaması 2020-ci ilin 10 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatın əhəmiyyətini ortadan qaldırıb: “Hoyabr ayında həmin bəyanatın 5 ili tamam olacaq. Həmin bəyanat ilk gündən yerinə yetirilmədi. Misal üçün, bölgədə yerləşdirilən rusiyalı sülhməramlılar Laçın dəhlizində Ermənistandan Xankəndidəki separatçılara hərbi texnikanın daşınmasına və minaların döşənməsinə şərait yaratdılar. Digər bənd Zəngəzur dəhlizinin açılmasının təmin olunması ilə bağlı idi. Ermənistan hökuməti 9-cu bəndi yerinə yetirmədi və Kreml həmin bəndin icrası üçün rəsmi İrəvana təzyiq etmədi”.

E.Şahinoğlu qeyd etdi ki, bu arada, Azərbaycan iki böyük uğur əldə etdi: “Birincisi, Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında bir günlük hərbi əməliyyatla bölgədə separatizmə son qoydu, Qarabağ separatçılardan təmizləndi. İkincisi, rusiyalı sülhməramlılar Qarabağı tərk etdilər. Çünki onların bölgədə mövcudluğu üçün artıq heç bir əsas qalmamışdı. Bundan sonra Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verdilər, Rusiyanın vasitəçiliyinə ehtiyac yox idi. Məhz ikitərəfli dialoq nəticəsində sərhədin bir hissəsi müəyyənləşdi və 17 bənddən ibarət olan sülh sazişinin mətni razılaşdırıldı”.

Politoloq əlavə etdi ki, buna baxmayaraq, dəhliz məsələsinin həllinə və sülh sazişinin mətninin paraflanmasına ehtiyac var idi: “Rusiyanın bu iki məsələnin həllində vasitəçiliyi mümkün deyildi. Bunun iki əsas səbəbi var idi. Birincisi, Ermənistan hökuməti təhlükəsizlik sahəsində ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığa üstünlük verməyə başlamışdı. İkincisi, Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurmaqla Bakı ilə də münasibətləri gərginləşdirdi. Halbuki Kreml təyyarə olayına görə Bakıdan üzr istəsəydi, kompensasiya ödəyib, cinayətkarları cəzalandırsaydı, ikitərəfli münasibətlər indiki qədər gərginləşməzdi. Bütün bunlara görə Rusiyanın Cənubi Qafqaza təsir imkanları heçə endi”. E.Şahinoğlu bildirdi ki, Vaşinqton yaranan fürsətdən istifadə edərək təşəbbüsü ələ aldı və Ağ Evdə mühüm razılaşmalar əldə olundu: “Kreml oyundankənar vəziyyətdə qalmasına görə günahı özündə axtarmalıdır. Buna baxmayaraq, fikrimcə, Azərbaycan və Ermənistanın xüsusi olaraq 10 noyabr bəyanatının qüvvədən düşdüyünü elan etməsinə ehtiyac yoxdur. Bunun əvəzinə Vaşinqton razılaşmasının qısa müddətdə yerinə yetirilməsinə ehtiyac var. Baş nazir Nikol Paşinyan konstitusiya dəyişikliyini və dəhlizin tikintisi prosesini sürətləndirməlidir”.

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı isə bildirdi ki, Vaşinqton razılaşmasının önəmli siyasi nəticələrindən biri 10 noyabr 2020-cil üçtərəfli bəyannaməsinin arxa plana keçməsidir, amma bu məsələ hələ də Ermənistanın gündəmində qalmaqdadır: “Ermənistan həmin sənədin qüvvədən düşməməsi və ara-sıra ondan manipulyasiya etmək istəyəcək, ölkədəki rusiyayanlılar da onu gündəmdə saxlamağa çalışacaqlar. Rusiya bölgəyə müdaxilə vasitəsi kimi bu sənədə istinad edəcək. Həmin sənədin qüvvədən düşməsi üçün tərəflərin müraciəti şərtdir. Amma sanmıram ki, Ermənistan belə addım atmağa tələssin”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan Rusiyadan çəkinir: “Əslində Vaşinqton bəyannaməsi özü bu sənədin qüvvədən düşdüyünü göstərən real faktordur. Həm də hər hansı məsələ ilə bağlı yeni bir anlaşma ortaya çıxırsa, əvvəlkinə istinad edilməsinə ehtiyac qalmır. Amma Rusiya bəhanə axtarır, xüsusən Azərbaycana təzyiq etmək üçün. Sanmıram ki, 10 noyabr sənədindən asanlıqla imtina etsin. Bu bəhanəni Rusiyanın əlindən almaq isə bir az çətin olacaq, yenə də. Bu sənədin tamamilə arxivə göndərilməsi üçün ölkələrin rəsmi mövqeyi olmalıdır”.

Bəli, belə görünür ki, Bakı və İrəvanın ATƏT-in Minsk Qrupundan imtinası kimi, Rusiyanın moderatorluğu ilə imzalanmış üçtərəfli sənədlərdən imtinası ilə bağlı da ortaq mövqeyə gəlməsi üçün xeyli müzakirələrə ehtiyac olacaq. Amma belə bir qərarın elan olunması Kremli qıcıqlandıracağı şübhə doğurmur. O mənada elə Vaşinqton anlaşmalarını irəli aparmaqla 10 noyabr bəyannamısinin sadəcə unudulmasına nail olmaq mümkündür...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21
Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15
Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08
Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54
Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49
Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47
Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38
Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26
“Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24
Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14
ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24
"1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16
Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01
Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
"Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44
Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35
Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34
Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31
Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29
Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27
"Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24
Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20
Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17
Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11
İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09
Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06
Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02
Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00
Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56
Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53
Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51
"Bakı Metropoliteni"nin Müşahidə Şurasının tərkibi dəyişib
Dünən, 17:50
Overçuk İrəvana səfər edib, Paşinyanla görüşüb - TƏFƏRRÜAT
Dünən, 17:16
Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI
Dünən, 17:12
Adəm Məmmədovun vəkilliyinə xitam verildi - TƏFƏRRÜAT
Dünən, 17:07
Ermənistanda köhnələr HOQQA VERİR
Dünən, 16:07
Rusiya Vaşinqtonda Avropadan Ukrayna ilə bağlı konstruktiv ideyalar eşitməyib - Lavrov
Dünən, 15:51
Hindistanın ən çox axtarılan cinayətkarlarından biri Azərbaycanda tutulub - TƏFƏRRÜAT
Dünən, 15:46
Sumqayıtda təmir və abadlıq işləri ilə bağlı - TENDERLƏR YEKUNLAŞDI
Dünən, 15:44
"Vasmoy" bazarında ÖLÜM
Dünən, 15:39
Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib - ƏMR
Dünən, 15:32
Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir – Rəsmi statistika
Dünən, 13:02
"Respublika" qəzeti fəaliyyətini dayandırdı, əksər işçilər "Xalq"da - AÇIQLAMA
Dünən, 13:00
Sumqayıtda bu məktəbin əsaslı təmirinə 4,4 milyon manat ayrılıb
Dünən, 12:58
“Səhiyyənin Təminat Mərkəzi” qripə qarşı 1 milyonluq peyvənd alır
Dünən, 12:57
“Kontakt Home”dan şikayətlər səngimir - “Qızıl Zəmanət” müştəriləri tələyə salıb
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru