Bakıda bazarda ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən "8-ci kilometr" (Vasmoy) bazarında qeydə alınıb.
Burada araba sürən 57 yaşlı Hacıyev Qürbət Hacı oğlu qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.